Sizin reklam burada 728×90
Son dəqiqə

Yanvarda 195-1 Çağrı Mərkəzinə 55 mindən çox müraciət olub

15.02.2023 21:28 545 1 dəq oxunur
Yanvarda 195-1 Çağrı Mərkəzinə 55 mindən çox müraciət olub
2023-cü ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 55656 müraciət daxil olub.

bakunews.az xəbər verir ki, Müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, vergi ödəyicisinin hüquq və vəzifələri, istehlakçı hüquqları, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Qeyd edək ki, vətəndaşlar İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış vahid platforma - 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan birbaşa zəng edə bilərlər.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az