Sizin reklam burada 728×90
Son dəqiqə

Prezident İlham Əliyev aprel ayında Çinə səfər edəcək

02.04.2025 19:53 247 1 dəq oxunur
Prezident İlham Əliyev aprel ayında Çinə səfər edəcək
Prezident İlham Əliyev aprel ayında Çinə səfər edəcək.

Bu barədə “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao bildirib.

"Bu səfər çərçivəsində daha konkret layihələrlə bağlı qərarlar qəbul edəcəyik. Münasibətlərimizin dərinləşməsi üçün böyük potensial var”, - Lyu Cyançao deyib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az