• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Zəngəzura qayıda biləcəyikmi? – Azərbaycan üçün TARİXİ İMKAN

Siyasət

9-08-2022, 19:50

"Qərbi Azərbaycan İcması"nın sədri Əziz Ələkbərli Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklifi ilə çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır. "Bu gün bu insanlar heç bir hüquq və imtiyazlardan yararlana bilmirlər. Tarixi torpaqları uğrunda mübarizə aparmaq istəyənlər əvvəlcə özlərini qaçqın statusunda hiss etməlidirlər".

bakunews.az publika.az-a istinadən xəbər verir ki, qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi dövlətə strategiyamızın həyata keçirilməsi prosesi baxımından hansı üstünlükləri qazandıracaq?

Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurasının sədri, Türkiyənin Kayseri Erciyez Universitetinin azərbaycanlı professoru, ermənişünas alim Qafar Çaxmaqlı hesab edir ki, Ermənistandan deportasiya edilən şəxslərə qaçqın statusunun verilməsi ölkəmizin beynəlxalq aləmdə onlarla bağlı bəzi hüquqi prosedurları həyata keçirməsinə imkan yaradacaq:

"Tarixi torpaqlar uğrunda mübarizə aparmaq baxımından vacibdir"

"Qərbi azərbaycanlıların qaçqınlıq statusunun ləğv edilməsi sərt qərar idi. Çünki sonrakı gedişat göstərdi ki, Azərbaycanda Ermənistandan qovulan şəxslərin qaçqın statusunun ləğv olunması həm də bizim beynəlxalq aləmdə bəzi hüquqi prosedurları həyata keçirməyimizə mane oldu. Yəni qaçqın olaraq dünyaya müraciət edə bilmədik, çünki onlar həm də statusdan məhrum edilmişdilər və ölkəmizdə normal Azərbaycan vətəndaşları hesab olunurdular. Bu isə beynəlxalq məsələdə ölkəmizə mane idi. İkincisi, oradan qovulan 300 minə yaxın insanın 1988-ci ildə o əraziləri tərk edən zaman orada mal-mülkü, əmlakı, tarlası, hər şeyi qalmışdı. Bu baxımdan da biz mal-mülk iddiasından məhrum olduq. Bu da beynəlxalq situasiyaya daxildir. Digər tərəfdən də bu insanlar çətin durumda idilər. Dünyanın müxtəlif yerlərində qaçqınlar var, onlara müəyyən imkanlar tanınır, yardımlar göstərilir. Qərbi Azərbaycandan olan qaçqınlarımız həm də bunlardan məhrum oldu. Azərbaycan bəzi güzəştləri ləğv etdi. Bunlar şübhəsiz ki, qaçqınların vəziyyətini ağırlaşdırdı".

Q.Çaxmaqlı qeyd edib ki, Qərbi Azərbaycandan olan qaçqınların statusunun bərpası hər iki anlamda - həm beynəlxalq arenada sözümüzü demək, həm də Azərbaycanda durumlarının yaxşılaşdırılması kontekstində doğru addım olardı:

"Biz də Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikası olaraq bu məsələni dəfələrlə müzakirə etmişik, qanunverici orqana dəfələrlə müraciətlərimiz olub ki, bu status bərpa olunsun. Bu məsələnin ictimaiyyət tərəfindən müzakirə olunması və təkliflər verilməsini təqdir edirəm. Kim bu barədə müraciət edirsə, hansı təşkilat bu məsələnin üzərinə gedirsə, onlarla bərabər addımlamağa hazırıq".

Alim tarixi torpaqları uğrunda mübarizə aparmaq istəyənlərin əvvəlcə özlərini qaçqın statusunda hiss etmələrinin vacibliyi ideyasını dəstəklədiyini bildirib: "Oradan çıxan insanların müəyyən bir haqqı olmalıdır ki, yəni mən oralıyam, orada doğulmuşam, yaşamışam, qanunsuz şəkildə oradan qovulmuşam. Hansı ölkədə yaşamalarından asılı olmayaraq o haqq tanınır. Əhalinin öz ata-baba torpağına dönməsi ilə bağlı BMT-nin konvensiyaları var. Bu da həmin konvensiyalara uyğundur. Amma statusun olması qaçqınların əlini gücləndirə bilər".

"Bu proses strategiyamızın həyata keçirilməsi baxımından əməhiyyət kəsb edir"

Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi imtiyazdan daha çox dövlətin strateji məqsədlərinə uyğun bir hal olmalıdır:

"Gələcəkdə Qərbi Azərbaycana qayıtmaq istəyən bütün şəxslərə bu status verilməlidir. Ona görə burada imtiyazdan daha çox dövlətin strateji məqsədlərinə uyğun bir haldan söhbət gedir. Onsuz da Qərbi Azərbaycandan gələn insanlar çoxdan Azərbaycanda məskunlaşıblar, əksəriyyətinin evi, şəraiti var. Əlavə hansısa imtiyazın verilməsi cəmiyyətdə yeni sosial gərginliyə səbəb ola bilər. Əsas odur ki, o insanların sayı vacibdir və göstərək ki, bu qədər Qərbi Azərbaycandan qaçqın insanvar və onlar Ermənistana qayıtmaq istəyirlər. Bu istiqamətdə reallaşdırmaq lazımdır. Bunu imtiyaz kateqoriyasına çevirmək sosial gərginliyə gətirib çıxara bilər. Çünki dövlətin yükü onsuz da çoxdur. Bu məsələ yalnız mənəvi kriteriya kimi müəyyən olunmalıdır və ideya bu cür də gerçəkləşməlidir. Çünki reallaşanda artıq bu say beynəlxalq təşkilatlarda istifadə olunacaq, eyni zamanda ora qayıdacaq insanların sistemli şəkildə siyahıya alınması nəzərdə tutulacaq. Bu insanların hansı qisminin qayıdıb-qayıtmayacağı məchul məsələdir. Amma biz bunu mənəvi kateqoriya kimi etməliyik, imtiyaz kimi reallaşdırsaq hamı çalışacaq ki, bu adla qeydiyyatdan keçsin, hər kəs bu adı qazansın və imtiyazlar tələb etsinlər".

Millət vəkili əlavə edib ki, Qərbi Azərbaycandan deportasiya edilənlərə vaxtilə sosial imtiyazlar verilib, yenidən hansısa qaçqın statusu formasında dövlət dəstəyinin olması cəmiyyətdə problemlər yarada bilər: "Dövlət vətəndaşlara müraciət etməlidir ki, Qərbi Azərbaycan kökənli insanların sayı bu qədərdir və onlar Ermənistana qayıtmaq istəyirlər. Eyni zamanda 1988-ci ilə qədər orada yaşayan insanların sayı bu qədər olub və onlar qaçqın statusu əldə etsinlər. Bu, imtiyazla deyil, strategiyamızın həyata keçirilməsi ilə bağlı bir prosesdir".

"Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsini populyarlaşdırmaq lazımdır"

Sabiq təhsil naziri, türkoloq alim, professor Firudin Cəlilov Publika.az-a bildirib ki, Qərbi Azərbaycandan deportasiya olunanlara qaçqın statusunun verilməsi hazırkı dövr üçün aktualdır:

"Əziz Ələkbərli savadlı şəxsdir, bu məsələləri də yaxşı bilir. Təklifi də çox yaxşıdır, ölçüb-biçilib verilən təklifdir. Qərbi Azərbaycanlılara qaçqın statusunun verilməsini mən də dəstəkləyirəm. Qərbi Azərbaycandan deportasiya olunanlar cəmiyyəti var, bu məsələdə birlikdə hərəkət etmək də müsbət nəticə verə bilər. Bu məsələ hazırkı dövr üçün çox ciddi və aktualdır. Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsini ictimailəşdirmək, eyni zamanda populyarlaşdırmaq lazımdır. Yəni sosial media vasitəsilə məsələni gündəmdə saxlamaq, televiziyada müzakirələr təşkil etmək, alimlərin bu məsələ ilə bağlı fikirlərinə mediada yer vermək doğru olardı. Həmçinin, tarixi baxımından əhalini maarifləndirmək lazımdır. Bəzi tarixi olayları vətəndaşlara təqdim etməyə ehtiyac var. Qonşuların bu ərazilərə nə vaxtdan gəlməsi, İrəvan şəhərinin tarixi, Zəngəzurun Azərbaycanda sovet hakimiyyəti qurulandan bir neçə il sonra ermənilərə verilməsi və s. məsələlərlə əhalini bilgiləndirmək lazımdır. Ermənilərə nağıl uydurublar və həmin nağıllarla uzun illərdir yaşayırlar. Onlara da sənədlərlə başa salmaq lazımdır ki, bu tarixi torpaqlar kimə məxsusdur və orada kimlər yaşayıb. Bu kontekstdə Qərbi Azərbaycandan olanlara qaçqın statusunun verilməsi prosesi başladılmalıdır".

Firudin Cəlilov əlavə edib ki, Qərbi Azərbaycandan olan qaçqınlar ayrı bir respublikanın tərkibindən qovulan şəxslərdir və onlar Qarabağdan olan qaçqınlarla fərqləndirilməlidir.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

9-08-2022, 11:05

Qərbi azərbaycanlıların statusuna yenidən baxılması təklif edilir

Siyasət

11-08-2022, 20:00

Qərbi azərbaycanlılar hərəkətə keçir: "Göyçə boşaldılmalıdır..."

Siyasət

9-08-2022, 13:24

İcma sədri: "Azərbaycanlılar Qərbi Azərbaycandakı doğma yurdlarına qayıtmağa hazırdır"

Siyasət

9-08-2022, 13:23

"Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük ehtiyac var" - DEPUTAT ŞƏRH ETDİ

Dünya

24-02-2023, 20:09

Kanada mətbuatı Qərbi Azərbaycandan yazıb

Siyasət / Dünya

13-03-2023, 23:20

ABŞ mətbuatında Qərbi Azərbaycan qaçqınlarının taleyindən bəhs edilib

Dünya

13-07-2022, 23:06

Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi təxirə salındı

Dünya

31-07-2022, 17:00

İranın iki sərhədçisi müəmmalı şəraitdə həlak oldu

Dünya

11-08-2022, 20:40

Zelenskini gözdən salacaq addım: Kəşfiyyat Kremlin planlarını AÇIQLADI

Siyasət

25-12-2022, 17:25

Ermənistanın əsassız bəyanatını qətiyyətlə rədd edirik - XİN

Cəmiyyət

23-07-2022, 13:50

Allahşükür Paşazadə Tbilisi Cümə məscidini ziyarət edib

Cəmiyyət

13-07-2022, 19:38

İrəvan sakini: “Ermənilər Novruzda Azərbaycan ailələrinin oğlan uşaqlarını öldürürdülər”

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Bu gün, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
Bu gün, 12:27
Xəzər dənizində zəlzələ olub
Bu gün, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
Xəbər lenti
  • Bu gün, 20:59
    Zaqatalada təhsil nəzarətsiz qalıb? – Məktəbi məlum sexdə keçirilir...
  • Bu gün, 19:00
    Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
  • Bu gün, 18:40
    Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
  • Bu gün, 18:20
    Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
  • Bu gün, 18:15
    Leyla Əliyeva Türkmənistanda səfərdədir
  • Bu gün, 18:09
    Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
  • Bu gün, 17:56
    NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
  • Bu gün, 17:32
    Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
  • Bu gün, 17:20
    Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
  • Bu gün, 16:21
    Suriya internet infrastrukturunu yeniləmək üçün Cənubi Koreya ilə əməkdaşlığa hazırlaşır
  • Bu gün, 16:18
    Şövkət Ələkbərova sənətinin Nəcat Əs-Sağirə və Vərdə Əl-Cəzairiyyə ilə paralelləri
  • Bu gün, 16:14
    Masam layihəsi Yəməndə yarım milyon kvadratmetrdən çox ərazini təhlükəsizləşdirib
  • Bu gün, 16:05
    Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub
  • Bu gün, 15:57
    Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
  • Bu gün, 15:46
    GÖMRÜKDƏ YENİ QİYMƏT QALMAQALI: ABŞ-DAN ALINAN AVTOMOBİLİN SƏNƏDLƏRİ NİYƏ ŞÜBHƏ ALTINA ALINIR? – ŞAHİN BAĞIROVA CİDDİ ŞİKAYƏT
  • Bu gün, 15:37
    Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
  • Bu gün, 15:25
    Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
  • Bu gün, 15:03
    Azərbaycanın Malayziyadakı səfiri etimadnaməsini Krala təqdim edib
  • Bu gün, 14:55
    “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
  • Bu gün, 14:35
    Bir qrup energetik təltif edilib - Sərəncam
  • Bu gün, 13:23
    Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
  • Bu gün, 13:07
    Sabah rayonlara yağış yağacaq
  • Bu gün, 13:00
    Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –ŞOK İDDİALAR
  • Bu gün, 12:27
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 12:00
    Anar Bayramov səhiyyə naziri təyin edilib
  • Bu gün, 11:40
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
  • Bu gün, 11:31
    Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
  • Bu gün, 10:55
    Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq
  • Bu gün, 10:40
    "EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
  • Bu gün, 09:45
    Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
  • Bu gün, 09:30
    Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
  • Bu gün, 09:14
    İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
  • Bu gün, 09:10
    “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
  • Bu gün, 08:53
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Bu gün, 01:38
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə