• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan-Özbəkistan biznes forumu keçirilib - FOTOLAR

Siyasət

21-08-2023, 19:44

Bakıda keçirilən Azərbaycan-Özbəkistan biznes forumunda ölkələrimiz arasında ticarət, investisiya, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub, bir sıra sənədlər imzalanıb.

Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida, tekstil, əczaçılıq, tikinti, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər. Biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Özbəkistan dövlət başçılarının siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdığını vurğulayıb. Qeyd olunub ki, imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə möhkəm ikitərəfli hüquqi baza yaradır. Özbəkistanla əməkdaşlıq çoxvektorludur və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, birgə layihələr, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu isə iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı investisiyaların stimullaşdırılmasına, ölkələrimizin regionları və işgüzar dairələri arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək. Qarşılıqlı münasibətlərin sürətli inkişafı ticarətin dinamikasına da müsbət təsir göstərir. Ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var və bu sahədə təşəbbüslərin intensivləşməsi əhəmiyyət kəsb edir. Tədbirdə ölkələrimizin biznes qurumlarının tərəfdaşlığı çərçivəsində gerçəkləşdirilən investisiya layihələri, Azərbaycanda birgə avtomobil istehsalı və tekstil müəssisələrinin, pambıq klasterinin yaradılması sahəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, enerji sahəsində səmərəli əməkdaşlıq həyata keçirilir. Perspektivli sahələrdən biri də nəqliyyatdır. Bu baxımdan, ölkələrimizin Orta Dəhliz çərçivəsində tərəfdaşlığı böyük potensiala malikdir.
Biznes forumda Azərbaycanın əlverişli investisiya mühiti, həyata keçirilən iqtisadi islahatlar, sənaye zonaları, Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, Özbəkistan tərəfindən Füzulidə 960 şagird yerlik məktəb binasının tikildiyi vurğulanıb, azad edilmiş ərazilərimizin yenidən qurulmasında iştiraka görə qardaş ölkəyə minnətdarlıq ifadə olunub. Özbəkistan şirkətləri ilə sənaye, ticarət, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov qeyd edib ki, dövlət
başçılarımızın strateji yanaşmaları ortaq tarixi köklərə və dəyərlərə malik olan ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etməsinə mühüm töhfə verir, Azərbaycanla iqtisadi-ticarət tərəfdaşlığı güclənir. Bildirilib ki, əməkdaşlığın genişlənməsi fonunda sahibkarlar arasında işgüzar görüşlərin təşkili, yeni əməkdaşlıq istiqamətlərinin və imkanlarının araşdırılması, birgə layihələrin icrası önəm kəsb edir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti Özbəkistan sahibkarları üçün cəlbedicidir və tərəfdaşlıq stimulunu artırır.
Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin direktoru Murat Mirzayev Azərbaycan və Özbəkistanın, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov azad iqtisadi zonanın investisiya və ticarət imkanlarına dair təqdimatlarla çıxış ediblər. Həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbəri olduğu qurumun fəaliyyəti, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov biznes əlaqələrinin inkişaf etdirilməsi, müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarların cəlb edilməsi ilə işgüzar şura yaradılması barədə fikirlərini bildirib. “Uzbektekstilprom” Assosiasiyasının rəhbəri İlxom Haydarov qurumun fəaliyyəti və Azərbaycanda birgə həyata keçirilən layihələr barədə məlumat verib.
Biznes forum çərçivəsində Azərbaycan və Özbəkistan qurumları arasında metallurgiya, akkreditasiya, energetika və əczaçılıq sahələri üzrə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.
Tədbir B2B formatında görüşlərlə davam etdirilib.







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

20-04-2023, 01:21

Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib - FOTO

İqtisadiyyat

20-04-2023, 20:30

İqtisadiyyat Nazirliyində görüş keçirilib - FOTO

İqtisadiyyat

2-08-2022, 16:58

Özbəkistanla yeni birgə layihələr tərəfdaşlığımızı gücləndirəcək

Siyasət

2-08-2022, 14:50

Özbəkistanla Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

İqtisadiyyat

2-08-2022, 17:00

Özbəkistanla Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

İqtisadiyyat

20-08-2023, 01:39

İqtisadiyyat Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat

24-02-2023, 18:34

Özbəkistanla iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən işlər müzakirə olunub - FOTO

Gündəm / İqtisadiyyat

24-12-2022, 22:54

Özbəkistanla iqtisadi əməkdaşlığın inkişafı üçün böyük imkanlar var

İqtisadiyyat

24-02-2023, 21:33

Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib - FOTO

Siyasət

14-12-2022, 15:07

Azərbaycan-İsveçrə Birgə Komissiyasının növbəti iclası keçirilib

İqtisadiyyat

24-12-2022, 22:56

İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
Dünən, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Xəbər lenti
  • Bu gün, 19:00
    YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
  • Bu gün, 18:00
    Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
  • Bu gün, 18:00
    Tramp İranla müharibənin çox tezliklə bitəcəyini açıqlayıb
  • Bu gün, 17:30
    Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar
  • Bu gün, 17:01
    ADAU-da KÜTLƏVİ İXTİSAR - ƏMR
  • Bu gün, 17:00
    Ceyhun Bayramov: Türk dövlətləri imkanlarını həm tranzit, həm də qarşılıqlı ticarətin inkişafı üçün istifadə etməlidir
  • Bu gün, 16:47
    Rövşən Rzayevi “AĞA-EE İnşaat” MMC ilə nə kimi tellər bağlayır və ya Antiinhisar Agentliyi Komitə sədrinin havadarı rolunda
  • Bu gün, 16:29
    İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
  • Bu gün, 16:22
    “Kiçik Ermənistan üçün 3 min nəfər?” - Rusiyalı rəsmidən ABŞ səfirliyi ilə bağlı açıqlama
  • Bu gün, 15:53
    Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
  • Bu gün, 15:46
    FHN `Qurtuluş 93`də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır (VİDEO)
  • Bu gün, 15:15
    Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
  • Bu gün, 15:06
    Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olundu - ƏMR
  • Bu gün, 14:38
    Milli Məclisin növbəti plenar iclası noyabrın 3-də keçiriləcək
  • Bu gün, 14:27
    "Özünü nazirdən yuxarı sanırdı..." - ETİRAZ
  • Bu gün, 13:15
    Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib
  • Bu gün, 13:03
    Mingəçevirin yolları da başçı İlham İsmayılovun “ATF” MMC ilə işbirliyinə qurban gedib
  • Bu gün, 12:43
    Oktyabrın son günü Azərbaycanda yağış yağacaq
  • Bu gün, 12:33
    Prezident park salınmasını tapşırdı, Şərurlu İsfəndiyar isə yerində bina tikir - Yasamalda özbaşınalıq VİDEO
  • Bu gün, 11:55
    Qətər ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün vasitəçilik səylərini bərpa edib
  • Bu gün, 11:47
    Tanınmış sənətçinin BANK KARTI QARƏT OLUNDU - "Evin kirayəsini, kommunal xərcləri necə ödəyəcəm?"
  • Bu gün, 11:27
    Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsinə I oxunuşda baxılacaq
  • Bu gün, 11:18
    Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlara kim hüquqi qiymət verəcək? İTTİHAM
  • Bu gün, 10:42
    Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
  • Bu gün, 10:33
    ​CƏLİLABAD MEŞƏLƏRİNDƏ NƏ BAŞ VERİR? – VİDEO
  • Bu gün, 10:17
    Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Bu gün, 10:03
    Arzuxan Əlizadənin Milli Məclisdə etmədiyi çıxışı: Əhməd necə oğlandı? - AKTUAL
  • Bu gün, 09:38
    Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
  • Bu gün, 09:31
    "Uğur-2" MTK-dan sakinlərə BORC TƏLƏSİ - NARAZILIQ VAR...
  • Bu gün, 09:00
    Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
  • Dünən, 19:00
    İranın sabiq Ali Rəhbərinin oğlu Meysəm Xameneinin sağ olduğu açıqlanıb
  • Dünən, 18:40
    Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
  • Dünən, 18:22
    İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
  • Dünən, 18:14
    Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY
  • Dünən, 17:56
    İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə