Sizin reklam burada 728×90
Son dəqiqə

Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb

08.04.2026 09:57 348 1 dəq oxunur
Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

BNTV xəbər verir ki, keçirilən əməliyyat zamanı Telman Nəsirov və Elşad Məhərrəmov tutulublar. Onlara məxsus nəqliyyat vasitəsinə baxış keçirilən zaman 15 kiloqram marixuana və 2970 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri maddi qazanc əldə etmək məqsədilə əldə edib, sonradan müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

ə
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az