Sizin reklam burada 728×90
Son dəqiqə

“Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə işi üzrə hazırlıq iclası keçirilib

12.11.2022 19:03 867 1 dəq oxunur
“Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə işi üzrə hazırlıq iclası keçirilib
10 noyabr 2022-ci il tarixində jurnalist Qaşqay Ziyəddinoğlunun (Qaşqay Ziyəddin oğlu Ramazanovun) Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə növbəti hazırlıq iclası keçirilib.

bakunews.az xəbər verir ki, Qaşqay Ziyəddinoğlunun media orqanları üçün yaydığı açıqlamasında qeyd edilir ki, hazırlıq iclasında yalançı şahidlərin ifadələri dinlənilib, işlə bağlı sənədlər məhkəməyə təqdim edilib. Daha sonra jurnalistin “Yeni Azərbaycan” qəzetinə qarşı iddiası əsasında məhkəmə prosesinin baxış iclası 30 noyabr 2022-ci il tarixinə təyin olunub.

Xatırladaq ki, məhkəmə iddiası Qaşqay Ziyəddinoğlunun qanunsuz olaraq işdən azad edilməsinə görə qaldırılıb və iddiaçı cavabdeh tərəfdən işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əməkhaqqının tam şəkildə ödənilməsini, habelə son 10 ay ərzində peşəkar fəaliyyətinə maneçilik törədildiyinə, işgüzar nüfuzuna xələl gətirildiyinə görə əlavə təzminat tələb edir.

Məlumat üçün onu da bildirək ki, tanınmış jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qaşqay Ziyəddinoğlu Milli Mətbuatın 145 illik yubileyi ilə əlaqədar olaraq 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az