Sizin reklam burada 728×90
Son dəqiqə

“TikTok” Azərbaycandan yüklənmiş 400 minə yaxın videonu silib

05.07.2023 20:01 1 158 1 dəq oxunur
“TikTok” Azərbaycandan yüklənmiş 400 minə yaxın videonu silib
Bu ilin I rübündə “TikTok” Azərbaycandan yerləşdirilmiş 390 223 videonu platformasından silib.

“Report”un xəbərinə görə, bunu şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə kommunikasiya xidmətinin rəhbəri Kristina Yeremeyeva bildirib.

Onun sözlərinə görə, bu videoların 80,1%-i yükləndikdən sonra 24 saat ərzində silinib. Bundan başqa, silinmələrin 95,2%-i isə proaktiv qaydada baş tutub.
K.Yeremeyeva həmçinin deyib ki, rüb ərzində dünya üzrə 91 003 510 video silinib ki, bunun da 89,9%-i yerləşdirildikdən sonra 24 saat ərzində baş verib.

BakuNews.Az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az