Sizin reklam burada 728×90
Son dəqiqə

İqtisadiyyat nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edəcək

26.04.2023 17:30 1 055 1 dəq oxunur
İqtisadiyyat nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edəcək
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 28 aprel 2023-cü il tarixdə Xaçmaz şəhərində (ünvan: Xaçmaz şəhəri, Bakı prospekti 45, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi) Quba, Qusar, Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.

Qəbula gəlmək istəyən Quba, Qusar, Xaçmaz rayonlarından olan  vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az