Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanla Türkiyə ticarət dövriyyəsinin artırılmasını müzakirə edib -

27.07.2023 19:39 667 1 dəq oxunur
Azərbaycanla Türkiyə ticarət dövriyyəsinin artırılmasını müzakirə edib -
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla ticarət dövriyyəsinin artırılması istiqamətində həyata keçirilən işləri müzakirə edib.

Bu barədə nazir özünün “Twitter” hesabında bildirib.

“Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın qəbulunda olduq. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin ən yüksək zirvəyə çatdığını məmnunluqla vurğuladıq. Ticarət dövriyyəsinin artırılması hədəfi istiqamətində həyata keçirilən işlər və iqtisadi əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük”, - deyə nazir qeyd edib.





Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az