• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Saleh Məmmədovun “ərköyün” kadrları...-Dəbdəbəli toylar, lüks avtomobillər, vəzifəsini oğluna verən müdirlər və s.

Cəmiyyət

3-12-2025, 10:30

AAYDA-dəki “ərköyün” kadrları daha da geniş auditoriyaya tanıtmağa çalışacağıq...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) xüsusi ilə son aylar daha çox tənqid olunan dövlət strukturlarından biri və bəlkə də birincisidir. Formaca müxtəlif olsa da, mahiyyətcə eyni olan faktlarla bu qurum haqqında yazı və çıxışlar az qala həndəsi silsilə şəkilini alır. Təbii ki, başda İdarə Heyətinin sədri Saleh Məmmədov olmaqla, müxtəlif vəzifə sahiblərinin, idarə rəhbərlərinin adı dəbdəbəli həyat tərzindən tutmuş korrupsiya qoxulu əməllərdə hallanmaqdadır... Diqqətli oxucularımıza da məlumdur ki, biz də, həm “Yenixeber.org”-da, həm də yenicə fəaliyyətə başlamış “Xəbərmən TV”də bu mövzuda yazmışıq, danışmışıq və davamı da olacaq kimi də görünür. O səbəbdən ki, bu qurumdakı məsul şəxslər əməli- SALEH kimi görünmək istəmirlər...

Biz məlum aktuallığını nəzərə alıb, müəyyən ardıcıllıqla hörmətli Saleh Məmmədovun “ərköyün” kadrlarını daha da geniş auditoriyaya tanıtmağa çalışacağıq.

500 manatlıq menyu, 650 min Lexus LX 600…

Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev: Bu adamın adı illərdir ki, müxtəlif qalmaqallarla, yeyinti faktları ilə hallanır. Google üzərindən bir axtarış yetər ki, “N” sayda yazıların və hər yazıda da “N” sayda faktların şahidi olaq.



Müseyib Həmzəyev

Xatırladaq ki, Müseyib Həmzəyev 2006-2015-ci illərdə Dövlət Dəmir Yolları İdrəsinin mühasibi olub. Həmən dövrlə də, bağlı adı müxtəlif talançılıqda hallanıb. Hətta, Cavid Qurbanovun ADY-na rəhbər təyin edildikdən sonra mediaya verdiyi açıqlmasında “Azərbaycn Dəmir Yolları” QSC-də vəziyyətin son dərəcə acınacqlı olmasından, ciddi maliyyə pozuntularından danışmışdı.

(Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/arasdirma/75308-museyib-hemzeyevin-taladigi-milyonlar-ve-.html )

Nəhayət, AAYDA-də babat vəzifəyə transfer etməyi bacarmış və burada da iş prinsiplərinə sadiq qalmaqdadır...Cənab Həmzəyev ötən ay oğluna dəbdəbəli toy etməsi ilə gündəmə gəldi. Yayılan məlumatlara görə oğlu Sənana “Böyük Saray”da etdiyi təmtəraqlı toyun dəvətnaməsinin bir ədədi 50 manata hazırlanıb, bir toy masasının qiyməti isə 500 manat olub. Həmzəyevlərin toyuna 600 nəfər dəvət olunubmuş. Toya dəvət olunan müğənnilərə, təxminən 200 min manatdan çox vəsait ödənilib. Ötəri hesablamalar toyun ümumi xərcinin yarım milyondan artıq olduğunu göstərir. Məmur oğlunun xeyir işində Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və ölkənin digər məşhur müğənniləri iştirak ediblər.

(Ətraflı bu linkdən oxuyun: https://yenixeber.org/manset/193005-aayda-qohumbazl%C4%B1%C4%9F%C4%B1n-girovlu%C4%9Funda-h%C9%99mz%C9%99yevl%C9%99r-faktorunun-p%C3%BCsk%C3%BCrd%C3%BCy%C3%BC-z%C9%99h%C9%99r-%E2%80%93.html )

İki gün əvvəl isə Müseyib Həmzəyevin adı daha bir dəbdəbə ilə diqqət çəkdi: söhbət 650 min manatlıq (380 min dollara) son model Lexus LX 600 avtomobildən gedir. Məlumata görə Müseyib müəllimin Lexus LX 600 avtomobili xüsusi hazırlanmış modellərdəndir ki, Azərbaycanda bu avtomobildən cəmi 5 ədəd var...Təsəvvür edirsiniz, bir dövlət qurumunun baş mühasibi bir avtomobilə fantastik məbləğdə para xərcləyir.

Haradandır bu pullar? Sənin nə maaşın var, bəlkə aylıq 1 milyon?

Sözün bitdiyi yer...

(Ətraflı bu linkdən oxuyun: https://yenixeber.org/manset/193373-saleh-m%C9%99mm%C9%99dovun-m%C3%BCsahibi-m%C3%BCseyib-h%C9%99mz%C9%99yevin-650-minlik-avtomobili.html )
Hələ bu harasıdır, Binəqədi-Novxanı yolunun yaxınlığıda, dəniz sahilində “Rest Time Restorant”ına da sahib olduğu bildirilir. Restoran Novxanının ən lüks istirahət mərkəzlərindən biri olaraq tanınır.

Müseyib Həmzəyevin qohumcanlı olduğu iş aləmində də özünü göstərir. Sən demə AAYDA-nin “Bakı 1 №-li Yol İstismari” MMC-nin rəhbəri Zaur Həmzəyev onun doğmaca qardaşı oğludur. Qeyd edək ki, bu MMC AAYDA-nin ən “hörmətli” strukturu sayılır... Baxmayaraq ki, 562,018.50 AZN vergi borcu var(?)

Bu idarənin doğurduğu kütləvi narazılıqla bağlı ötənlərdə “Yenixeber.org”-da yazmışıq...

(Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/189878-aayda-nin-z%C9%99h%C9%99ri-v%C9%99-z%C9%99r%C9%99ri-b%C3%BCdc%C9%99-talan%C4%B1ndan-ekoloji-f%C9%99lak%C9%99t%C9%99.html )

Ən maraqlısı, həm də anlaşılan olmayanı bütün bu faktlara qarşı tərəfin susqunluq nümayişidir. Kifayət qədər ciddi və bir vəzifə sahibi üçün məsuliyyət tələb edən bu detallara aydınlıq gətirməməyin adı isə başqadır...

Xüsusi təyinatlı idarənin rəisi özünü şah elan edib?!

Saleh Məmmədovun “ərköyün” kadrlarından biri də, Məhəmməd Musayevdir. AAYDA-nin “7№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nə rəhbərlik edən bu şəxsin də, adı az qalmaqallarda hallanmır. Xatırladaq ki, bu idarə adından da göründüyü kimi, ənənəvi yol idarələrindən fərqlənir...Xüsusi ilə də, paytaxtdakı yerüstü və yeraltı piyada keçidləri cənab Məhəmməd Musayevin küllü-ixtiyarındadır. Başqa sözlə bu MMC piayada keçidlərinə xidmət üzrə ixtisaslaşıb. Geniş imkanlar və səlahiyyətə sahibdir...

bitmap-img6

Mediada yer alan məlumatlara görə, Məhəmməd müəllim rəhbərlik etdiyi idarənin imkan və səlahiyyətlərindən “könül xoşluğu” ilə yararlanmaqdadır. Onun özünəməxsus idarəçiliyi haqqında bir müddət əvvəl “Yenixeber.org”da geniş yazı yer alıb...

Yazıda hansısa tuneldə, xüsusi təhlükəsizlik tələblərinin qaydalarına uyğun iclas keçirməsi, yüksək iddialrla çıxış etməsi, tabeli əməkdaşlara qarşı özəl münasibəti və s. haqqında bəhs edilir.

(Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/arasdirma/192337-ba%C4%9Fbanl%C4%B1qdan-idar%C9%99-r%C9%99hb%C9%99rliyin%C9%99-aayda-da-%C3%B6z%C3%BCn%C3%BC-%C5%9Fah-elan-ed%C9%99n-m%C9%99h%C9%99mm%C9%99d-musayevin-%C3%B6zba%C5%9F%C4%B1nal%C4%B1qlar%C4%B1.html )

Onu da qeyd edək ki, cənab Musayevlə bağlı bu yazıdan sonra da, redaksiyamıza məlumatlar ötürüldü. Təəssüf ki, ciddi sayılacaq detalları dəqiqləşdirmək hələ də, mümkün olur...

AAYDA-də varislik nümunəsi...

Saleh Məmmədovun “ərköyün” kadrları sırasında vəzifəsini dədə-babasının yadigarı hesab edənlər də var. Belə olmasaydı dövlətin rəsmi vəzifəsinin atadan oğula ötürülməsinin şahidi olmazdıq...

Bu ilin may ayında cənab Məmmədov Şabran rayonundakı “3 nömrəli Yol İstismarı” İdarəsinin rəisi Rafiq Kərimovu yaş məsələsi ilə bağlı vəzifəsindən azad etdi. Amma, könlünü xoş etməyi də unutmadı: Elə həmin vəzifəyə Rafiq Kərimovun oğulu Elməddin Kərimovu təyin etdi(?)

Buna nə ad vermək olar? Necə anlamaq olar? Bəlkə “3 nömrəli Yol İstismarı” İdarəsi dövlətin deyil, kim(lər)insə özəl şirkətidir, biz bilmirik, Saleh Məmmədov bilir(?)

Bu da növbəti nümunə sözün bitdiyi yer üçün...”Yenixeber.org”a ötürülən məlumata görə, Saleh Məmmədovun bu seçimi nə ata Kərimova, nə də oğul Kərimova xüsusi münasibətin göstəricisi deyil. Ata Kərimovun bacısı oğlunun dövlətin ən yüksək instansiyasında sanballı vəzifə sahibi olduğu bildirilir...

Hələlik, bu qədər. Saleh Məmmədovun “ərköyün” kadrları ilə bağlı yazılarımız davamlı olacaq.(Yenixeber.org)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

4-09-2025, 09:00

AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-VİDEO+FOTOLAR

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Cəmiyyət

29-09-2025, 14:56

QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –ŞOK FAKTLAR

Gündəm / Siyasət

16-11-2024, 14:43

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Gündəm

5-04-2024, 20:55

Deputatlar bu gün nələri müzakirə etdi...

Gündəm / Cəmiyyət

2-07-2024, 12:42

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

4-08-2025, 11:51

Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –VİDEO+FOTOLAR

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
  • Bu gün, 18:18
    Var dövləti ilə tanınan deputatın mandatı əlindən alındı
  • Bu gün, 18:08
    ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
  • Bu gün, 18:01
    13 tibb işçisi eyni gündə işdən çıxarılıb: 20 dəqiqəyə arayış veribmişlər - TƏFƏRRÜAT
  • Bu gün, 17:48
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:58
    Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Bu gün, 16:47
    Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
  • Bu gün, 16:30
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:15
    Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!
  • Bu gün, 15:52
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Bu gün, 15:20
    “Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb
  • Bu gün, 14:59
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Bu gün, 14:53
    Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO
  • Bu gün, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Bu gün, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Bu gün, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Bu gün, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
  • Dünən, 18:03
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə