Sizin reklam burada 728×90
Son dəqiqə

Peyvənd olunanların sayı açıqlandı

30.07.2022 18:00 560 1 dəq oxunur
Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son gündə koronavirus əleyhinə 1 994 vaksin vurulub.

Bu barədə bakunews.az axar.az-a istinadən Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 340, ikinci doza vaksinlərin sayı 164 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 241-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 816 323 təşkil edir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az