• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Erkən ailə qurdu, sevdiyi insandan ayrıldı, qəfildən dünyasını dəyişdi

Şou-biznes

17-07-2022, 13:08

bakunews.az kulis.az-a istinadən aktrisa Ofeliya Məmmədzadə haqqında 10 maraqlı faktı təqdim edir.

1) Ofeliya Məmmədzadənin aktyorluq sənəti ilə heç bir əlaqəsi olmayıb. On beş yaşında məşhur aktyor Gündüz Abbasovla tanış olub, bir-birilərini seviblər. Ancaq Ofeliya xanımın yaşı nikaha düşmədiyindən yaşını üç il artıraraq ailə qurublar.

2) Ofeliya xanımın iki qızı, bir oğlu olur. Cütlüyün xoşbəxt günlərinin birində başlarının üstünü qara buludlar alır: bir müddət sonra Ofeliya Məmmədzadə xəyanətlə üzləşir, o ərinin dövrün məşhur aktrisalarından biri ilə sevgi münasibətinin olmasını eşidir və bunu qəbul edə bilməyib ondan ayrılır.

3) Aktrisa azyaşlı oğlunu götürüb evini tərk edib. Sonradan Gündüz Abbasovun prokuror işləyən qardaşı uşağı aktrisadan hüquqi yolla geri qaytarıb.

4) Gündüz Abbasovdan ayrılan aktrisa bir müddət sonra filmlərə çəkilməyə başlayır. Onun ilk çəkildiyi film isə "Yenilməz batalyon" olur. Aktrisa filmdə Roza adlı bar sahibəsini canlandırır.

5) Gündüz Abbasov Ofeliya Məmmədzadə ilə heç vaxt görüşmür və onun aktrisalığını da qəbul etmir. Onların uşaqlarını Gündüzün anası saxlayır, boya-başa çatdırır.

6) Bir müddət sonra Ofeliya xanım digər həmkarı Hökumə Qurbanovanın keçmiş həyat yoldaşı teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur. Bu evlilikdən onların övladı olmur, ancaq aktrisa onunla düz 27 il birlikdə yaşayır.

7) Aktrisa uzun müddət övladları ilə görüşə bilməyib. Gündüz Abbasov uşaqlarına anaları ilə görüşməyi qəti şəkildə qadağan etsə də, Ofeliya xanım ondan gizlin uşaqlarını görmək üçün bağçaya gedirmiş. Aradan uzun illər keçəndən sonra Gündüz Abbasovun dostunun ad gününə təsadüfən gələn Ofeliya xanım artıq məktəbli olan uşaqlarını orada görüb onlarla görüşə bilir. Ancaq Gündüz Abbasov uşaqlarını Ofeliya xanımın iştirakı etdiyi tamaşaların hamısına aparırmış.

8) Gündüz Abbasovla yolları ayrılsa da o, rəhmətə gedəndə aktrisa onun dəfn mərasiminə gəlir, sonralar qayınanası ilə də ömrünün sonuna qədər ünsiyyətdə olur. Qayınanası rəhmətə gedəndə isə yas məclisinin ortasında hönkürtü ilə ağlayan bir qadın səsi eşidilir. Bu Ofeliya Məmmədzadə olur.

9) Əzizə Əhmədovanın "Mavi gözlərin işığı" adlı romanı Ofeliya Məmmədzadənin və Gündüz Abbasovun həyatından bəhs edir.

10) Aktrisa 11 iyul 2007-ci ildə 67 yaşında ürək tutmasından dünyasını dəyişir. Onun ölümü ilə bağlı müxtəlif şayiələr yayılır, aktrisa rəhmətə gedəndən sonra üç gün öz evində qaldığı deyilir.

Lakin, Ofeliya xanımın qızı Dildar Bədirova müsahibələrinin birində bu haqda deyir:

"Qızım xaricdən gəlmişdi. Anam üçün saat və bəzi hədiyyələr almışdı. Şənbə günü anama zəng vurub ona dedim ki, birinci gün sizə gəlib, hədiyyələrini gətirəcəm. Birinci gün nə qədər zəng vurdum, nə mobil, nə də ev telefonuna cavab verən olmadı. Oğlumu yolladım. Məlum oldu ki, qapı ardından anamın iti hürür, amma qapını açan yoxdu.

Oğlumla danışandan sonra özüm gəldim. Qonşunun eyvanına çıxıb anamın eyvanına boylandım. Anamın yataq otağının pəncərəsi onlardan görsənirdi. Diqqətlə baxanda bir əl gördüm. Əvvəl elə bildim səhv edirəm, nəsə gözümə görsənir. Ancaq diqqətlə baxanda gördüm ki, yox, əl anamın əlidir. Bir o yadımdadır ki, divara söykəndim. Və öz-özümə düşündüm ki, o, artıq ölüb.

Qapını sındırmalarına icazə vermədim. Qardaşım kranla üçüncü mərtəbəyə çıxıb evə girdi. Anam uzanıqlı vəziyyətdə keçinməmişdi. Elə oturulu, söykənmiş vəziyyətdə qalmışdı. Əli də yanına düşmüşdü. Anamın ürəyi xəstə idi".

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Şou-biznes

9-08-2022, 11:39

Xərçəngə tutulan məşhur aktrisa vəfat etdi - FOTO

Şou-biznes

27-08-2022, 17:50

Rafael Dadaşovu tərk etdi, ailəli adamla 7 il eşq yaşadı -

Şou-biznes

19-07-2022, 21:24

Məşhur aktrisa vəfat etdi

Şou-biznes

8-08-2022, 16:29

Məşhur cütlük gizlin EVLƏNDİ

Mədəniyyət

23-07-2022, 16:00

Oğlu tərəfindən döyüldü, görmə qabiliyyətini itirdi, ərinin ölümündə günahlandırıldı

Şou-biznes

15-08-2022, 16:45

Hollivudun ukraynalı gözəli 39 yaşını qeyd edir

Şou-biznes

11-08-2022, 15:04

Ayrıldılar, biri-birini "sildi"lər

Şou-biznes

6-08-2022, 13:43

Tanınmış aktrisa ərə gedir

Mədəniyyət

20-08-2022, 15:20

Həmkarı ilə ömrü boyu danışmadı, plastik əməliyyat vaxtı öldü, həkimi stressdən dünyasını dəyişdi

Şou-biznes

1-08-2022, 12:59

Məşhur aktrisa alış-verişə bu cür GƏLİR

Şou-biznes

3-09-2022, 12:17

Aktrisaya 250 min dollarlıq təklif

Mədəniyyət

4-09-2022, 13:10

Özündən 6 yaş kiçik qaraçı ilə evləndi, ərindən sonra 2 ay yaşaya bildi - Azərbaycanlı aktrisa Bakıya niyə gəlmirdi?

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
Xəbər lenti
  • Bu gün, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • Bu gün, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • Bu gün, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • Bu gün, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • Bu gün, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • Bu gün, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • Bu gün, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • Bu gün, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • Bu gün, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • Bu gün, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • Bu gün, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • Bu gün, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • Bu gün, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • Bu gün, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • Bu gün, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • Bu gün, 12:10
    Laçında traktor minaya düşüb
  • Bu gün, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • Bu gün, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • Bu gün, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • Bu gün, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
  • Bu gün, 10:29
    Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
  • Bu gün, 10:09
    İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
  • Bu gün, 09:51
    Ramin Qasımov Sumqayıt Tibb Mərkəzində nə kimi qanunsuzluqlara yol verir
  • Bu gün, 09:23
    İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir
  • Bu gün, 09:17
    “Referans”ın həkimləri qızımı öldürdü – 19 yaşlı Fidanın atasından ağır ittihamlar
  • Bu gün, 08:54
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
  • Dünən, 19:00
    Azərbaycan–Gürcüstan münasibətlərində parlamentlərarası əlaqələrin rolu müzakirə olunub
  • Dünən, 18:30
    TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub
  • Dünən, 18:18
    Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 50 mənzil verilib
  • Dünən, 18:11
    Ramiz Mehdiyevin kürəkəni və sabiq icra başçısının şərik olduğu obyektlər satışa çıxarılıb - TƏFƏRRÜAT
  • Dünən, 17:57
    Daşkənddə TBNM-in inkişafına dair konfrans keçiriləcək
  • Dünən, 17:39
    "İnternational" BOKT-nın rəhbərindən vətəndaşa qarşı KOBUDLUQ - GİLEY
  • Dünən, 17:10
    Paşinyana "sülh mükafatı" - Azərbaycana dəyişməyən siyasi-ideoloji qərəz - ŞƏRH
  • Dünən, 16:59
    Yeni Yasamalda ağacları məhv edib otel tikirlər - Sakinləri eşidən heç bir qurum yoxdur -VİDEO
  • Dünən, 16:34
    Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə