Sizin reklam burada 728×90
Son dəqiqə

Zaur Hüseynovun YERİNƏ KİMİ GƏTİRİRLƏR? - İDDİA

07.08.2023 19:43 464 1 dəq oxunur
Zaur Hüseynovun YERİNƏ KİMİ GƏTİRİRLƏR? - İDDİA
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyində kadr dəyişikliləri ediləcəyi deyilir.

BakuNews.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 2014-cü ildən "Bakı Metropoliteni" QSC-nin sədri olan Zaur Hüseynovun vəzifəsindən azad olunacağı bildirilir.

Artıq sədrin yerinə namizəd də müəyyənləşib. Hələlik onun adı açıqlanmır.

Qeyd edək ki, "Bakı Metropoliteni"ndə yüksək vəzifələrdə çalışanların əksəriyyəti Zaur Hüseynova yaxınlıqları ilə seçilən keçmiş iş yoldaşları, dostları və tanışlarıdır. Bu da ciddi narazılıqlara səbəb olub.

Xatırladaq ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev 2023-cü il aprelin 26-da Prezidenti Sərəncamı ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az