Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

06.08.2022 18:34 364 1 dəq oxunur
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 839 vaksin vurulub.

Bu barədə bakunews.az-ya report-a istinadən Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 314, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 172 , üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 113, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 240 nəfərdir.

Qeyd edilir ki, vurulan peyvəndlərin ümumi sayı 13 827 603, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 294, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 790, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 344 797, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 722 nəfərdir.



bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az