• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Zayed İnsan Qardaşlığı Mükafatı" – İlham Əliyevin reallaşdırdığı sülhə beynəlxalq dəstək - ŞƏRH

Siyasət

5-02-2026, 17:50

Prezident İlham Əliyevə fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub.

"Zayed İnsan Qardaşlığı Mükafatı" ("Zayed Award for Human Fraternity") 2019-cu il fevralın 4-də - Roma Papası Fransisklə Əl-Əzhərin Böyük İmamı Əhməd əl-Tayyib Əbu-Dabidə sülh və birgəyaşayışa dair tarixi sənədi imzalayanadan sonra təsis edilib. Bu mükafat hər il dünyada sülh və qardaşlığı təşviq edənlərə təqdim olunur.

BƏƏ tərəfindən təsis edilmiş mükafat şeyx Zayed bin Sultan Əl Nəhyanın adını daşıyır. Bu nüfuzlu mükafat dinlər və mədəniyyətlərarası dialoqların inkişafına, insan ləyaqətinin müdafiəsinə, münaqişələrin sülh yolu ilə həllinə, qlobal həmrəyliyin möhkəmləndirilməsinə real töhfə verən şəxslərə, təşkilatlara verilir. Mükafatın fəlsəfəsi qarşıdurma üzərində deyil, qarşılıqlı anlaşma və sülhə birlikdə yaşama prinsipləri üzərində qurulub. Dünyanın ən prestijli humanitar və sülhyönümlü təltiflərindən biri hesab olunur.

"Zayed İnsan Qardaşlığı Mükafatı" – İlham Əliyevin reallaşdırdığı sülhə beynəlxalq dəstək - ŞƏRH

Prezident İlham Əliyev uğurla həyata keçirdiyi xarici siyasi kursa görə bu mükafata layiq görülüb. Dövlət başçısı Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla birbaşa sülh danışıqlarının təşəbbüsçüsüdür. Rəsmi Bakı münasibətlərin normallaşması üçün təkliflər paketini də ilk olaraq rəsmi İrəvana təqdim edib.

Azərbaycanın atdığı addımlara Ermənistan hökuməti də qarşılıq verdiyi üçün ölkənin Baş naziri Nikol Paşinyan da bu mükafata layiq görülüb.

Azərbaycan Prezidenti Ermənistanla münasibətlərin sülh yolu ilə normallaşmasının təşəbbüskarı olmaqla yanaşı, Fələstin-İsrail münaqişəsinin həllində, o cümlədən, Qəzza zolağında baş vermiş son hadisələrdə, İraqda vəziyyətin normallaşmasında barışdırcı mövqe tutub, bu istiqamətdə addımlar atıb. Prezident İlham Əliyev Suriyada keçmiş rejimə qarşı qətiyyətli mövqe nümayiş etdirib, indiki Əhməd əş-Şaraa hakimiyyətini dəstəkləyib. Ölkə başçıları ötən il iyulun 12-də Bakıda görüşmüş, ikitərəfli əlaqələri inkişaf etdirməyin vacibliyini vurğulamışdılar. Azərbaycanın təbii qazının Türkiyə üzərindən Suriyaya ixracı da bu ölkənin enerji təhlükəsizliyinə töhfədir.

İlham Əliyev dünyanın bir çox bölgələrində neokolonializmə qarşı ardıcıl çıxışları, münaqişələrin dinc yolla həllinə yardım etməsi ilə də sülhsevər mövqeyini nümayiş etdirir. Bu məqsədlə Azərbaycan münaqişələrin həlli üçün danışıqlara ev sahibliyi edir.

Ötən il aprelin 9-da Türkiyə və İsrail rəsmiləri arasında "Suriyada münaqişəsizlik" mexanizminin müzakirəsi ilə bağlı görüş də Bakıda keçirilib.

Daha əvvəl - 2017-ci ilin fevralında Azərbaycan paytaxtında ABŞ Silahlı Qüvvələrinin Qərargahlar rəisi Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Bunlar Prezident İlham Əliyevin nüfuzunun və onun rəhbərlik etdiyi ölkənin belə danışıqlara ev sahibi olması üçün etibarlı olduğunun göstəricisidir.

Odur ki, Prezident İlham Əliyevin sözügedən mükafata layiq görülməsi ona beynəlxalq aləmdə göstərilən yüksək hörmət və etibarın parlaq təcəssümüdür.

Dövlət başçısı hakimiyyətə gəldiyi gündən Ermənistanla münaqişənin dinc danışıqlar yolu, BMT Təhlükəsizlik Şurasının qətnamələri, habelə beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sənədlər əsasında həlli istiqamətində fəaliyyət göstərib. Qarabağ ətrafında münaqişənin, müharibənin tarixi yüz ili keçirdi. Cənubi Qafqazın inkişafına, birgəyaşayışına mane olan bu problem sovetlər dağılandan sonra yenidən ortaya çıxdı. Prezident İlham Əliyev 35 illik münaqişəni müharibədə zəfərlə, masada isə sülhlə sonladırmağa nail oldu.

Odur ki, bu mükafat onun Cənubi Qafqazda davamlı sülh və sabitlik yaratmaq uğrunda göstərdiyi səylərə, Azərbaycanın bu istiqamətdə yürütdüyü prinsipial siyasətə verilən yüksək qiymətin ifadəsidir. Mükafat Prezidentin liderlik keyfiyyətlərinin, diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin qlobal miqyasda tanınması və yüksək dəyərləndirilməsidir.

Mükafatın təqdimat tədbirinə videomüraciət göndərmiş dövlət başçılarının çıxışlarında da bu məsələ vurğulanır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini təbrik edərək deyib ki, davamlı sülhün bərqərar olması yolunda həm qardaşı İlham Əliyevin atdığı cəsur addımları, həm də cənab Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab edir. O, sülhün Qafqazın gələcəyində yeni bir səhifə açacağına inandığını da vurğulayıb: "Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə, etməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə çalışmağa, inşallah, davam edəcəyik".

Ərdoğan Azərbaycan liderinin atdığı addımları cəsur adlandırmaqla sülh prosesində onun aparıcı rolunu da ifadə edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib ki, bu mükafat qarşıdurma məntiqi əvəzinə sülhün, kin əvəzinə məsuliyyətin, keçmiş əvəzinə gələcəyin seçilməsi baxımından müdrik rəhbərliyi qeyd edir. O, Prezident İlham Əliyev və Nikol Paşinyanın sülhə güclü sadiqliklərinin milyonlarla insana ümid verdiyini, mehriban qonşuluq əlaqələrinin, sabitliyin beynəlxalq münasibətlərin ən ali dəyərləri olması ilə bağlı dünya ictimaiyyətinə aydın siqnal göndərdiyini vurğulayıb: "Hər ikiniz böyük müdriklik və dərin baxış nümayiş etdirdiniz. Əminəm ki, balansa və məntiqi düşüncəyə əsaslanan diplomatiya vasitəsilə biz daha sabit və proqnozlaşdırılabilən gələcək qura bilərik".

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bildirib ki, sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir. O, Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı təbrik etməyi özü üçün böyük şərəf hesab edib: "Uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir. Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir".

Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanın müstəqilliyini tanımayıb, onunla diplomatik münasibət qurmayıb. Odur ki, bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin təbrikində Prezident İlham Əliyevin rolunu xüsusi vurğulaması, əslində, Azərbaycan liderinin sülh prosesində oynadığı aparıcı mövqeyə verilən qiymətdir.

Baş nazir xüsusilə vurğulayıb ki, İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır: "Parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə vermişdir. Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu və beləliklə, "Zayed Mükafatı"nın dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir".

Digər dövlət başçıları və rəsmiləri, eləcə də Roma Papası XIV Leonun təbrik müraciətləri də təxminən eyni kontekstdə idi.

Odur ki, bu təltif Azərbaycanın sülhə sadiq, dialoqa açıq və humanitar dəyərlərə bağlı dövlət kimi imicini möhkəmləndirir, eyni zamanda, Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini daha da gücləndirən mühüm bir hadisə olaraq səciyyələndirilir.

Prezident İlham Əliyev mərasimdəki çıxışında Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarına minnətdarlığını bildirib: "Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq".

Dövlət başçısı tərəflərin sülh şəraitində yaşamağa öyrəndiklərini vurğulayaraq bunun xüsusi bir hiss olduğunu qeyd edib: "Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur".

Azərbaycan lideri beynəlxalq ictimaiyyətə, regiondakı gərginliklərin iştirakçılarına sülhün savaşdan, əməkdaşlığın münaqişədən daha üstün olduğu ismarışını da verib. O, münaqişələrin həllində Azərbaycan nümunəsinin öyrənilib tətbiq olunmasını beynəlxalq ictimaiyyətə təklif edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan da vaxtilə belə bir nüfuzlu mükafatın Azərbaycan və Ermənistan liderlərinə veriləcəyini təsəvvür belə etməyin mümkün olmadığını xüsusi vurğulayaraq qeyd edib ki, bu mükafatın verilməsi iki ölkə arasında münaqişənin artıq geridə qaldığını bir daha təsdiqləyir.

Beləliklə, Azərbaycanın sülhsevər siyasəti, iqtisadi-ticarət sahəsində əməkdaşlıq istiqamətində təşəbbüsləri Ermənistan hökuməti üçün də müharibədən sonra düşdüyü ağır vəziyyətdən çıxış üçün qurtuluş yolu oldu. Bu yol onları "Zayed İnsan Qardaşlığı Mükafatı" almağa qədər aparıb. Azərbaycan liderinin yürütdüyü bu siyasət Trampın "Sülh Planı"nın həmtəsisçilərindən olmaqla onun sülhməramlı niyyətini bir daha təsdiqləyib.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

3-02-2026, 17:49

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı - Yeni dövrün başlanğıcı – ŞƏRH

Cəmiyyət

6-11-2024, 12:52

Dini Liderlərin Qlobal Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

Siyasət

16-09-2025, 14:29

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub

Gündəm / Siyasət

27-12-2023, 10:32

Bir ildə 20-dən çox xarici səfər: Prezident İlham Əliyevin diplomatik trafiki

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Gündəm / Siyasət

10-07-2025, 13:29

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü – normallaşma üçün mühüm addım - ŞƏRH

Gündəm / Cəmiyyət

26-08-2024, 08:42

Mehriban Əliyevanın doğum günüdür

Siyasət

19-01-2026, 16:47

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü

Gündəm

4-01-2023, 22:16

Fərid Şərifov: Prezident İlham Əliyevin güclü siyasəti və rəhbərliyi ilə Azərbaycan respublikası hər zaman zirvələrdə olacaq

Araşdırma
Texnologiya Universiteti "Yeni" 500 manat iddiası irəli sürübdür... "Bu dəfə hədəf tələbələrdi" “Bu dəfə hədəf tələbələrdir?”
Saleh Məmmədovun “3 muşketyoru”: Vətəndaşların əmlakı yol layihələrinin qurbanı
Estetik əməliyyatın kölgəsində qalan məsuliyyət: pasiyent niyə zərər çəkdi? FOTO
Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu - VİDEO
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
Hadisə
Bu gün, 10:02
Cəlilabadda DƏHŞƏT: kişi yanaraq öldü
Dünən, 15:09
Suqovuşanda mina partlayıb, xəsarət alan var
31-03-2026, 22:26
Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib VİDEO
31-03-2026, 19:00
Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq
31-03-2026, 17:23
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
31-03-2026, 15:25
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
Xəbər lenti
  • Bu gün, 20:09
    Ziya Bünyadov prospektində təmir: paytaxtın əsas nəqliyyat arteriyalarında sıxlıq yaranıb FOTOLAR
  • Bu gün, 19:41
    Xaçmaz rayon icra başçısı Elnur Rzayev doğum gününü şəhid anası ilə birlikdə qeyd etdi FOTOLAR
  • Bu gün, 19:36
    Rövşən Tağıyev: "Təhlükəsizlik kəməri sürücünün həyatını xilas etdi" - VİDEO
  • Bu gün, 19:00
    Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb
  • Bu gün, 18:04
    Cevdet Yılmaz: Cənubi Qafqazda sülh türk dövlətləri ilə əlaqələri gücləndiracək
  • Bu gün, 17:53
    Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
  • Bu gün, 17:25
    Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
  • Bu gün, 16:55
    Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:45
    ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
  • Bu gün, 16:18
    Trampın ABŞ-ni NATO-dan çıxarmaq istəyi - əngəl olan, istifadə müddəti bitən Alyans - ŞƏRH
  • Bu gün, 16:09
    Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
  • Bu gün, 15:45
    Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur
  • Bu gün, 14:40
    Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
  • Bu gün, 14:32
    İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur
  • Bu gün, 14:19
    “Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
  • Bu gün, 14:14
    İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb
  • Bu gün, 13:53
    Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
  • Bu gün, 13:38
    Sabah Bakıda 21, rayonlarda 26 dərəcə isti olacaq
  • Bu gün, 12:56
    “Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır” - Akademik Əli Abbasov
  • Bu gün, 12:52
    UNEC-də “Elm günləri”nə start verilib FOTOLAR
  • Bu gün, 11:30
    Tramp: ABŞ İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmağa yaxındır
  • Bu gün, 11:00
    Hörmüz boğazında yüzlərlə gəmi yığılıb
  • Bu gün, 10:30
    İndoneziya sahillərində güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib
  • Bu gün, 10:10
    Texnologiya Universiteti "Yeni" 500 manat iddiası irəli sürübdür... "Bu dəfə hədəf tələbələrdi" “Bu dəfə hədəf tələbələrdir?”
  • Bu gün, 10:02
    Cəlilabadda DƏHŞƏT: kişi yanaraq öldü
  • Bu gün, 10:00
    Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları
  • Bu gün, 09:33
    Universitet dövlət sifarişli tələbələrdən niyə pul istəyir? - "Pul büdcəyə qaytarılıb"
  • Bu gün, 09:30
    Günün qoroskopu: Köhnə borcları qaydaya salaraq irəli gedə bilərsiniz
  • Bu gün, 09:27
    Yasamalda “Doktor Davud” klinikası ilə bağlı iddialar: səhiyyədə nəzarət mexanizmləri sual altındadır
  • Bu gün, 09:00
    KİV: Tramp İrana qarşı əməliyyatın bitdiyini elan etmək niyyətindədir
  • Dünən, 18:13
    Şağan qəsəbə sakinlərinin nəzərinə!
  • Dünən, 18:07
    Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video
  • Dünən, 17:19
    Rusiya Azərbaycana təşəkkür etdi
  • Dünən, 17:13
    Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
  • Dünən, 16:44
    Masazırdakı çökən yolla bağlı - Rəsmi açıqlama
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə