Sizin reklam burada 728×90
Son dəqiqə

Telefonunun şarjı tez bitənlərə şad xəbər

28.08.2022 13:05 583 1 dəq oxunur
Telefonunun şarjı tez bitənlərə şad xəbər
Böyük Britaniyanın Esseks Universitetinin mühəndisləri smartfonun batareyasının ömrünü 30%-ə qədər artıran "EOPtomizer" proqramını yaradıblar.

bakunews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ali təhsil ocağının saytında məlumat verilib.

Layihəyə Universitetin Kompüter Elmləri və Elektron Mühəndisliyi Məktəbindən Amit Sinqh rəhbərlik edib. Tətbiqin hazırlanmasına "Samsung", "Microsoft" və "HCL Technologies" şirkətlərinin keçmiş əməkdaşları cəlb olunub.

Məlumata görə, "EOPtomizer" tətbiqi smartfonda çipin işini optimallaşdırmaq üçün süni intellekt və maşın öyrənmə texnologiyasından istifadə edir. Tətbiq aşağı sürəti olan proqramlardan istifadə edərkən prosessorun işini məhdudlaşdırmağa və yükü azaltmağa qadirdir.

"Ümid edirik ki, bu proqram istifadəçilərin həyatını yaxşılaşdıracaq, pula qənaət edəcək və ətraf mühitin qorunmasına yardımçı olacaq", - deyə Sinqh bildirib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az