Abşeron-Xızı Regional İdarəsinin Xırdalan şəhər 9 saylı məktəbdə keçirdiyi yoxlama. Bu yoxlama heçdə ciddiyə alınası və ya idarənin şəffaf fəaliyyətindən xəbər vermir. Çünki dəfələrlə media qurumları Abşeron-Xızı Regional İdarə rəhbəri İlhamə Abdullayevaya baş verən qanunsuzluqla bağlı məlumat verilməsinə baxmayaraq, qurum informasiyanın tam əksinə yoxlama ilə bizi deyil özünü aldatdığının fərqinə varmayıb. Xanım idarəçi hələdə məsələylə bağlı 25 il əvvəlin qanunları ilə idarəçiliyin həyata keçirilməsinin belə cinayət hesab edildiyini qəbullana bilmir. Qeyd edək ki, 4 günlük baş tutacaq yoxlama yalnız invertarlara həsr edilməklə medianın və qanunun aliliyini istəyən şəxslərin gözünə pərdə çəkmək kimi qiymətləndirilib. Rəhbər şəxslərin təyin etdiyi diktator direktor qarşısında acizlik nümayiş etdirməsi heç də ədalətli idarəçi olmaq demək deyil. Sadəcə qanunların tələbini icra etməmək aidiyyatı üzrə Prokurorluğun məsələni araşdırmasına kömək etməmək məsələdə hər hansı işin ortaq olduğundan xəbər verir. Qeyd edək ki, qanunsuz fəaliyyətlə bağlı şəxslərə ödənilən məbləğlərin tarifikasiya cədvəlinədə Regional imza atdığı üçün məsələni iki üç ay ləngidərək əslində K.Cəfərovanı imtahana salmağa cəhd onu deyil özlərini problemdən qurtarmağa hesablanıb. Lakin qeyd edək ki, ibtidai sinif müəllimləri 2022-2023-cü illərdə imtahanı bitib. Bu Kəmalə Cəfərova vəzifəli şəxslərin himayəsi ilə qanunları tanımadan sektor və regional idarələrdəki şəxsi maraqlara xidmət edənlərin hesabına postunu qorumaqdadır. Hələ bu azmış kimi müəllim kollektivinə qarşıda əvvəl tutduğu postdan baxaraq özünü sıradan müəllimə kimi aparmağa vərdiş etməyib. Onun regionaldakı qoruyucu mələklərindən biri olan Zərifə bununla artıq ikinci dəfədir ki K.Cəfərovanın qanunsuz əməllərinə don geyindirir. Bəs İlhamə Abdullayeva iddia edirdiniz ki, Sizin əməkdaşlarınız heç kimin çirkin niyyətinə alət olmur? Hanı həqiqətə qiymət verən ədalət çarçıları?
Müavin vəsifəsindən çıxarılan Kəmalə Cəfərovanın 2022-2023-cü illərdə aparılan yoxlama nəticəsində qanunsuz sinif idarə etdiyi məlumatı öz əksini Abşeron-Xızı Regional İdarənin yoxlamasında aşkar edilib. Yoxlamadan sonra müavin ciddi cəza almamağı üçün direktor hərəkətə keçərək öz ərizəsi ilə müavinlikdən imtina edərək müəllimə kimi sinif aparmasını məsləhət görür.Əvəzdə üstündə pay verir . Elə bu cürdə fırıldaqçılıq davam edilir. K.Cəfərova Abşeron-Xızı Regional İdarənin rəhbərinə ərizə yazıb. Hazırda Kəmalə Cəfərova 9 saylı məktəbdə cinayət başında tutulduğu sinifi buraxaraq yeni siniflə təmin edilməklə qanunsuz müəllimliyini davam etdirir.. Digər tərəfdən isə Kəmalə Cəfərova 2022-ci il və 2023-cü ildə nazirlik tərəfindən ibtidai sinif müəlliməlik diplomuna görə Sertifikasiya imtahanına çağrılıb. Lakin Kəmalə iddia edir ki, imtahanda iştirak etmək istəyib. Ona Abşeron-Xızı Regional İdarəsi getməməyi məsləhəti verərək imtahanda iştirak etməsinin qarşısını alıb.
Təhsil Eksperti Elşən Qafarov bildirir ki, "Bir müəllim diplomuna əsasən iki dəfə Sertifikasiya imtahanlarında iştirak etməyibsə və ya kəsilibsə onun müəllimliyinə xitam verilir. Digər tərəfdən isə müavinlikdən çıxarılan şəxsin məktəbdə fəaliyyətinin saxlanmasıda ciddi qanun pozuntusu hesab edilir. Həmin şəxsə 2023-2024-cü illər üçün dərs yükünün verilməsi isə tam qanunsuzdur".
Jurnalistin Ekspertə aydınlaşdırmaq istədiyi sualla tam şəffaf cavabı göründüyü qədər bəzi təhsil işçilərinidə qane etməyib. K.Cəfərovanın 9 saylı Xırdalan məktəbində fəaliyyət göstərməsini əsaslı hesab edən açıqlamasında özlərini gülünc hala salaraq 25 il əvvəl qəbul edilən qərarlara istinad etdilər.
Abşeron-Xızı Regional İdarəsi heçdə razılaşmır. Məsələnin məntiqi isə Tarifikasiya cədvəlinə həmin idarənin imzası var. Məhz buna görədə Abşeron-Xızı Regional İdarəsi 25 il əvvəlki qanunu medianın sorğusu qarşısına qoyaraq özlərini haqlı çıxarmağa çalışır deyə düşünürük. Bu gün reallığa göz yuman Abşeron-Xızı Regional İdarəsi özüdə həmin məktəbin qanunsuzluqlarından təngə gəldiyin deyir. Lakin hər hansı tədbirin görülməsində addım atmır. Son zamanlarda K.Cəfərova məktəbdən mediaya məlumat verən şəxslərin ovuna çıxıb. Lakin heçdə aidiyyatı olmayan şəxslərə böhtan ataraq nəyəsə nail olmağa çalışıb deyə xəbər almışıq. Baş vermiş qalmaqal o qədər böyüyüb ki, məsələ bizə qədər gəlib çıxmaq məcburiyyətində qaldığı an məsələ aşkara çıxıb. Kəmalə müəllimə bizim hansısa müəllimin bizə informasiyanı verməsini guya Abşeron-Xızı Regional İdarəsinə ərizəmizlə bildirdiyimizi deyərək həmkarına hücum çəkərək onun qanuni haqqını pozması məktəblinin dostu tərəfindəndə subuta yetirilib. Lakin buna don geyindirmək üçün Abşeron-Xızı Regional İdarənin tapşırığı ilə məktəbə gələn yoxlama rəhbəri Zərifə xanım illər əvəlki yoxlamasında etdiyi güzəşti etmək üçündə ayaq yeri qoymaqdan çəkinməyib. Müəllim məsələdə ciddi dayandığı üçün kameralarla həqiqət öz əksini tapıb bunu inkar edə bilməyiblər. Hətta bunu direktor öz kamerasında görməyə bilməzdi, bundan məlumatlı idi. Məsələnin əslində tək müəllimlərin qalmaqal yaşamasından çoxda bu adı çəkilən təhsil ocağında 8-ci sinif şagirdinin ölüm həddinə çatması halının Həcər İbrahimova tərəfindən olması qeyd edilir. Şikayətçi Fidan xanım Həcərin "Tiktok"er valideyn tərəfindən hədələndiyin və buna görə ziyanı mənim övladıma vurduğunu deyir.. Bu gün bir aydan artıqdır ki, valideyn Zəhra balanın sənətləri əlində məktəblər arasında qalıb. Üstəlik Həcər müəllimə valideynə whatsappla dəfələrlə zəng edərək tiktokda yayılan məlumatların yığışdırılmasına çalışıb. Alınmadığın görən Həcər müəllimə valideynə atmacaları ilə "öyrəşmisiz tik-toka çıxmağa" deyə ifadələr işlədir. Qeyd edək ki, həmin direktor tiktokda açıq hədə gələn Arzu adlı qanın sözü ilə iki qızı məktəbdən qovmaq öhdəliyi götürüb üzərinə bu gün isə həmin platformaya çıxmağa lağ lağılıq edir. Digər şagird Xəyalənində valideyni övladının bir aydır təhsil və idmanından məhrum edildiyini qeyd edib. Aynur xanım övladının təhsildən çıxarılmasında Həcərin şəxsi maraqları olmasınıda iddia edir. Arzu adlı valideynin sözü ilə iki şagirdi məktəbdən çıxarma qərarı Təhsil Nazirliyinin səlahiyyətli şəxslərinin qərarından kənar atılan addımdır. Regional idarənin əməkdaşına qızların məktəbdən çıxarıldığını bildirdiyimizdə məsələdən məlumatsız olduqların bildirdilər. Hal-hazırda valideyinlər öz ərizələri ilə müraciət təkrar edir. Valideynlərdən biri qeyd edir ki, Həcər İbrahimova övladımı məktəbə qəbul etmirdi dəfələrlə gəl getdən sonra konvertin arasında pul verdikdən sonra dərhal uşağı məktəbə qəbul etdi. Abşeron Təhsil sektorunun baş məsləhətçisi Pərviz müəllim və məsləhətçi Sənan müəllimlədə məsələnin təfərrüatını danışdıq. Əlimizdə olan şagirdin şəxsi işini görən Sənan müəllimin təəccüblə sənətlərin bizdə olmasını müşahidəsidə direktorun qanunsuz əməl atdığını bir anlıq ağzından çıxması bizdən yayınmadı. Maraqlıdı qadın direktor bu yoxlamalara nə vəd edir və ya nə ilə qorxuzur ki, bütün hər kəs geri addım ataraq onun mömnə xatun kimi tərifləməyə başlayır. Axı yoxlamadan əvvəl danışdıqları tam başqa olur. Onun qanunsuz əməllərindən təngə gəldiklərin deyənlər onunla gözgözə oturub çay içməyidə bacarırmış sən demə! Bu gün isə şagirdin məktəbə qayıtması ilə bağlı həmin şəxslər qərarlarını naməlum olaraq qalır!!!
Digər tərəfdən Xəyalə adlı şagirdində məktəbdən xaric edilməsində konkret əli olduğu bilinən Həcər İbrahimovadır. Bu direktordur yoxsa diktator buna aydınlıq gətirə bilmədik. Ağanəzərəm belədə gəzərəm deyərək hökümranlığını elan edən diktator rejimi ilə məktəb idarə edən direktor Həcər İbrahimova nə İlhamə Abdullayevanı nə də Təhsil nazirinə məhəl qoymadığını bir daha subuta yetirib. Qanunlardan kənar şagirdləri məktəbdən uzaqlaşdırmaq cəsarətinə sahib bu rəhbər göründüyü qədər Abşeron-Xızı Regional İdarənin qərarlarına məhəl qoymadığı məlum olur. Abşeron-Xızı Regional İdarəsindən 8-ci sinif şagirdinin məktəbdən uzaqlaşdırılması ilə bağlı məlumatlısınız sualımıza çox təəssüfki cavab net oldu. XEYİR! Biz belə bir qərardan xəbərsizik və belə bir qərara imza belə atmamışıq. Bəs o zaman bu məktəbin direktoru hansı idarəyə tabedir. Direktorun səs yazısındanda görünür ki, valideyinə nazirliklə danışıb uşağınızı başqa məktəbə yerləşməsində köməklik etmələrini demişəm deyə bildirir. Buradada bir sual yenə yaranır direktorlar Subordinasiya qaydalarını aşaraq nazirliklə necə məsələ həll edir. O zaman Abşeron-Xızı Regional idarə nə üçün yaradılıb? Direktorlar məktəb daxilində olan problemləri özləri nazirliklə həll edə bildikləri təqdirdə Regional idarə və sektor nəyə və kimlərə xidmət edir? Həcər İbrahimova hansı qanunlar çərçivəsində fəaliyyətini qurur ki, Abşeron-Xızı Regional İdarəsi bu məktəbdə söz demək hüququn itirib? Belə olmasaydı Abşeron-Xızı Regional İdarəsi məsələdən xəbərdar olardı. ZƏHRA və XƏYALƏ adlı şagirdlər hanı hansı təhsil ocağında yerləşdiriliblər. Həcər İbrahimovanın məsələ ilə bağlı açıqlama verməkdən imtina etməsidə qanuna zidd əməlinin olması kimi qiymətləndirdik. Şəxs fəaliyyətində şəffaf olsaydı iki kəlimə ilə özünü ifadə edərdi. Lakin H.İbrahimovanın adını heç cür şəffaflıqla eyni cümlədə müsbət olaraq istifadə etmək mümkün olmadı. Sosial şəbəkələrdə yayılan xəbərlərin rəy bölmələrində də bir çox vətəndaşların övladlarınıda qanunsuz olaraq məktəbdən xoşuna gəlmədiyi üçün qovmasıda məlum olub. Zəhra yaşamaq istəmədiyi haqda məktub yazıb və məktubunu qız yatağında gizlədib. Görən məsələ ilə bağlı Elm və Təhsil nazirliyinin Daxili Nəzarət şöbəsi hara baxır? Niyə məsələnin cidiliyini ön plana çəkməkdən geri durulmaqdadır?
Araşdırmamız davam edir.
Məsələyə yenədə qayıdacağıq.
Anons
- H.İbrahimova hansı vəzifəli şəxslərin qohumu olduğunu iddia edib?
- Məgər kiminsə qohumu olmaq ona qanun tanımama imtiyazı verir?
- K.Cəfərova qanunsuz fəaliyyətinin arxasında hansı məmur durur?
- Zəhra adlı şagirdin məktəbdən çıxarılmasının arxasında hansı məqsəd durur?
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az