• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Babasının gözləri çıxardılan, nənə olandan sonra ərə gedən, kəfənini çantasında gəzdirən şairimiz

Mədəniyyət

23-07-2022, 13:23

Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. Pedaqoji Universitetin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub.

***

Mirvarid xanımın babası Mustafa "37-nin" qurbanlarındandır. Qazaxıstanda sürgün həyatı yaşayıb, orda da dünyasını dəyişən babasının məzarının yeri bu günə qədər də məlum deyil. Şairənin ulu babası Əbdürrəhman ağa Dilbazi Xanlıqlar kəndində doğulub, dövrünün ən mütərəqqi aydınlarından, ictimai-xadimlərindən olub. 1803-cü ildə Sisianovun Gəncə xanı Cavad xanı qətlə yetirməsinə divan yazdığı üçün onun gözləri çıxarılıb. Qazaxın alov qülləsi adlanan yerdə bir sal daş üstə oturub, gözləri kor gəlib-gedənləri dinləyir, Tiflisdə, Gəncədə, Qarabağda nələrin baş verdiyini soruşur, bədahətən şeirlər deyirmiş.

Mirvarid Dilbazi iki dəfə ailə həyatı qurub. Onun birinci həyat yoldaşının adı Rəşid olub. Rəşidlə Mirvari xanım əmiuşağı olublar. Rəşid bəy isə məşhur rəqqasə Əminə Dilbazinin qardaşı idi. Mirvarid xanımla həyat yoldaşının həm soyadı, həm də atalarının adı eyni olub - Dilbazi Rəşid Paşa oğlu, Dilbazi Mirvarid Paşa qızı. Bu səbəbdən də onların nikahı qeyd olunan zaman orada hər kəs məətəl qalıb, deyiblər bacı-qardaşla ailə qurur?

***

1942-ci ildə Mirvari xanımın həyat yoldaşı müharibəyə yola düşür. Hamilə olan şairə bacısı ilə Yaqut xanım İncədərəsində birgə yaşayırmış. Bir gün o, bacısı ilə birgə Qazaxda yerləşən Hacı Mahmud ziyarətgahına getmək üçün qatarla yola düşür. Onları Əminə Dilbazi yola salır. Səməd Vurğunun qardaşı Mehdixan müəllim də Qazaxda katib imiş. Tapşırıb ki, onları qarşılasınlar. Yolda Mirvarid xanımın sancısı tutur, əsgərlər onu ayrıca bir vaqona aparıblar. Təsadüfən maşında Tibb Universitetində oxuyan gənc bir qız varmış, onun köməyilə Mirvarid xanımın qızı dünyaya gəlir. Gəncəyə çatanda təcili yardım maşını gəlib şairəni xəstəxanaya aparırlar.

Mirvarid xanım ikinci dəfə əslən Qubadlıdan olan Həsi Abdullayevlə ailə qurur. Onun ikinci dəfə ailə qurması isə Səməd Vurğunun məsləhəti ilə olub. Səməd Vurğun şairəni yanına çağırıb deyir ki, adına söz çıxardacaqlar, ərə get. Bundan başqa Mirvarid xanımın xalasının əri Əhməd Seyidov da ona məsləhət edir ki, ailə qursun. Şairə ailə quranda isə onun artıq bir nəvəsi də var idi.

***

Deyilənə görə yumşaq olduğu qədər də zabitəli qadın olub. Ailədə ondan çəkinirmişlər. O, həm də çox işgüzar insan olub. Yaxşı biş-düş qabiliyyəti varmış. Xüsusilə qurutlu xəngəli yaxşı bişirib. Xəngəl üçün qurutu isə mütləq özü hazırlayıb eyvanında qurudurmuş.

İçki içməyi sevmirmiş. Hətta qohumları belə məclislərdə ondan gizlin içiblər. Qızı Xatirə Dilbazi müsahibələrinin birində bu haqda deyir: Mən deyib-gülməyi, əylənməyi xoşlayan adamam. Bibim Əminə xanım da belə idi. Ona görə anam ona acıqlanırdı həmişə. Anamın yanında bərkdən gülmək, ucadan danışmaq, yüngül hərəkətlər etmək olmazdı. Birdən bağa toplaşırdıq, kabab çəkilirdik, bunu içkisiz necə yola verəsən? Keçib evdə gizlin içirdik...

***

Evində həmişə "Quran" kitab olub. Mirvarid xanımın anası namaz qılan qadın olub. Özü də həmişə "Quran" oxuyub - həm də ərəb dilindən.
Mirvari xanım şeirlərini də əski əlifbada yazıb sonra makinaya köçürürdü.

Evi həmişə qonaq-qaralı olub. Amma gələnlərdən heç vaxt pay götürməyib. Deyirmiş ki, məni çox istəyən, mənə bənövşə gətirsin. Bu haqda bir şeiri də var.

***

Elçibəy prezident olanda onunla görüşüb. Mirvarid xanım Elçibəydən yeganə xahişi "Yazıçı" nəşriyyatının 2 milyon rubl borcunu bağışlaması olub.

***

Ömrünün son günlərində yatağından qalxa bilməyib. Zəlimxan Yaqub onun yanına gedir. Zəlimxan Yaqub evdəki sazla bir neçə saz havası ifa edir. İfanın sonunda otaqdakıların çöhrəsini diqqətlə süzən şairə deyir: "Demişəm Xatirəyə, məni anamın yanında basdırın. Mən anamsız dura bilmirəm. Anamın laylasına möhtacam".

Müsahibələrinin birində qızı deyir ki, anam kəfənini alıb çantaya qoymuşdu. Hər dəfə deyirdi ki, ölüb-eləsəm, özünüzü itirməyin. Heç nədən qorxmurdu. Camaat gedib qızıl-gümüş alanda bu köhnə qəbiristanlıqda özü üçün yer almışdı. Vəsiyyət eləmişdi ki, məni Fəxri xiyabanda basdırmayın, anamın yanında basdırın. Elə də elədik.

***

Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.

***

Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.\\milli.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

14-08-2022, 12:03

Anasından gizli filmə çəkildi, məşhur futbolçu ilə ailə qurdu, səssiz-küysüz dünyasını dəyişdi - Kinomuzun Gülpərisindən maraqlı faktlar

Cəmiyyət

1-08-2022, 17:29

Azərbaycanda alim VƏFAT ETDİ -

Mədəniyyət

9-09-2022, 15:42

Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri başlayıb

Mədəniyyət

26-08-2022, 10:53

İrəvan xanının nəticəsi Şuşada Pənahəli xanın sarayında olub

Təhsil

28-06-2022, 20:47

Etibar Əliyev: “Anar Qədiməliyev məktəbləri dağıtmaq, korrupsiyanı genişləndirmək üçün müdir təyin edilib”

Mədəniyyət

11-08-2022, 19:50

Polis General-mayoru Əbülfəz Rzayevin doğum günüdür

Mədəniyyət

21-08-2022, 11:35

Həkimlərin əlində müəmmalı şəkildə ölən Xalq artisti

Siyasət

28-07-2022, 22:10

AMEA-da prezident seçkiləri keçiriləcək

Mədəniyyət

13-08-2022, 13:01

Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi - Papaqçıya ərə gedən Xan qızı

Cəmiyyət

29-06-2022, 12:31

Bağça biznesinə KİM NƏZARƏT EDİR... - Bundan əvvəl də...

Mədəniyyət

3-08-2022, 10:08

Tanınmış aparıcı İTV-dən getdi

Hadisə

2-08-2022, 16:10

Ukraynada azərbaycanlı iş adamının qətli ilə bağlı - Yeni detallar

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
  • 26-09-2026, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • 26-09-2026, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • 26-09-2026, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • 26-09-2026, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə