• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Evli adama dəlilər kimi aşiq oldu, açıq-saçıq şəkillərlə pul qazandı, övladlarına görə sevgilisini atdı

Maraqlı

13-08-2022, 14:50

Ornella Muti (əsl adı-Françeska Romana Rivelli) 9 mart 1955-ci ildə Roma şəhərində anadan olub. Onun atası Neapolda doğulub boya-başa çatıb. Uzun illər müxbir kimi fəaliyyət göstərmişdir. Anası Elza isə əslən rusiyalı olsa da, Estoniyda dünyaya gəlib.

bakunews.az
kulis.az-a istinadən bildirir ki, Elzanın valideynləri inqilab vaxtı 1917-ci ildə Sankt-Peterburqdan Pribaltikaya mühacirət etmişlər.

Ornellanın ailəsi çox yoxsul vəziyyətdə yaşayıb. Onun on yaşı olanda atası dünyasını dəyişir. Atasının ölümündən sonra onların dolanışığı daha da pisləşir. O, və bacısı Klaudionun bütün yükü anası Elizanın çiyinlərinə düşür. Onların məktəb rəfiqələri hər dəfə yeni və dəbli qiyafələrdə məktəbə gəldikləri halda Ornella və bacısı köhnə və rəngi solmuş paltarları geyinməyə məcbur idilər.

Nəhayət bir gün Ornella kasıblıqdan yaxasını qurtarmağın yolunu tapır. O, kişilər üçün nəşr olunan jurnallara açıq-saçıq şəkillər çəkdirib pul qazanmağa başlayır. Bir müddət bu işdən xeyli pul qazanıb ailəni çətin vəziyyətdən xilas edir.

Günlərin bir günü həmin jurnallardan biri məktəb müdirinin əlinə keçir. Məktəbdə iclas keçirilir. Ornellanı məktəbdən kənarlaşdırmaq istəsələr də, ailənin kasıblığı onları bu hərəkətdən daşındırır.

Ornellanın anası da gənc qızının belə işdən pul qazanmasına çox məyus olur. Lakin, Ornella öz anasının bütün etirazlarına bir kəlmə ilə son qoyur:

"Mən öz pulumu belə qazanıram! Heç kimdən oğurluq etmirəm"

Vaxt ötür, Ornella böyüyür, böyüdükcə də gözəlləşir. Onun özündən böyük olan bacısı Kladuio isə həmin vaxtlar kino sahəsi ilə çox maraqlanır. Çəkilən son filmləri izləyir, kinosınaqların keçirilməsindən vaxtaşırı xəbər tutur. Bir dəfə isə o, qəzetdə "Ən gözəl qadın" filminin baş rolu üçün aktrisa axtarıldığını oxuyur. Klaudio bu xəbəri tezliklə bacısına çatdırıb onu da özüylə birlikdə həmin filmin sınaqlarına getməyə məcbur edir. Ornella özünün gələcəyini kinoda görmədiyindən getməməkdə israr edir. Lakin bacısının xətrinə axır ki, getməyə razılıq verir.

Sınaq meydanında rejissorun nəzərlərini cəlb edən uzun saçlı, dikburunlu Ornella tezcənə qrim otağına aparılır və dərhal qrim edilib şəkilləri çəkilir. Həmin vaxtı Ornellanın on dörd yaşı olur. Rol üçün lazım olan görüntü isə on yeddi yaş idi. Filmin rejissoru Damian rolu necə ifa etməyin qaydalarını ona başa salır. Elə həmin vaxtı da Damian ona Ornella Muti təxəllüsünü verir. Aktrisa isə özü bu təxəllüsü haqda uzun illər sonra belə deyəcəkdi:

"Məsələ burasındadı ki, mən hələ də Ornella adına öyəşməmişəm. Həyatda heç kim məni Ornella deyə çağırmır".

Həmin filmin çəkilişləri zamanı Ornella Alessio Orano ilə tanış olur. Mavi gözlü aktyor Ornellanı tez bir zamanda cəlb edir. Öz növbəsində Alessio da həmin dəqiqə gənc və gözəl qızı sevir. Lakin, nədənsə Ornella Alessioya heç bir məhəl qoymur, hətta onu özündən kənar tutmağa çalışır. Bunun isə çox sirli bir səbəbi olur. Bədbəxtlikdən Ornella həmin ərəfədə tamamilə başqa bir adamı sevir. İtaliyadan olan həmin adamın adı bu günə qədər hər kəs üçün sirr olaraq qalır.

Həmin sirrli adam Ornellanın ondan hamilə olduğunu xəbər tutan kimi ondan və doğulacaq olan gələcək övladından imtina edib öz arvadının yanına gedir. Vaxt tamam olanda Ornellanın Nayke adlı bir qızı doğulur. Qızı doğularkən onun cəmi on səkkiz yaşı olur. Bir ildən sonra isə Ornella Alessio Orano ilə ailə qurur.

Alessio ilə çəkildikləri filmin uğurundan sonra onu baqa filmlərə də dəvət edirlər. Əsasən də komediya filmlərinə. O, "Fionina", "Günəş sənin dərindədi", "Qətl üçün ideal məkan" və başqa filmlərə çəkilir. O, heç vaxt açıq-saçıq rollara çəkilməkdən imtina etmir.

On doqquz yaşlı gözəlçəni dəhşətli dərəcədə qısqanırdılar. İtaliya elitası onu daim rejissor və aktyorlarla eşq macərası yaşayan o qədər də uğur əldə etməyən aktrisa kimi tanıyırdı.

Aktrisa tezliklə rejissor Marko Ferrerinin təklifi ilə heç bir sınaq olmadan "Sonuncu qadın" filminə baş rol çəkilir. Həmin film aktrisanın filmoqrafiyasında önəmli dönüş edir. Ornella artıq özü də komediya filmlərində qeyri-ciddi rollara çəkilməkdən yorulur. Həm də o, yaxşı bilir ki, onu sadəcə olaraq qəşəng bir qız kimi qəbul edirlər, nəinki aktrisa kimi.

Lakin, "Sonuncu qadın" filmindən sonra xeyli mükafat əldə edir, İtaliya kino trixində Sofi Lorenin, Cina Lollobridcinin pilləsinə qalxır.

"Sonuncu qadın" filminin ardınca o, Alen Dlonla birlikdə "Alçağın ölümü" filminə çəkilir. Daha sonra Qriqori Çuxrayanın "Həyat gözəldir" və "İlk məhəbbət" filmlərində rol alır.

1980-ci ildə aktrisa "İnadkarın ram edilməsi" filminə olan dəvəti qəbul edir. Film ona inanılmaz uğur gətirib insanların sevimlisinə çevirir. Ornellanın həmin filmdəki tərəf müqabili ecaskar Adriano Çelentano idi. Ornella Çelentanonya o qədər güclü aşiq oldu ki, hətta əri Alessionu da tərk edir. O, artıq boş qalan bütün vaxtını Adriano ilə keçirirdi. Adriano ilə birlikdə onun konsertlərinə gedir. On beş yaşlı fanatlarla birlikdə sevgilisinin mahnılarını oxuyur.

1981-ci ildə onlar birlikdə "Ağılsız sevgililər" filminə çəkilirlər. Həmin film də onlara çox böyük şöhrət qazandırır. Cütlük həm filmdə, həm də həyatda xoşbəxt güzəran sürürlər. Lakin, hər xoşbəxtlik bir gün sona çatır.

Bir gün Muti masasının üstünə qoyulmuş qəzetlərə göz gəzdirərkən, belə bir başlığa rast gəlir.

"Adriano Çelentano Ornella Muti ilə olan əlaqəsindən ötrü publika önündə öz həyat yoldaşından üzr istədi".

Bu xəbəri eşitdikdən sonra Adrianonun yalançı azadlıq görüntüsü yaratdığını əslində isə onun nə arvadından, nə də uşaqlarından ayrılmayacağını anlayan Muti çox kədərlənir. Lakin, kədər çox uzun sürmür. Ornella yenidən Marko Ferrerinin "Triestdən olan qız" filminə çəkilir. Həmin filmin çəkilişləri zamanı Ornella özündən iyirmi yedi yaş böyük olan Ferreri ilə məhəbbət yaşayır. Ferreri onu bir neçə filmində də əsas rollara çəkir. Lakin, sonradan rejissor Ornellanı alman əsilli aktrisa Xanna Şiqulluya görə tərk edir.

Ancaq artıq bütün dünya Ornella Muti adını tanıyır. Onu dünyanın bir çox ölkələrində sevirlər. Böyük rejissorlar aktrisanı öz filmlərində görmək istəyirlər. Ən varlı və şöhrətli kişilər Ornellaya bahalı hədiyyələr bağışlamaq üçün sanki bir-birləri ilə yarışırlar.

Günlərin birində Ornella biznesmen və prodüsser Federiko Fakinnetti ilə tanış olur. Federikonun italyanlara xas olmayan ürəkaçıqlığı və komplimentləri aktrisanı valeh edir. Onlar tezliklə evlənirlər. Bu evlilikdən onların oğlu Andrea, ardınca isə qızları Karolina doğulur.

Lakin, bu dəfə də nağıl baş tutmur. Artıq ikinci dəfə qəzet səhəfələrində çıxan xəbər Ornellanın həyatını məhv edir. Kimliyi məlum olmayan bir qadın özünü Federikonun sevgilisi kimi qələmə verib Federikonun Ornella haqqında dediyi təhqiramiz və intim sözləri mətbuata sızdırır. Həmin sözlər isə olduğu kimi məqalədə yer alır. "Ornella yataqda darıxdırıcı olduğu qədər də öldürücü dərəcədə soyuq qadındır".

Bu xəbərdən duyuq düşən Federiko hər şeyi inkar edir və Mutini inandırır ki, bu onları ayırmaq üçün düşmənləri tərəfindən onların xoşbəxtliyini məhv etmək üçün qurulmuş növbəti tələdir. Ornella onun dediklərinə inanır. Ancaq bir müddət keçdikdən onun qulağına əri haqqında yaxşı olmayan söhbətlər çatır. Ətrafda olan yaxın insanlar Federikonun hansısa saxta maliyə məsələləri ilə məşğul olduğunu həmçinin pullarının çoxunu gecə klublarında keçirilən qumar oyunlarına sərf etdiyini, sevgililərinə xərclədiyi deyilir. Üstəlik bu xəbərlərin arasında onun tezliklə həbs olunacağı xəbəri də gəzib dolaşmağa başlayır.

Bir gün isə Fakinnetti onun haqqında gəzən şayiələrin doğruluğunu təsdiqləyir. Daha sonra isə Federiko Ornelladan xahiş edir ki, onun borclarını ödəyib, onu türməyə düşməyə qoymasın. Ornella Federikonun borclarını ödəyib onu tutulmaqdan xilas edir. Lakin, ardınca da Federikodan boşanır. Bir il sonra Federiko daha bir maliyə fırıldağının üstündə həbs olunur.

Ornella əvvəlki kimi filmlərə çəkilmək təklifi alır. Silvester Stallone, Jerar Depardye kimi aktyorlarla da bir sıra filmlərə çəkilir.

Ornellanın qızı Nayke artıq yetkin qız olur. İş elə gətirir ki, onun da taleyi anasınınkına bənzəyir. Naykenin on səkkiz yaşı tamam olanda anasına bir nəvə hədiyyə edir. Anasının sözünü dinləməyən Naykenin erkən ana olmasını bağışlamayan Muti bir müddət qızı ilə danışmır. Bir ilə qədər Ornella nə qızı, nə də yeni doğulmuş nəvəsi ilə görüşmür. Lakin, bir ildən sonra inadına son qoyub qızının evinə gedib onunla barışır və nəvəsini qəbul edir.

Aktrisa uzun müddət kişilərdən uzaq durur. 1997-ci ildə isə plastik cərrah Stefan Pikkolo ilə tanış olur. O,

Mutidən on üç yaş kiçik olur. Pkkolo ilə münasibətləri düz on üç il davam edir.

Təəssüf ki, bu münasibət daha kəskin şəkildə bitir. Stefano Mutinin uşaqları ilə ortaq dil tapa bilmir. Onlar daima uşaqların üstündə mübahisə edirlər. Axırda iş elə vəziyyətə çatır ki, Pikollo Mutiyə ya öz uşaqlarından imtina edib onunla birlikdə yaşamağı, ya da ondan həmişəlik ayrılmağı tələb edir. Ornella heç düşünmədən öz uşaqlarını seçib Pikkolodan ayrılır.

Sonralar Ornella Muti dünyanın bir çox nöqtəsində öz adını daşıyan zinət əşyaları mağazaları açıb, biznes sahəsində də uğur qazanır. Hazırda aktrisanın 67 yaşı var O, şöhrətin zirvəsində övladlarının və nəvələrini əhatəsində xoşbəxt ömür sürür.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

23-07-2022, 16:00

Oğlu tərəfindən döyüldü, görmə qabiliyyətini itirdi, ərinin ölümündə günahlandırıldı

Şou-biznes

27-08-2022, 17:50

Rafael Dadaşovu tərk etdi, ailəli adamla 7 il eşq yaşadı -

Mədəniyyət

20-08-2022, 15:20

Həmkarı ilə ömrü boyu danışmadı, plastik əməliyyat vaxtı öldü, həkimi stressdən dünyasını dəyişdi

Mədəniyyət

13-08-2022, 16:08

Anasını erkən itirdi, böyük məhəbbət yaşadı, səhnələri fəth etdi - Xalq artisti haqqında bilmədiklərimiz...

Şou-biznes

3-08-2022, 15:16

"Qadın kitab kimi bağlı olmalıdır"

Hadisə / Ölkə

7-09-2022, 15:54

13 yaşlı qızın dünyaya gətirdiyi uşağın atası da yeniyetmə imiş - DETALLAR

Mədəniyyət

21-08-2022, 11:35

Həkimlərin əlində müəmmalı şəkildə ölən Xalq artisti

Dünya

12-07-2022, 15:45

Yaponiyanın sabiq baş naziri Şinzo Abe kimdir və niyə öldürüldü?

Mədəniyyət

23-07-2022, 13:23

Babasının gözləri çıxardılan, nənə olandan sonra ərə gedən, kəfənini çantasında gəzdirən şairimiz

Hadisə

7-09-2022, 14:04

Ana olan azyaşlıdan yeni xəbər var: Anası ondan imtina etdi

Şou-biznes

17-07-2022, 13:08

Erkən ailə qurdu, sevdiyi insandan ayrıldı, qəfildən dünyasını dəyişdi

Cəmiyyət

28-07-2022, 22:50

Ana atadan irəlidirmi?

Araşdırma
“Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? -Araşdırma
Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb
Qusarda şəhid bacısının torpaq sahəsi saxta sənədlərlə ələ keçirilib – Ailə 7 ildir ədalət axtarışında
Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
Yuxarı Qarabağ kanalında qalmaqal: Texnika qeyri-qanuni işdə yandırıldı
Hadisə
Bu gün, 17:37
Mərdəkanda dənizdə batan var
Bu gün, 12:39
Rusiyada saxlanılan daha 4 azərbaycanlıya - Bu qədər həbs cəzası verildi
Dünən, 18:44
Sumqayıtda dənizdə azyaşlı qıcolmadan ölüb
Dünən, 09:04
Sumqayıtda çoxmərtəbəli binadakı yanğında 17 nəfər tüstüdən zəhərlənib - SİYAHI
19-07-2025, 16:30
Gəncədə 22 yaşlı qız döyülərək öldürüldü - Şübhəli atasıdır
19-07-2025, 10:42
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Xəbər lenti
  • Bu gün, 18:53
    İstanbulda xəstəxana yanır
  • Bu gün, 18:47
    Ukrayna səfiri: Kiyev Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək
  • Bu gün, 18:06
    Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı: Təhlükəsizliyimizə təhdid olsa, müdaxilə edəcəyik
  • Bu gün, 18:00
    Rusiyada “Baza”nın beş əməkdaşı saxlanılıb
  • Bu gün, 17:45
    Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
  • Bu gün, 17:37
    Mərdəkanda dənizdə batan var
  • Bu gün, 17:15
    Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşüb
  • Bu gün, 17:00
    Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
  • Bu gün, 16:30
    Azərbaycanda qablaşdırılan dərmanlar tender zamanı 5 il yerli mal hesab olunacaq
  • Bu gün, 16:24
    BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
  • Bu gün, 15:49
    Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
  • Bu gün, 15:39
    Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı,bəs müavini Arifə Məmmədova haqqında hansı tədbir görüldü?
  • Bu gün, 15:18
    "Sübut yox, cəza var: Şəkərli Diabetdən əziyyət çəkən məhkumdan Prezidentə Açıq Müraciət"
  • Bu gün, 14:50
    Rəşad Nəbiyev Füzulidə vətəndaşları qəbul edəcək
  • Bu gün, 14:40
    “Medipoint“ klinikasında qanunsuzluq – Blogeri reklam çəkilişi üçün əməliyyat otağına saldılar
  • Bu gün, 14:17
    Sabirabadda yol tikintisinə 2,1 milyon manat ayrıldı - Sərəncam
  • Bu gün, 13:12
    Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
  • Bu gün, 12:58
    NDU-də nonses - Rektor biabırçılığı araşdırmaq əvəzinə müəllim və tələbə heyətini sosial şəbəkələrdə trolluğa məcbur edir.
  • Bu gün, 12:39
    Rusiyada saxlanılan daha 4 azərbaycanlıya - Bu qədər həbs cəzası verildi
  • Bu gün, 10:00
    İran XİN rəhbəri: Tehran raket proqramının inkişafı üzərində işləməyə davam edir
  • Bu gün, 09:30
    Tramp: ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır
  • Bu gün, 09:00
    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
  • Bu gün, 06:40
    Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
  • Dünən, 18:52
    Rusiya-Ukrayna danışıqları bu həftə İstanbulda keçirilə bilər
  • Dünən, 18:44
    Sumqayıtda dənizdə azyaşlı qıcolmadan ölüb
  • Dünən, 18:36
    Rusiyadan işçi miqrantlarla bağlı daha bir tələb
  • Dünən, 18:17
    Azərbaycan Prezidentinin köməkçisinin adından saxta açıqlama yayılıb
  • Dünən, 17:57
    Prezident milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib
  • Dünən, 17:39
    Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... - TƏFƏRRÜAT
  • Dünən, 17:09
    İlham Əliyevin Xankəndi açıqlamaları – Azərbaycanın regional və qlobal miqyasda önəmi - ŞƏRH
  • Dünən, 16:55
    323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır?
  • Dünən, 16:13
    Azərbaycanın iqtisadiyyat naziri Çexiyada iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək
  • Dünən, 15:53
    Trampla Putin bu ölkədə görüşə bilərlər
  • Dünən, 15:24
    Agentlik xarici ölkələrdə təhsil alan tələbələrə müraciət edib
  • Dünən, 15:03
    Ərdoğan: Suriya təxminən 2500 əsgəri ilə bölgəyə nəzarəti ələ keçirmək yolundadır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə