Sizin reklam burada 728×90
Son dəqiqə

"Zabuxda işğaldan sonra qanunsuz məskunlaşma aparılıb" - Prezidentin köməkçisi

09.08.2022 15:45 933 1 dəq oxunur
"Zabuxda işğaldan sonra qanunsuz məskunlaşma aparılıb" - Prezidentin köməkçisi
Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar.

bakunews.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev "Twitter" hesabındakı paylaşımında qeyd edib.

Hikmət Hacıyev "The Times" nəşrinin işğalla bağlı reportajını da paylaşıb.

"Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır", - Prezidentin köməkçisi vurğulayıb.



bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az