Sizin reklam burada 728×90
Son dəqiqə

Rezidenturaya qəbul olunan namizədlərin qeydiyyatının vaxtı açıqlanıb

19.08.2025 16:52 351 1 dəq oxunur
Rezidenturaya qəbul olunan namizədlərin qeydiyyatının vaxtı açıqlanıb
Ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunan namizədlərin avqustun 21-də saat 11:00-da elektron qeydiyyat prosesinə start veriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da yekunlaşacaq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az