Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda liseydə şagirdin güllələdiyi müəllimin son durumu açıqlanıb

06.02.2026 11:39 363 1 dəq oxunur
Bakıda liseydə şagirdin güllələdiyi müəllimin son durumu açıqlanıb
Binəqədi rayonunda yerləşən "İdrak" liseyində fevralın 6-da şagirdin güllələdiyi müəllimin vəziyyəti orta ağırdır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü qadın KTM-ə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az