Böyük Britaniyalı aktrisa Oliviya Nyuton-Con dünyasını dəyişib.
bakunews.az baku.ws-ə istinadən xəbər verir ki, 73 yaşında vəfat edən aktrisa ömrünün son illərində xərçəng xəstəliyi ilə mübarizə aparıb. O, süd vəzi xərçəngindən əziyyət çəkirdi. Oliviya bu xəstəliyə 2018-ci ildən tutulub.
Məlumat üçün bildirək ki, aktrisa hollivud ulduzu Con Travolta ilə çəkildiyi "Briolin" adlı ekran işi ilə məşhurlaşıb.
bakunews.az