• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycanda yay məktəbləri: təhsil, yoxsa biznes?

Təhsil

24-01-2025, 13:08

Azərbaycanda bir sıra universitetlərdə ali təhsil müəssisələrində yay məktəbləri ənənəsi formalaşıb. Yay məktəbləri əsasən akademik borcların ləğv edilməsi, tələbələrin fənlər üzrə müvəffəq qiymətlərini yüksəltməsi və digər ali təhsil müəssisələrinin tələbələrinə kredit qazanması imkanı yaratmaq məqsədilə təşkil olunur.

Modern.az-ın məlumatına görə, yay məktəbləri könüllülük prinsipi əsasında həyata keçirilməli olsa da, bəzi universitetlərdə bu proqram tədris prosesindən çox, kommersiya məqsədi daşımağa başlayıb.

Tələbələrin sözlərinə görə, bəzi müəllimlər tələbələri məqsədli şəkildə yay məktəblərinə yönləndirmək üçün imtahanlarda qəsdən aşağı qiymətlər yazır.

Hətta bəzi universitetlərdə rektorların müəllimlərə bu istiqamətdə göstəriş verdiyi ilə bağlı fikirlər də yayılıb. Tələbələr iddia edir ki, bəzi fənn müəllimləri imtahan suallarını qəsdən daha mürəkkəb tərtib edir və ya qeyri-obyektiv qiymətləndirmə aparır.

Bu hallar yay məktəblərinə tələbatı süni şəkildə artırır və təhsil sisteminin tədris və bilik vermə missiyası ikinci plana keçir.

Ekspertlər bu cür halların ali təhsilin keyfiyyətinə zərər vurduğunu, tələbələr arasında inamsızlıq yaratdığını bildirirlər. Onların fikrincə, yay məktəblərinin məqsədi tələbələrin biliklərini artırmaq və onlara əlavə imkanlar yaratmaq olmalıdır, lakin bu cür hallar təhsil prosesini kommersiya layihəsinə çevirir.

Saytımıza açıqlama verən təhsil eksperti Kamran Əsədov da deyir ki, bəzi hallarda yay məktəbi kommersiya maraqlarına xidmət edir: "Bu vəziyyət tələbələrin hüquqlarını və təhsilin keyfiyyətini mənfi təsir altına alır. Universitetlərdə yay məktəbinin gəlir gətirən vasitəyə çevrildiyi hallarda, tələbələrin qəsdən kəsilmə riski artır və onların təhsil xərcləri qeyri-adekvat şəkildə yüksəlir".

Onun sözlərinə görə, mövcud vəziyyətin əsas problemlərindən biri, qiymətləndirmə prosesində şəffaflığın tam təmin olunmamasıdır:

“Təhsil Nazirliyinin son statistik məlumatlarına əsasən, bəzi universitetlərdə tələbələrin kəsilmə faizi ümumi orta göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Məsələn, 2023-cü ildə ölkə üzrə bəzi universitetlərdə tələbələrin kəsilmə faizi 30%-dən yuxarı olub ki, bu da beynəlxalq təhsil standartlarından iki dəfə yüksək göstəricidir. Belə yüksək rəqəmlər yay məktəbinin kommersiya məqsədli istifadə edildiyi ehtimalını gücləndirir. Tələbələr yalnız həmin fənlərdən keçmək üçün yay məktəbinə cəlb edilir, bu isə onların əlavə maliyyə xərcləri ilə üzləşməsinə səbəb olur".

Müsahibimiz sonda qeyd edib ki, yay məktəblərinin qiymət siyasəti dövlət tərəfindən tənzimlənməlidir:

"Tələbələrin əlavə ödənişlərdən məhrum olmaları üçün yay məktəbində tətbiq olunan təhsil haqları dövlət tərəfindən müəyyən edilmiş yuxarı həddi aşmamalıdır. Xüsusilə sosial cəhətdən həssas qruplara aid olan tələbələr üçün güzəştlər təmin olunmalı və onların yay məktəbinə çıxışı asanlaşdırılmalıdır. Yay məktəblərinin kommersiya məqsədli istifadəsinin qarşısını almaq üçün tələbələrin hüquqlarını qorumaq məqsədilə xüsusi mexanizmlər yaradılmalıdır. Tələbə şikayətlərini araşdıran müstəqil komissiyalar fəaliyyət göstərməli və bu komissiyaların qərarları tələbələrin hüquqlarını effektiv şəkildə müdafiə etməlidir. Universitetlərdə yay məktəbi ilə bağlı sui-istifadə halları aşkarlandıqda, bu hallara qarşı sərt inzibati tədbirlər görülməlidir".

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

25-10-2024, 12:03

Peşə məktəbləri üçün iki istiqamətdə qiymətləndirmə meyarları təsdiqlənib

Təhsil

13-08-2024, 10:20

Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq tələbələrin növbəti siyahısı açıqlanıb

Gündəm / Cəmiyyət

7-12-2023, 10:13

Müəllimlər şagirdləri evə buraxırlar? - AÇIQLAMA

Təhsil

25-07-2024, 11:21

Tələbələrin köçürülməsinə başlanılıb

Cəmiyyət

1-07-2024, 11:46

DİM sədri: İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür

Təhsil

23-11-2024, 11:20

Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

Gündəm / Cəmiyyət

23-12-2023, 17:18

Tələbələrin səsverməsi ilə bağlı nazirliklə birgə işləyərik - MSK sədri

Gündəm / Cəmiyyət

28-08-2024, 19:05

Tələbələr üçün ixtisas seçimindən daha çətin olan dilemma: Yataqxana, yoxsa kirayə ev?

Gündəm / Təhsil

4-11-2024, 12:24

Bu kollecin müəllimləri kütləvi şəkildə işdən çıxarılır - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

21-10-2024, 17:51

Qaradağ rayon məktəbləri təhsildə son akkordlarını vurur!? - İLGİNC

Gündəm / Cəmiyyət

5-07-2024, 16:22

Tələbə kreditləri üçün müraciət etmək istəyənlərin nəzərinə!

Cəmiyyət

24-07-2024, 16:47

Tələbə köçürülməsi üçün şərtlər açıqlandı

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
Xəbər lenti
  • Dünən, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • Dünən, 18:51
    İlham Əliyev üç rayona başçı təyin etdi
  • Dünən, 18:41
    Bir səs susdu, izi qaldı – Əvəz Zeynallıya vida
  • Dünən, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • Dünən, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • Dünən, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən, 16:59
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Dünən, 16:48
    Agentlik Abid Şərifovun şirkəti ilə 9 milyonluq RAZILAŞMA İMZALADI
  • Dünən, 16:32
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:14
    158 saylı məktəbdə qalmaqal:direktor öz kabinetində…
  • Dünən, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
  • Dünən, 15:43
    Naxçıvanın miqrasiya rəisi qadının evini zorla əlindən alır - BU NƏDİ BELƏ?
  • Dünən, 15:06
    Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
  • Dünən, 14:56
    Binəqədi rəsmən SAHİBSİZ QALIB... - NARAZILIQ VAR...
  • Dünən, 14:42
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dünən, 13:08
    Nazirlik “Bravo”dan 58 min manata 3 ədəd stend icarəyə götürəcək - DETALLAR
  • Dünən, 12:50
    Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb
  • Dünən, 12:45
    Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?
  • Dünən, 12:02
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • Dünən, 11:38
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Dünən, 11:10
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Dünən, 10:58
    Rusiyalı turistlərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda MACƏRASI - "ÇYORT POBERİ"
  • Dünən, 10:36
    Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
  • Dünən, 10:13
    Hövsanda məktəb skandalı: Sinif rəhbərinin təzyiqindən sonra 8-ci sinif şagirdi evə qayıtmadı
  • Dünən, 09:36
    Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
  • Dünən, 09:34
    "TTY-nin Mərkəzi Klinika ilə nə işi var?" - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 09:02
    Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • 27-09-2026, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • 27-09-2026, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • 27-09-2026, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • 27-09-2026, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • 27-09-2026, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • 27-09-2026, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • 27-09-2026, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • 27-09-2026, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə