Sizin reklam burada 728×90
Son dəqiqə

“Avant Qrup” MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər – ŞİKAYƏT

02.12.2025 11:10 507 1 dəq oxunur
“Avant Qrup” MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər – ŞİKAYƏT
Abbas Mirzə Şərifzadə küçəsi, 241 ünvanında yerləşən “Avant Qrup” MTK-ya məxsus binadan ev alan sakinlər aldıqları mənzillərin ƏDV (əlavə dəyər vergisi) hissəsini artıq üç ildir geri ala bilmədiklərini bildirirlər.
Sakinlərin sözlərinə görə, onlar dəfələrlə MTK-ya (Mənzil-Tikinti Kooperativi) müraciət etsələr də, nə məsələ həll olunub, nə də onlara aydın və rəsmi məlumat verilib.
Mənzil sahiblərindən biri yaranan vəziyyəti belə izah edib: “Aldığımız mənzillərin ödənişlərini bitirəndə bizim ödədiyimiz ƏDV-nin 30%-i bizə geri qayıtmalı idi. Problem MTK və Dövlət Vergi Xidməti arasındakı anlaşılmazlıqlardan və bizim müdaxilə edə bilmədiyimiz proseslərdən yaranıb. Nəticədə biz ƏDV-nin 30%-ni geri ala bilmirik,” – deyə sakin vurğulayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az