Sizin reklam burada 728×90
Son dəqiqə

İran Rusiya, Belarus və Ermənistanı başına yığıb PUA yarışı keçirir

15.08.2022 16:07 588 1 dəq oxunur
İran Rusiya, Belarus və Ermənistanı başına yığıb PUA yarışı keçirir
SEPAH Aerokosmik Qüvvələrinin məlumatına görə, İran dünya ordularının "dron yarışlarına” İsfahan vilayətinin Kaşan şəhərində ev sahibliyi edəcək.

bakunews.az qaynarinfo-ya istinadən bu barədə "Iranintl" saytına istinadən xəbər verir.

İnqilab Keşikçiləri Aerokosmik Qüvvələri komandanının müşaviri, briqada generalı Əli Bilali dünya ordularının PUA yarışmasının Kaşanda keçirildiyini elan edərək, bunun məqsədinin "İslam Respublikasının sülh, dostluq və əməkdaşlıq mesajını digər ölkələrə çatdırmaq” olduğunu bildirib.

O, turnirin dəqiq vaxtını açıqlamayib, lakin əlavə edib ki, bu turnirdə müxtəlif ölkələrin, o cümlədən İran, Rusiya, Belarus və Ermənistanın komandaları iştirak edir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az