Sizin reklam burada 728×90
Son dəqiqə

ABŞ-ın “Abrams” tankları yaxın bir neçə həftə ərzində Almaniyaya gələcək

21.04.2023 19:17 674 1 dəq oxunur
ABŞ-ın “Abrams” tankları yaxın bir neçə həftə ərzində Almaniyaya gələcək
ABŞ-ın “Abrams” tankları yaxın bir neçə həftə ərzində Almaniyaya gələcək və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri bu tanklarda təlim keçəcək.

"bakunews.az" TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Ramşteyndə Ukrayna üzrə təmas qrupunun görüşündən sonra deyib.

"Biz yaxın aylarda Ukraynanı daha çox zirehli texnika ilə təmin etmək üçün "M1 Abrams" tanklarının çatdırılmasını sürətləndirmişik. Ukraynalıların təlim üçün istifadə edəcəkləri tanklar yaxın bir neçə həftə ərzində Almaniyaya gələcək", - Ostin bildirib.

O, həmçinin qeyd edib ki, təmas qrupunun üzvü olan dövlətlər Ukrayna Silahlı Qüvvələrini 230-dan çox tank, 1,5 mindən çox zirehli texnika və digər hərbi avadanlıqlarla təmin edib./report/
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az