• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan və Gürcüstan prezidentləri mətbuat bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Siyasət

16-04-2025, 14:12

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizi prezident vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə uğurlar arzulayıram. Mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra Siz ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.

Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.

Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.

Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.

Mən bir daha cənab Prezidentə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan xalqı da onun qərarını yüksək qiymətləndirəcək. Çünki adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfər Azərbaycana edilib. Eyni zamanda, Gürcüstanın Baş naziri də seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana edib. Yəni, bu, artıq gözəl ənənəyə çevrilib. Buna görə bir daha Sizə təşəkkürümü bildirirəm və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

X X X

Sonra Gürcüstanın Prezidenti bəyanatla çıxış etdi.

Prezident Mixeil Kavelaşvilinin bəyanatı

-Zati-aliləri cənab Prezident.

Nümayəndə heyətinin üzvləri.

Media nümayəndələri, xanımlar və cənablar.

İlk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi.

Şadam ki, artıq cənab İlham Əliyevlə görüşmək imkanım olub. Biz Gürcüstanla Azərbaycan arasında çoxşaxəli nümunəvi əlaqələr, Cənubi Qafqaz regionunun çağırışları, dünyada gedən cari proseslər barədə düşüncələrimizi və fikirlərimizi bölüşdük.

Əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradıb. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdir.

Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.

Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar.

Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Biz bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçiririk ki, bu da bütün dünya üçün regionumuzu daha da cəlbedici edir. Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsi vacibdir.

Vurğulamaq istərdim ki, Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub.

Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu, şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq.

Gürcüstanın bəyan etdiyi sülh siyasətini və regionda sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha vurğulamaq istərdim. Sizi əmin etmək istərdim ki, Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək.

Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib. Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox.

Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.

Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib və cənab Prezident, buna görə Sizə bir daha təşəkkür edirəm.

Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək.

Hörmətli həmkarım, cənab Prezident, səmimi qonaqpərvərliyinizə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qəbul etmək şərəfinə nail olacağam.

Təşəkkür edirəm.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 16-da mətbuata bəyanatlarla çıxış ediblər.

Bu barədə “Report”un tədbirdə olan əməkdaşı xəbər verib.

Azərbaycan və Gürcüstan prezidentləri mətbuat bəyanatlarla çıxış ediblər - YENİLƏNİB






Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

11-10-2024, 19:38

Prezident həmkarını təbrik etdi

Siyasət

11-10-2024, 19:40

Prezident həmkarını təbrik etdi

Cəmiyyət

6-12-2024, 12:22

Prezident həmkarını təbrik etdi

Siyasət

8-06-2024, 13:32

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Gündəm / Siyasət

16-03-2024, 15:44

İlham Əliyev İrakli Kobaxidze ilə mətbuata bəyanatlarla çıxış ediblər

Siyasət

23-08-2024, 13:42

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Video

Siyasət

11-03-2025, 12:24

Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Siyasət

11-02-2025, 11:49

Prezident Pezeşkianı təbrik etdi

Gündəm / Siyasət

16-05-2024, 14:40

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış edirlər

Gündəm / Siyasət

25-05-2024, 12:17

Azərbaycanlıları Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm - Lukaşenko

Siyasət

6-12-2024, 18:27

Məktəbdə təcrübə zamanı müəllim və şagirdlər yaralandı

Siyasət

14-02-2025, 19:23

Azərbaycan Prezidenti Əhməd əl-Şaraanı təbrik edib

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
29-10-2026, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xəbər lenti
  • Bu gün, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
  • Bu gün, 17:54
    İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
  • Bu gün, 17:47
    AAYDA-da kütləvi ləğvlər və... - Vüsal Nəsirli 10 aydır nə ilə məşğuldur?
  • Bu gün, 17:36
    Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
  • Bu gün, 17:30
    Keşlədə 1 ildən çoxdur su xətti deşikdir... - Zaur Mikayılov tonlarla içməli suyu küçəyə axıdır - VİDEO
  • Bu gün, 17:07
    Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
  • Bu gün, 16:34
    Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
  • Bu gün, 16:26
    Sabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır - Sakinlər DAD DEYİR...
  • Bu gün, 15:53
    Rusiyanın ixrac logistikasındakı dəyişikliklər Azərbaycanın buğda təminatına necə təsir edir? - Təhlil
  • Bu gün, 15:33
    Nəsimidə sakinlərin məhkəmə qərarına məhəl qoyulmur – Hasar sökülmür
  • Bu gün, 15:07
    Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır
  • Bu gün, 14:58
    "İslahat adı altında hüquqlarımız tapdalanır" - ETİRAZ VAR...
  • Bu gün, 14:41
    Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
  • Bu gün, 13:17
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Bu gün, 13:04
    Səbinə Əliyeva yenidən Ombudsman seçilib
  • Bu gün, 12:54
    “Azenco”da 3,7 milyonluq mənimsəmə işi: Etibar Pirverdiyev özəl şirkətdə nə qədər aylıq maaş alıb? - TƏFƏRRÜAT
  • Bu gün, 12:36
    DİN Ukrayna polisiylə keçirdiyi birgə əməliyyat nəticəsində beynəlxalq axtarışda olan kiberdələduzlar Azərbaycana gətirilib
  • Bu gün, 11:51
    İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
  • Bu gün, 11:38
    Prezident İlham Əliyev Laosa səfərə dəvət edilib
  • Bu gün, 11:31
    Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib - FOTOLAR
  • Bu gün, 11:08
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Bu gün, 10:59
    Gömrükdə elə oyunlar çevrilir ki... - İLGİNC İDDİA
  • Bu gün, 10:20
    Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
  • Bu gün, 10:04
    Zakir Fərəcov baş mühasibini dəyişdi - BUNDAN SONRA...
  • Bu gün, 09:37
    Tramp ABŞ-nin İranla müharibə xərclərini "cüzi məbləğ" adlandırıb
  • Bu gün, 09:30
    Qanunsuz tikinti ilə gündəmə gəlmişdi: Nazir işdən çıxardı - ƏMR
  • Bu gün, 09:12
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 19:00
    Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb
  • Dünən, 18:31
    Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
  • Dünən, 18:26
    Gədəbəydə də Binəqədi modeli? - Hacıbaba Babayevin özfəaliyyəti davam edir...
  • Dünən, 18:01
    Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
  • Dünən, 17:53
    Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi - İLGİNC
  • Dünən, 17:39
    Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb
  • Dünən, 17:31
    Bakıda onmərtəbəli binada lift kabusu - "Hər dəfə birimiz liftdə alırıq"
  • Dünən, 17:04
    Zelenski ABŞ-a "Patriot" müqabilində neft zavodlarına bir aylıq zərbə endirilməməsi üçün şərt qoyub
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə