Xalq artisti Ənvər Həsənovun səhhəti nisbətən yaxşılaşıb.
Bu barədə bakunews.az apa-ya istinaden sənətkarın qızı Aytən xanım məlumat verib.
Onun sözlərinə görə, aktyorun səhhəti yaxşılaşmağa doğru gedir: "Əvvəlki günlərə baxanda bu gün yaxşıdır. Gələn həftənin ikinci günü karantin müddəti də bitəcək. Ondan sonra MRT və digər lazımi müayinələr aparılacaq", - deyə qeyd edib.
bakunews.az