• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

GƏDƏBƏYLILƏRDƏ “TIBBI ÜSULLA QEYRƏTSIZLIK SINDROMU” YARATMAQ ISTƏYIRLƏR – FOTOLAR

Səhiyyə / Araşdırma

8-09-2023, 11:13

Sadiq oxucularımız xatırlayarlar, 23 avqust 2023-cü il tarixdə “Deryaz.az” saytında Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Etibar Hüseynovun zorakı hərəkətlərinə məruz qalmış xəstəxananın tibb bacısı Hacıyeva Vüsalə Əfraim qızının şikayətini dərc etmişdik. Məlumatda bildirilirdi ki, baş həkim əvvəlcədən planlaşdırdığı fikri həyata keçirmək üçün 06.07.2023-cü il tarixdə Hacıyeva Vüsaləyə zor tətbiq edərək müqavimətini qırmağa çalışmış, qollarından tutaraq qeyri — etik hərəkətlər etmiş, onu zorakılığa məruz qoymuşdur. Lakin Vüsalə Hacıyeva təcavüzkarın əlindən çıxmağa müvəffəq olub dəhlizə qaçmış və Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq yardım istəmiş, şikayət etmişdir.

İndi isə həmin məsələ ilə əlaqədar daxil olmuş əlavə məlumatlar əsasında mövzuya bəzi dəqiqləşdirmələr etməyi lazım bildik. Məsələ burasındadır ki, Etibar Hüseynov Vüsalə Hacıyevaya çoxdan göz qoyurmuş və niyyətini həyata keçirmək üçün baş tibb bacısı Nərminənin xidmətindən yararlanmaq istəyirmiş. Nərminə dəfələrlə Vüsaləni “yola gətirməyə” uğursuzcasına cəhd etmiş, ona təklif etmişdir ki, Etibarın maşınına minsin.

Vüsalə Hacıyeva bildirir ki, baş həkim əvvəlcə şantaj metodundan istifadə etməyə çalışmış, onu yanına çağıraraq demişdir ki, onun və eyni xəstəxanada çalışan bacısı Səbinənin barəsində xoşagəlməz söz-söhbətlər gəzir və özünün bir rəhbər kimi bu işlərə göz yumması üçün gərək Vüsalə onunla yaxınlıq etsin. Vüsalə Hacıyeva bu söz-söhbətləri kimin yaydığını soruşduqda, baş həkim konkret cavab verməmiş, ancaq Vüsalə sonradan həmin dedi-qodu yayan şəxsin Etibarın planı üzrə hərəkət edən Nərminə olduğunu öyrənmişdir. Baş həkim dəfələrlə, ciddi bir səbəb oldu-olmadı Vüsaləni otağına çağırmış, hətta tibb bacısının xəstəyə xidmət etdiyi dəqiqələrdə belə işini yarımçıq qoyub onun yanına gəlməsinə israr etmişdir. Vüsalənin “ipə-sapa yatmadığından” səbri tükənən Etibar Hüseynov nəhayət tibb bacısının kabinetinə yaxın yerləşən otağına çağıraraq çirkin niyyətini başa çatdırmağa çalışmışdır. Lakin qadın ciddi müqavimət göstərmiş, onunla sözün hərfi mənasında əlbəyaxa olmuşdur. Nəticədə Etibarın niyyəti baş tutmamış, qadının bədəninin bəzi nahiyələri xəsarət alaraq göyərmişdir. Haraya gələn bacısı Səbinə Vüsalənin bu halını görmüşdür.


Vüsalə Hacıyevanın üzərində müşahidə olunan zorakılıq əlamətləri haqqında Gədəbəy rayon Tibbi-Ekspertiza Mərkəzindən rəy almaq istəyi alınmamışdır. Onun fikrincə, yerli məhkəmə tibb ekspertləri Etibar Hüseynovla bağlı skandal yaradacaq rəyi vermək istəməmişlər. O, məcbur olub Şəmkir Tibbi-Ekspertiza Mərkəzindən rəy ala bilmişdir. Di gəl, Gədəbəy Rayon Polis Şöbəsinə təqdim etdiyi həmin rəy sonradan “itib-batmışdır”. Sənədləri heç prokurorluqda da “üzə çıxartmamışlır”. Polis təhqiqatçısı Fərid gah həmin sənədi öz evinə apardığını, işə gətirməyi yaddan çıxardığını, gah da prokurorluqda olduğunu demiş, axır ki, Vüsaləni prosesi əks etdirən sənədlərlə tanış etməkdən yayınmışdırlar.
Ötən məqalədə qeyd etdiyimiz kimi, baş həkim Etibar Hüseynovun bu qeyri-etik əməli haqqında nə Səhiyyə Nazirliyində, nə də ki DİN-də heç bir tədbir görülmür. İcbari Sığorta üzrə Dövlət Agentliyi isə vətəndaş Hacıyevanın şikayətini “aidiyyəti üzrə baxılması üçün” TƏBİB-ə göndərməklə kifayətlənmişdir. TƏBİB isə öz növbəsində təxmin etdiyimiz kimi, müraciətnaməni araşdırılması üçün Gədəbəy Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoruna göndərmişdir.

Vüsalə Hacıyevə redaksiyamıza bildirdi ki, polis idarəsində İXM-nin 157-ci maddəsi ilə açılan cinayət işini prokurorluq bu işə xitam vermək istəyir. İXM-nin 157-ci maddəsi isə döymə inzibati xətasını nəzərdə tutur. Belə anlayış verilir – döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə. Döymə inzibati xətası qəsdən törədilən əməldir. İXM-nin 157-ci maddəsinin sanksiyasında döymə inzibati xətasının törədilməsinə görə 600 manatadək cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 2 ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 157-ci maddəsində həmçinin qeyd hissə nəzərdə tutulmuşdur ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq (CM-nin 126, 127 və 128-ci maddələri) maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Vüsalə Hacıyeva şübhələnir ki, Şəmkir Tibb-Ekspertiza Mərkəzinin verdiyi ilkin rəy məhz sağlamlığa az ağır, ya ağır zərər vurmaqla törədilmiş əmələ uyğun gələ bilər və sonradan ekspertlərə təzyiq göstərib dəyişdirilməsinə nail ola bilərlər. Bununla da Etibar Hüseynovun əməlinin CM ilə deyil, İXM ilə tövsif edilməsinə nail ola bilərlər. Şikayətçinin sözlərinə görə, hətta onun dediklərinin əksini iddia edən “şahidlər” də tapmış, işə yerli-dibli xitam verməyə çalışırlar.

Vüsalə Hacıyeva həmçinin bildirir ki, Etibar Hüseynov indi onun işləməsinə mane olur, “otağını tərk et” deyir, müxtəlif üsullarla çalışır ki, bezib özü işdən çıxsın. Xəstələrə qulluq göstərməsinə şərait yaradılmır, işinin narazılıq doğurması üçün badalaqlar qurur və s.

Məlumata görə, Gədəbəy rayon prokuroru Əli Babayevin anası doktor Etibar Hüseynovun həyat yoldaşı ilə həmkardırlar, Yasamal rayonunun məktəblərinin birində müəllim işləyirlər. Royonda “baz Etibar” ləğəbiylə tanınan baş həkim , Etibar Hüseynova Prokuror Əli Babayev bu gün öz haqsız addımlarıyla, qanunazidd qərarlarıyla Vətən uğrunda savaşlarda mənfur düşmən erməni qabağında sınmayan gədəbəyliləri ədalətsizlik qarşısında alçaq itaətə boyun əydirmək istəyir, rayonda bir növ qeyrətsizlik sindromu yaratmağa çalışır. Haqqı-hüququ tapdalanan vətəndaşların deyil, günahkarı cəzalandırmaqdansa, doğrunu deyənin “bağrını yarmaq”, mərdi qova-qova namərd etmək yolunu tutub. Bu yarıtmaz siyasətdən ən çox zərərçəkənlər isə təkcə ismətini, namusunu qorumaq istəyən Vüsalə Hacıyeva kimi qadınlar deyil, iş adamları, sahibkarlar da ziyan çəkir, şərə-böhtana məruz qalırlar.

Əlbəttə, Əli Babayevin müstəbid siyasətindən tabeliyindəki səhiyyə işçiləri bu qədər zaval görürlərsə, təbii ki, tibbi xidmət üçün xəstəxanaya üz tutan vətəndaşlar daha çox ziyan çəkirlər. Müraciətlərə həssas yanaşılmır, insanlar süründürməçiliklə, laqeydliklə, kobud rəftarla üzləşirlər. Üç il əvvəl baş vermiş Vətən müharibəsi Qələbə ilə nəticələnsə də, onun vurduğu yaralar hələ sağalmayıb. Söhbət təkcə övladları şəhid, qazi olmuş Gədəbəy sakinlərindən getmir. Bununla belə, Gədəbəy vətəndaşları Rayon Mərkəzi Xəstəxanasında Etibar Hüseynov kimi saxtakarların ucbatından icbari tibbi sığortanın verdiyi imkanlardan gözü dolusu yararlanmaqda süni maneələrlə üzləşirlər. Yeri gəlmişkən, «Baz Etibar» haqqında “saxtakar” sözünü heç də haqsız işlətmədik. Etibar Hüseyinov iş başına keçəndən artıq ikinci dəfədir ki, işi polisə düşüb. Tibb bacısına sataşmamışdan daha əvvəl həbsdə olan şəxsə sağlamlıq haqqında arayış verdiyinə görə “ilişib”. Polis həbsdəki qardaşı üçün sağlamlıq arayışı alan şəxsi sorğulayıb, hətta iş prokurorluğa ötürülüb. Amma Etibar Hüseyinov necə olubsa, onda da “çulunu sudan quru çıxarmağa” nail olub.
(Deryaz.az)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Səhiyyə / Bölgə

31-07-2023, 11:27

Gədəbəydə tibb bacısının seksual zorakılığa məruz qaldığı İDDİA edilir?- FOTO

Səhiyyə / Bölgə

5-09-2023, 18:50

Beyləqan xəstəxanasında vəziyyət tragikomikdir…

Səhiyyə

6-09-2023, 17:17

Fehruz Zehirov tibb personalına "zəhər" uddurur.. - Naxçıvan səhiyyəsində hansı qanunlar işləyir?

Səhiyyə

15-08-2022, 02:17

70 yaşlı anaya yardım edən TTY briqadası və həkim Mələk Həsəvovaya Minnətdarlıq edən ailə

Səhiyyə

3-08-2022, 11:44

Zaqatalanın yeni baş həkimi kimdir? - DOSYE

Cəmiyyət / Səhiyyə

3-07-2023, 18:42

Sabunçu Tibb Mərkəzi direktorsuz qalıb...

Cəmiyyət

29-08-2022, 18:16

İcra binasındakı insidentə görə həbs edilən qadınla bağlı - Açıqlama+Yenilənib

Cəmiyyət

11-07-2023, 19:53

İcra başçısının həyat yoldaşı vəzifəsindən azad edildi

Səhiyyə / Sosial

12-07-2023, 15:27

Respublikanski”də həkimlər və tibb bacıları şərlənərək işdən uzaqlaşdırılırlar

Səhiyyə

2-08-2022, 20:30

Tamara Nurəliyevaya vəzifə verildi

Cəmiyyət

28-07-2023, 12:00

Sabiq icra başçısının cəzası azaldıldı

İdman

31-07-2023, 12:05

Qızıl medal qazanan yeniyetmə cüdoçu: “Rəqiblərimi asanlıqla məğlub etdim”

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Xəbər lenti
  • Bu gün, 19:00
    Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində iştirak edir
  • Bu gün, 18:30
    Rusiya Rumıniyanın bu şəhərdəki baş konsulluğunu bağlayır
  • Bu gün, 18:03
    Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
  • Bu gün, 17:55
     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
  • Bu gün, 17:36
    XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
  • Bu gün, 17:28
    İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
  • Bu gün, 17:03
    Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:44
    İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
  • Bu gün, 16:33
    BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
  • Bu gün, 16:18
    İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH
  • Bu gün, 13:10
    Sabahın hava proqnozu açıqlanıb
  • Bu gün, 12:57
    Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
  • Bu gün, 12:42
    Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
  • Bu gün, 12:38
    “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
  • Bu gün, 12:12
    SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
  • Bu gün, 12:01
    İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
  • Bu gün, 11:37
    İlham Əliyev sloveniyalı həmkarını təbrik edib
  • Bu gün, 11:25
    FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
  • Bu gün, 11:00
    Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"
  • Bu gün, 10:47
    "Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına inanmayın!
  • Bu gün, 10:17
    Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir
  • Bu gün, 10:01
    Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
  • Bu gün, 09:34
    Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir
  • Bu gün, 09:22
    “Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
  • Bu gün, 08:58
    Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB
  • Dünən, 19:00
    Krasnodarda helikopter qəzaya uğrayıb
  • Dünən, 18:30
    İlham Əliyev Qalibafa: Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın
  • Dünən, 18:14
    Əli Əsədov Numan Kurtulmuşla görüşüb
  • Dünən, 18:04
    Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
  • Dünən, 17:42
    "Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
  • Dünən, 17:28
    251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
  • Dünən, 17:07
    Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH
  • Dünən, 17:01
    “Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
  • Dünən, 16:35
    Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb
  • Dünən, 16:25
    9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə