• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Oğlu tərəfindən döyüldü, görmə qabiliyyətini itirdi, ərinin ölümündə günahlandırıldı

Mədəniyyət

23-07-2022, 16:00

Qayğılı uşaqlıq illər...

Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Ssenari yazan atası Amanulla Xan müsəlman, anası isə induizm dininə inanc göstəriblər. Xasiyyətcə başqa-başqa adamlar olan Zinətin valideynləri o, çox kiçik olanda ayrılıblar. Zinət anası ilə qaldığından atasını çox gec-gec görüb. On üç yaşı olanda isə Zinət atasını həmişəlik itirir. Atasız keçən uşaqlıq illərinin travmaları onun sonrakı həyatına öz damğasını vurur. Gələcəkdə tanış olub ailə qurduğu kişilərin bir çoxu xarakter etibarı ilə Zinətin atasına oxşayıblar. Atasının ölümündən bir müddət keçdikdən sonra anası ikinci dəfə bir almanla ailə həyatı qurur.

Ögey atası ilə bir müddət barışmaz mövqedə olan Zinət anasını da asanlıqla bağışlamır. Adətən evdə sakit və sözəbaxan uşaq olan Zinət anasının evliliyindən sonra tez-tez ağlayıb, isterik hərəkətlər edir. Lakin, zaman keçdikcə onun ögey atası ilə münasibətləri qaydasına düşür. O, yüksək biliyə və müasir düşüncə tərzinə malik olan atalığının məsləhətlərinə qulaq asır, onun müasir qərb dünyagörüşündən yararlanır. Atalığı da öz növbəsində Zinətə qərbə açılmaq üçün köməklik göstərir, ona özünün mütaliə etdiyi yazıçıların kitablarını oxumağı məsləhət görür. Şahmat oynamağı da atalığından öyrənən Zinət çox sonralar "mənim atalığım bu dünyada tanıdığım ən yaxşı insandır" sözlərini dilə gətirməkdən çəkinmir.

Orta məktəbi bitirdikdən sonra Zinət əlaçı şagird kimi Amerikanın Los-Anceles şəhərinə oxumağa göndərilir. Amerikada ikiuşaqlı bir ailədə yaşamağa məcbur olur.

Hindistana geri qayıtdıqdan sonra Zinət model kimi fəaliyyət göstərməyə başlayır. Lakin, bir müddət sonra o, yenidən ali təhsil almaq üçün Amerikaya gedib xeyli müddət orda yaşamalı olur.

Uğurların başlanğıcı...

1971-ci il Zinət Aman üçün uğurlu il olur. Həmin ildə o, "Miss Hindistan 1971" müsabiqəsində qalib olur. Daha sonra "Miss Asiya" müsabiqəsində də ilk hindli qadın kimi 1-ci yerə çıxır. Və ilk dəfə "Çaxnaşma" fiminə də elə həmin ildə çəkilir. Lakin film ona istənilən uğuru qazandırmır.

Aktrisa 1972-ci ildə "Qardaş və bacı" filminə çəkilir. Həmin filmə çəkilməyi isə tamamilə təsadüf olur. Belə ki, Zinət Amandan əvvəl həmin filmə çəkilmək təklifi alan hind aktrisası Zahidə Pərvin öz ambisiyaları ucbatından rola çəkilməkdən imtina edir. Belə olan halda Zinət son anda filmə çəkilməsi üçün təsdiq olunur. Çəkiliş müddətində anasının atalığı ilə həmişəlik Almaniyaya köçməsi ilə bağlı xəbərdən depressiyaya düşür. Onlar yola çıxmağa hazırlaşarkən Zinətin korlanmış əhvalına dözməyən "Qardaş və bacı" filminin rejissoru eləcə də Zinətin həmin filmdəki tərəf müqabili Dev Anand onları yoldan saxlayıb deyir:

"Tələsik qərar qəbul etməyin. Filmin təqdimatını gözləyin. Əgər arzuladığımız uğur alınsa, o, ulduz olacaq".

Və alınır... Həmin filmin premyerasından sonra Zinət Aman Hindistanın seks simvoluna çevrilir. İkinci plan aktrisası kimi ölkədaxili bir neçə mükafata layiq görülür.

Zinət həmin filmdəki rolu ilə o dövrdə Hind aktrisaları üçün qadağan olunan bir çox tabuları yıxır. Kinoda bir növ inqilab edir.

Bir dəfə 60-cı illərin məşhur hind aktyorlardan biri Zinəti görəndə heyrətini gizlədə bilməyib ona "yüksək sütun" ləqəbini verir. O, həqiqətən də öz həmkarlarından boyca xeyli uzun olur. Onu həm də Hindistanın Cina Lolabridcisi də adlandırırlar. Tünd rəngli gözləri, dolğun dodaqları, zərif bədəni həm qadın, həm də aktrisa kimi insanları onu gözəl adlandırmağa vadar edir. Çəkildiyi filmlərdə həm də açıq-saçıq libaslardan istifadə edən aktrisa 80-ci ildə çəkildiyi "Qurbani" filmində geyindiyi çimərlik paltarları tənqidçilərin təbirincə hind kinosu tarixində geyilmiş olan ən açıq-saçıq və xırda bikini hesab olunur.

Bu günə qədər səksənə yaxın filmə çəkilən aktrisaya ən çox uğuru Rac Kapurla bir filmdə çəkildiyi "Həqiqi sevgi və gözəllik" filmi, eləcə də "Məhəbbət, əbədi nağıl", "Sədaqət andı", "Əlibaba və qırx quldurun macəraları", "Samrat", "Məhəbbət əfsanəsi" filmləri gətirir.

İki evliliyin acı nəticələri, ana və övlad qarşıdurması...

Təəssüf ki, Zinət Aman şəxsi həyatında çox uğursuzluqlar yaşayıb. Aktrisa iki dəfə ailə qursa da, heç bir ailə həyatı ona uğur gətirməyib. Onun ilk həyat yoldaşı rejissor və aktyor Sancay Xan olur. Onlar tanış olarkən Sancay başqası ilə evli və ata olur. Lakin, o ailəli olsa da, Zinəti onunla evlənmək üçün yola gətirməyi bacarır. Onların birgə tərəf müqabili olduqları "Abdulla" filmindən sonra Zinət Sancaya daha möhkəm tellərlə bağlanır. Lakin, bu evlilik çox davam etmir. Çünki, Sancayı sevən başqa bir qadın, onun birinci arvadı gecə-gündüz qısqanclıqdan qovrulur. Tədbirlərin birində Sancayın ilk arvadı Zarina Zinəti döyür. Gözlənimləz və güclü zərbələrdən xəstəxanalıq olan aktrisanın üzü və sağ gözü zədələnir. Bir neçə dəfə əməliyyat olunsa belə aktrisanın gözündəki zədələr aradan qalxmır. Bu günə qədər də aktrisanın gözündəki çatışmazlıq özünü büruzə verir.

Bu hadisədən dörd gün sonra Sancay publika qarşısında Zinət Amanın ona başqa kişi ilə xəyanət etdiyini öyrəndiyi üçün ondan ayrıldığını açıqlayır.

Aradan dörd il keçdikdən sonra Zinət yenidən ərə gedir. Bu dəfə də o, orta dərəcəli məşhurluğu olan aktyor Məzhər Xanla ailə qurur. Bu nikah on iki il davam edir. Onların Azan və Zaxan adlı iki oğlu olur. Lakin, bu evlilik də Zinətə xoşbəxtlik gətirmir.

Sancaydan sonra onun yaralarını sağaldacaq bir ər arzulayan Zinət bu dəfə də təəssüf hissi yaşayır. Onu çox sevdiyi qədər də qısqanc olan Məzhər hər addımda aktrisanı öz qısqanclıqları ilə təngə gətirir.

O, ərindən boşanmaq qərarına gəlir. Xərçəng xəstəsi olan Məzhər həmin boşanmadan bir il sonra dünyasını dəyişir. Bu ölüm Zinət üçün əsl cəhənnəm əzabı yaşadır. Ərinin ailəsi və oğlanları ona qarşı olurlar. Oğlanları atasının ölümünün tezləşməsində Zinəti günahkar bilirlər. Bir dəfə isə gözlənilmədən zorla aktrisanın evinə soxulan Məzhərin ailəsi Zinəti möhkəm döyür. Ən ağrılı məqam isə onu döyənlər arasında aktrisanın on bir yaşlı böyük oğlunun olması olur. Həmin hadisədən sonra atasının qohumlarının təsiri altına düşən oğul Zinətdən ayrılıb evi tərk edir.

Döyülən aktrisa press konfrans çağırıb həyatının Məzhərlə bağlı ən incə məqamlarını, ailə həyatlarının baş tutmama səbəblərini publikaya açıqlayır. Daha sonra isə o, anasını itirir.

Bir müddət tənhalığa çəkilən aktrisa sonradan yenidən kinoya qayıdır. Böyük oğlu ilə münasibətini bərpa edib onu evinə qaytarmağa müvəffəq olur.

Sənətə və kinoya qayıdış...

21-ci əsrin ilk on illiyi Zinət Aman üçün uğurlu və yaddaqalan proyektlərlə zəngin olur. O, ilk dəfə olaraq özünü tv ekranlara aparıcı kimi sınayır. Onun "Zinətlə söhbət" verilişi özünə xeyli tamaşaçı toplayır.

Daha sonra isə aktrisa 2003-cü ildə Kaizda Qustanın rejissorluğu ilə çəkilən "Boom" filminə çəkildi. Və elə həmin ilin sentyabr ayında Zinət Aman rejissor Rameş Talvarın "Ledi Lalkurvar" pyesi əsasında səhnələşdirdiyi tamaşada küçə qadını rolunu ifa etdi.

Ekrana qayıtması ilə yanaşı aktrisa bir çox sosial tədbirlərdə, xeyriyyə proqramlarında da yaxından iştirak etdi. Hal-hazıra bir neçə seriala çəkilməyi planlaşdıran aktrisa müsahibələrinin birində yenidən ailə qurarsınızmı sualına israrla "Xeyr. Heç vaxt!" desə də, 2013-cü ilin ortalarında aktrisa altmış iki yaşında üçüncü dəfə ailə həyatı qurmağa hazırlaşır. Hər iki oğlunun onun ailə qurmasına müsbət münasibət bildirməsini dilə gətirən aktrisa deyir "onlar mənim yenidən ailə qurub, xoşbəxt olmağımı çox istəyirlər. Ancaq heç bir təmtəraqlı toy və gəlinlik paltarı olmayacaq. Hər şey sadə və dostlar arasında baş verəcək. Əsas olan mənim gələcəkdə sakit və rahat ailə həyatımın olmasıdı".

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə / Ölkə

7-09-2022, 15:54

13 yaşlı qızın dünyaya gətirdiyi uşağın atası da yeniyetmə imiş - DETALLAR

Şou-biznes

27-08-2022, 17:50

Rafael Dadaşovu tərk etdi, ailəli adamla 7 il eşq yaşadı -

Dünya

13-08-2022, 13:30

Üç aylıq körpəsini yerə çırpan gənc ana həbs edildi

Hadisə

7-09-2022, 14:04

Ana olan azyaşlıdan yeni xəbər var: Anası ondan imtina etdi

Maraqlı

13-08-2022, 14:50

Evli adama dəlilər kimi aşiq oldu, açıq-saçıq şəkillərlə pul qazandı, övladlarına görə sevgilisini atdı

Mədəniyyət

20-08-2022, 15:20

Həmkarı ilə ömrü boyu danışmadı, plastik əməliyyat vaxtı öldü, həkimi stressdən dünyasını dəyişdi

Gündəm / Cəmiyyət

29-12-2022, 18:25

Elman Rüstəmovun oğlu olduğunu deyən 14 yaşlı yeniyetmə İLHAM ƏLİYEVƏ Müraciət etdi - VİDEO

Kriminal

25-12-2022, 00:39

Atasını öldürəndən sonra sevgilisinə hədiyyə almağa gedibmiş...

Olay

9-05-2023, 00:25

Binəqədi rayonunda qətil törədildi "ögey atasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb"

Dünya

11-08-2022, 15:41

12 yaşlı məktəbli anasını öldürdü

Dünya

25-09-2022, 12:02

ABŞ-da 3 yaşlı uşaq anasını güllələdi

Dünya

9-09-2022, 22:26

Saakaşvilinin oğlu: "Atam SƏHV ADDIM atdığını anladı..."

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Dünən, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Bu gün, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • Bu gün, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • Bu gün, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • Bu gün, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • Bu gün, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • Bu gün, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
  • Bu gün, 12:00
    Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
  • Bu gün, 11:00
    Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
  • Bu gün, 10:30
    İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
  • Bu gün, 10:00
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 18:00
    Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
  • Dünən, 17:30
    Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
  • Dünən, 17:00
    R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
  • Dünən, 16:14
    Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir - VİDEO
  • Dünən, 15:59
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • Dünən, 15:38
    “Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
  • Dünən, 15:09
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:59
    Rüstəm Xəlilov Salyanda nə iş görür? - İnsanlar palçıq içində yaşayır - ŞİKAYƏT
  • Dünən, 14:40
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • Dünən, 14:29
    Nəsimi rayonunda gecə yarısı tikinti özbaşınalığı sakinlər bezdirib - Qanun nə deyir? - VİDEO
  • Dünən, 13:42
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • Dünən, 13:25
    Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • Dünən, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • Dünən, 12:45
    “Ceyhun Sabunçu”nun qətli - Saxlananlardan biri deputatın oğludur
  • Dünən, 12:02
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • Dünən, 11:49
    Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
  • Dünən, 09:37
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • Dünən, 09:29
    "Azərlotereya"da idarəetmə dəyişir?
  • Dünən, 09:06
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • 23-10-2026, 19:00
    “Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
  • 23-10-2026, 18:37
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • 23-10-2026, 18:30
    BU NƏDİ BELƏ: Mərkəzi Bank nəyi təbliğ edir? - “Heç kəsə yazığınız gəlməsin” –
  • 23-10-2026, 18:11
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • 23-10-2026, 17:51
    Müştərinin pulunu al, vaxtını al, sonra da günahkar çıxar! - Aplus Marketdə “endirim oyunu”
  • 23-10-2026, 17:18
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə