Sizin reklam burada 728×90
Son dəqiqə

Yevlaxda hərbçilər qəzaya düşdü

20.12.2023 11:22 386 1 dəq oxunur
Yevlaxda hərbçilər qəzaya düşdü
Yevlaxda içərisində hərbçilərin də olduğu minik maşını qəzaya düşüb.

Hadisə Xaldan şossesində, Havarlı kəndinin yaxınlığında baş verib. Havarlı kənd sakininə məxsus "VAZ 2106" markalı maşın, içərisində bir neçə hərbçinin olduğu "VAZ 2115" markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən sonuncu maşın yol kənarına düşüb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarərləri alan biri qadın olmaqla 3 yaralı xəstəxanaya çatdırılıb. 59 yaşlı Havarlı kənd sakini Araz Bayramova isə yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparlır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az