• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sosial-İqtisadi Kollecinin köhnə rəhbərliyi NƏDƏN CƏZASIZ QALIB? -Nöqsana görə işdən atılır, amma nöqsan aradan qaldırılmır...

Təhsil

17-09-2025, 17:53

"Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sosial-İqtisadi Kollecinə təyin etdiyi sabiq direktor və onun himayədarları məsuliyyətə cəlb olunmalıdır..."

Bu barədə sözügedən ali təhsil ocağında çalışan müəllimlərin müraciətində qeyd olunur.

Müraciətdə daha sonra bildirilir: "Deməli, ölkədə bəzən elə qəribə işlərə rast gəlirsən ki, qalırsan məəttəl.Necə ola bilər ki, sabiq direktorun fəaliyyətində yol verdiyi təkzibedilməz qanunsuzluqlar sübuta yetirildi və adam işdən azad edilsin. Amma onun əməllərindən zərər çəkən adamlar, işdən azad edilən, mükafatı mənimsənilən yəni, zərər çəkənlər barədə heç bir addım atılmasin.? Ədalət yarımcıq olmur! O ya var, ya yoxdur. Qəribə olanı isə odur ki, işdən çixarılan direktorun əməlləri davam etdirilir, və ya himayə edilir. Bu çox pis haldır ağalar.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu günlərdə Kolleclərə yeni təyinatlar təqdim edibldir. UNEC nəzdində Qida Sənaye Kollecinə də yeni direktor müavinini təyin olunub.

Amma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bu cür təqdimatlarında bir neçə maraqlı məqamlar vardır.

-Əcaba Agentliyin əməkdaşları Kollektivlərə bu cür təyinatları təqdim edəndə kollektivin, müəllmlərin iştiraknı niyə təmin etmirlər.? Bəyəm bu yeni təyinatlar 4-5 nəfər kollektiv üzvü ilə işləyəcəkər.? Məsələn Pedaqoji Şuranın bir toplantısını çağırıb namizədlərini orada təqdim etsələr daha sanballı və qanuni, olmazmı?

- Digər maraqlı bir məsələ odur ki, bu təqdimatlarda İqtisad Universitetinin rəhbərliyindən kimsə iştirak etmir?

-Əyər belədirsə onda Kollecləri real idarəçilik statuslarına uyğun olaraq təqdim etmək daha doğru olmazmı?
Məsələn:- Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nəzdində Qida Sənaye Kolleci, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nəzdində Sosial İqtisadi, Mailiyyə İqtisad Kolleci və.s. Ağlı başında olan adam xüsusən müəllim ən azı başa düşə bilir ki, bu gün Kolleclər universitetin “nəzdində” adından sözündən başqa heç bir real məzmun kəsb etmir.

Bir təhsil müəssisəsinə rəhbər və ya müavin təyinatı aparılırsa, bu yalnız 4-5 nəfərlik qapalı bir heyət qarşısında deyil, bütöv kollektivin, xüsusilə də Pedaqoji Şuranın iştirakı ilə baş tutmalı deyilmi?.Ona görəki, bu həm, hüquqi baxımdan şəffaflığı təmin edər, yeni təyinatın legitimliyini artırar, Kollektivə hörmətin göstəricisi olar, həm də yeni rəhbərlə əməkdaşlığın daha sağlam başlanmasına zəmin yaradardı.

Təqdimatlar ictimaiyyətə açıq, heç olmasa Pedaqoji Şura çərçivəsində keçirilsə, suallar verilə, baxışlar açıqlana və ortaq məqsədlər müəyyən edilə bilər.
Yox əgər “nəzdlində” həqiqətən də formal xarakter daşıyırsa onda açıq deyin ki, UNEC bu kolleclərin idarəçiliyindən uzaqlaşdırılıb. Əgər UNEC rəhbərliyi təyinatlardan xəbərsizdirsə niyə bu kolleclər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “nəzdində” olmasın?

Ümumiyyətlə isə direktorlar niyə də seçki yolu ilə seçilməsin! Bir dəfə də Direktor seçkisini Kollektivin ixtiyarına verin və sınayın görün millət və dövlət üçün hansı daha əhəmiyyətlidir, xeyirlidir.

Faktiki reallıq isə bundan ibarətdir ki, haralardasa hazırlanmış “təhsil menecerləri”ni Elm və Təhsil Nazirliyi öz kadroları kimi kollektivlərə yerləşdirib talançılığa şərait yaradırlar. Real səlahiyyətləri əlində cəməşdirən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi də heç bir təcürbəsi olmayan birisini, Şəhriyar Laçınovu UNEC nəzdində Sosial İqtisadi Kollecinə direktor təyin etdirdi. Adam, "gənc menecer" bir il ərzində elə oyunlardan çıxdı ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyi ilə birlikdə öz kadorsunu işdən azad etmək məcburiyyətində qaldılar. Missiyası "Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməli" olan Agentlik indi məsulliyyətinin olmadığı qənaətindəmi? Və Şəhriyar Laçınovun məsuliyyətə cəlb olunmadan müvəqqəti yayındıra bildiklərinimi sanırlar?.

Amma insafən onu da deyim ki, bu Kadr da elə belə kadr deyildi. Adamın üçüncü iştah dişini “(dens molaris tertius)u Agentlik necə itiləyib göndərmişdisə direktor təyin olunandan cəmi 13 gün sonra özünə kollecin büdcəsindən 5 min manata yaxın mukafat yazmışdı. İyul ayından bu minvalla davam edən İkili diplomlu, 3-cü “Yüksəliş” müsabiqəsinin finalçısı, 4-lü Elm və Təhsil Nazirliyinin Kadrların peşəkar inkişafı sektorunun müdirini, Pedaqoji Şuranın dekabr iclasında zorla saxlaya bildik. Hər ay üçün 5000 manat mükafat yaza yaza dayanmadan gedirdi. Bu arada onu da deyim ki, onun mənimsədiyi pullar müəllimlərə aid puldur və onu geri ödənməlidir, müəllimlərə mukafat olaraq verilməlidir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi isə bu "Nəhəng" kadrının digər əməllərini ört-basdır etməli deyil, digər "əl işləri" də araşdırılmalı, onun Agentlikdəki himayədarı aşkar olunmalı, məsuliyyətləri müəyyən edilməlidir. Sosial İqtisad Kollecinin sabiq direktoru və onun himayədarları qanun qarşısında cavab verməlidirlər. Heç kəs düşünməsin ki, Ş.Laçınovun əməlləri təkcə mətbuata açıqlanandı. Bu barədə Baş Prokurorluq Yanında Korrupsiya Qarşı mübarizə idarəsinə açıq müraciətimizdə daha geniş və əhatəli tanış olmaq imkanınız olacaqdır. Agentlik isə bu faktları aşkar edib qanunun yanında duran, vətəndaş mövqeyi göstərən müəllimlərə qarşı qisas, təqib yolu tutmamalı idi. Agentliyin addımlarında bunlar açıq aydın görünür. Hətta kollecin bufetinə nəzarət uğurunda mübarizə aparmaq Agentlik işi deyildir. Azərbaycanda Elm və Təhsilin yerini-yurdunu millət tapa bilmir. Bu barədə düşünməniz lazım.

Unutmayın ki, dünya tamam ayrı istiqamətdə təhsil siyasəti həyata keçirir. Dünya təhsil sahəsinin maliyyələşdirilməsində “şəffaflıq və effektivlik” prinsiplərini, özəl sektorun və ictimai qurumların “təhsildə iştirak mexanizmlərinin Konstitusion səviyyədə tanınması”, “Avtonom təhsil müəssisələri”– bürokratiyadan azad, hesabatlı və səmərəli idarəetmə modellərini təkmilləşdirir. Biz talamağı, gəlir yerlərinin formaları, onlara nəzarət uğurunda əməlli başlı qlobal savaş açırıq. Kollec müəlliminə verdiyiniz maaş onun başını aldatmaqdan başqa bir şey deyil. Sizin siyasətiniz sayəsində 5 milyard büdcəsi olan kollecin müəllimi bu ilin yanvarına kimi 463 manat maş alırdı. Kollecin xadiməsi ilə müəllimi 90 manat fərq ayırır. Az qala onu da verməmək üçün müəllimin başına min oyun açılıbdır. Əsas odur ki məqsədlərinə çatıblar. Azərbaycan təhsilini də müəllimini də yerlə bir etmisiniz..."(Dia-az)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-08-2025, 12:06

Hicran Əyyubovanın qanunsuzluqlarına məhkəmə "dur" dedi - Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Cəmiyyət

19-06-2025, 08:53

"Qalnaqalları bitməyən Sosial-İqtisadi Kolleci: "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"

Gündəm / Cəmiyyət

13-09-2025, 11:39

Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir

Təhsil

16-09-2025, 09:20

Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...

Cəmiyyət

4-09-2025, 17:41

 Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat

Gündəm / Cəmiyyət

17-09-2024, 11:54

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı - bəzi pozuntular aşkarlanıb

Təhsil

1-07-2024, 17:38

Regional Təhsil İdarəsinin müdiri işdən çıxarıldı

Təhsil

28-03-2024, 11:05

Bu məktəbin direktoru işdən çıxarıldı

Təhsil

11-03-2024, 19:14

Bu kollecdə araşdırma: direktor əvəzi işdən qovuldu

Təhsil

15-10-2024, 09:40

Onlar direktor müavini təyin olundu

Gündəm / Cəmiyyət

24-04-2025, 09:12

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru gülünc vəziyyətinə düşüb - Ödənilməyən 7 aylıq əmək haqqının "səbəbi"

Gündəm / Cəmiyyət

17-10-2024, 18:57

"Müəllimlər kütləvi şəkildə işdən çıxarılır" - TOTAL NARAZILIQ!

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 12:30
Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
21-08-2026, 18:48
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
20-08-2026, 10:04
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
19-08-2026, 18:07
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
18-08-2026, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
17-08-2026, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
Xəbər lenti
  • Bu gün, 16:07
    Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb
  • Bu gün, 15:53
    Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
  • Bu gün, 15:10
    Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub
  • Bu gün, 14:58
    Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
  • Bu gün, 14:14
    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
  • Bu gün, 13:55
    Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
  • Bu gün, 13:41
    Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
  • Bu gün, 13:08
    Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
  • Bu gün, 12:29
    UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub
  • Bu gün, 12:19
    Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
  • Bu gün, 11:56
    Hikmət Hacıyev Buxaradan paylaşım edib
  • Bu gün, 11:39
    Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
  • Bu gün, 11:31
    Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
  • Bu gün, 11:16
    İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
  • Bu gün, 11:05
    Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
  • Bu gün, 10:29
    Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib
  • Bu gün, 10:13
    Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
  • Bu gün, 09:46
    AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq
  • Bu gün, 09:30
    “Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
  • Bu gün, 09:13
    Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb
  • Dünən, 17:00
    Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib
  • Dünən, 16:30
    İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib
  • Dünən, 16:00
    Prezidentin köməkçisi: Rəsmilər öz aralarında Azərbaycan və özbək dillərinin kombinasiyasında danışmağa çalışırlar
  • Dünən, 15:00
    Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
  • Dünən, 14:30
    Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
  • Dünən, 14:00
    ABŞ-də meşə yanğınının sahəsi bir gündə 3,2 min hektara qədər genişlənib
  • Dünən, 14:00
    Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi
  • Dünən, 13:00
    Pezeşkian: ABŞ İranın da Venesuela kimi süqut edəcəyini düşünürdü
  • Dünən, 12:30
    Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
  • Dünən, 12:00
    Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar
  • Dünən, 11:00
    ABŞ-nin Kanadaya qarşı təzyiq və təhdidləri gözlənilən nəticəni verməyib
  • Dünən, 10:30
    Premyer Liqa: "Turan Tovuz" "Şamaxı"nı, "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək
  • Dünən, 10:00
    Tailandda yaraqlılar 30-dan çox obyektə hücum ediblər
  • 22-08-2026, 19:00
    İxtisas seçimində yeni yanaşma: Nə olursa-olsun, özəl universitet yazmayaq
  • 22-08-2026, 18:30
    Nazir: "Azərbaycan bankı bu gün Özbəkistan bankında payın alınmasına dair müqavilə imzalayacaq"
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə