Anons

Bu gün, 16:59 - Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, bəzi rayonlara dolu düşəcək

21-04-2017, 16:01 - Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

21-04-2017, 14:40 - Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

19-04-2017, 03:52 - 286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

17-04-2017, 15:53 - Cəlal Əliyevin adından istifadə edən zavod sədri – S.CƏFƏROV

16-04-2017, 13:45 - Polis general-mayoru H.Şirinovun ailəsində itki baş verib - Başsağlığı

16-04-2017, 10:29 - Ermənistan silahlı bölmələri atəşkəsi 120 dəfə pozub

15-04-2017, 10:44 - Qüdrət Şükürov -Bakı lift idarəsinin rəisi və ya milyonlara sahib, xaricdə yaxtası, villaları, maşınları olan oliqarx -

12-04-2017, 02:30 - Məktəbin ərazisində tikinti işlərinin aparılması etiraza səbəb oldu - VİDEO

10-04-2017, 03:18 - Deputat qohumunun 300 min aldığını təsdiqləyən sənəd ortaya çıxdı - FAKT

8-04-2017, 00:02 - Azərbaycanda FETÖ-çuların rəhbəri Şahmar İbadovdur...?

7-04-2017, 15:57 - Saxta diplomla GDU-da necə işləmək mümkün olur…?

6-04-2017, 06:33 - Türkiyədə zəlzələ olub

6-04-2017, 02:15 - Günün qoroskopu: gərginləşməyə davam edəcək

6-04-2017, 02:12 - Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər

5-04-2017, 16:48 - Masallı DYPŞ-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA(VİDEO)

5-04-2017, 01:35 - 136 saylı məktəbdə bıçaqlanma hadisəsi baş verib - Olay

4-04-2017, 14:53 - Qovulmuş tələbə necə general oldu – Vüsal Növruzovun Çovdarovsayağı yüksəlişi

4-04-2017, 13:26 - Azərbaycanda tanınmış ailənin övladı, Çində istintaq qarşısında

3-04-2017, 10:55 - "Azercell" abunəçilərinə xəbərdarlıq edib

3-04-2017, 00:33 - Xocavənddə özbaşınalıq- Sələmçi İslam Allahverdiyev 1 milyonluq mülkə necə sahiblənib?

2-04-2017, 17:51 - Ramin Quluzadəyə qarşı çıxan qovşaq rəisi Zaur Məmmədov

2-04-2017, 16:28 - “Bizim maket”lərin sahibi haqda şok ifadə: 17 milyonluq mülk necə alınıb?

2-04-2017, 02:39 - Firdovsi Cəbrayılov ilə Eldar Əzizov arasında gərginlik...

1-04-2017, 11:32 - Aprel savaşında ordumuz Ermənistana böyük dərs verdi

30-03-2017, 21:10 - Əlillərə 2 milyon manat ayrıldı

30-03-2017, 20:51 - Milli Bankın rəhbəri vəzifədən getdi

30-03-2017, 19:39 - Təhsil Nazirinin qohumu Tərtər təhsilin öz biznesinə çevirib... TAR-MAR EDİR

“Röyaya demişəm ki, səni sevirəm” – MÜSAHİBƏ

Tarix:17-04-2015, 14:29 Baxış Sayı:236

“Röyaya demişəm ki, səni sevirəm” – MÜSAHİBƏ



Özü şou əhli olsa da, şou nümayəndələrini sevmir. O qədər sevmir ki, hətta toyuna da çağırmayacaq. Bakunews.az xəbər verir ki, Müğənni Yaşar Cəlilov Publika.az-a istinadən müsahibəsində bunun səbəbini açmasa da, gələcək planlarından, əsas hədəflərindən, böyük məqsədlərindən danışıb.

- Kişi müğənnilər tanınmaq üçün bir sıra çətinliklərlə üzləşdiklərini iddia edir. Məsələn, siz hansı çətinliklərlə qarşılaşırsınız?
- Qarşılaşdığım çətinliklər azalıb. Artıq müəyyən bir səviyyədə özüməməxsus yerim var. Bundan sonra yeganə çətinlik olduğum yeri qoruyub saxlamaqla bağlı ola bilər. İkiüzlü insanları yola vermək də çətindir. Əvvəl tanınmırdım, mahnılarım məşhur deyildi, sevilmirdim, üslubumu tapa bilmirdim. Artıq auditoriyamı, janrımı, üslubumu və geyimimi tapmışam.

- Amma sən “Kimdir nömrə 1” yarışmasından sonra daha çox məşhurlaşdın. Bu, cəmi bir neçə aydır bitib...
- Bu layihə məni tamaşaçıya tanıtdı. Mənim üçün tramplin oldu. Hətta məni ifamı bəyənməyənlərə də sevdirdi.

- Gənc müğənni kimi hədəfiniz nədir?
- Hədəfim alqış və sevilməkdir. Mənə “nömrə bir” olmaq lazım deyil. Çünki kişilər arasında nömrə bir yoxdur.

- Sizcə, niyə yoxdur?
- Bunun birmənalı olaraq səbəbi yoxdur. Kişilər kişiliyi ilə seçilir. Mən Eyyub Yaqubovun fanatıyam. Onun sənətinin, kişiliyinin, özünü aparmağının fanatıyam. Biz necə Eyyub Yaqubovu Faiq Ağayev ilə eyni tuta bilərik? Heç cür! Faiq Ağayevin başqa, Eyyub Yaqubovun başqa yönü var. Eləcə də, muğam və vokal ifaçılarımızın. Səslə ölçə bilsək, o qədər bizim güclü səs sahiblərimiz var ki. Azər Zeynalov, Teymur Əmrah və digərləri...

- Bəs qadınlar arasında “nömrə bir” kimdir?
- Mən Röyanı sevirəm. O, mənim üçün nömrə birdir. Həmişə də belə olacaq. Bundan kim narahat olursa, qoy olsun. Onun öz problemidir. Röyanın düşmənləri qoy mənim düşmənlərim olsun. Mən Röyanı ilk gündən sevmişəm. Müğənni olsam da, onun fanatıyam. Səsi də, özü də, səmimiyyəti də mənə xoşdur.

- Bəs niyə indiyədək işbirliyiniz olmayıb?
- Mən onun fanatıyam. Amma ona görə yox ki, onunla iş birliyimin olmasını istəyirəm. Bəlkə də, gələcəkdə biz duet ifa etdik. Hələ ki mən bunu ondan ummuram.

- Röyanın bu sevgidən xəbəri var?
- Mən özünə də demişəm ki, onu çox sevirəm. Bu fərqli sevgidir. Oğlan-qız sevgisi deyil. Bu, sənət, səmimilik sevgisidir.

- Subaylığın daşını atmaq haqda düşünürsünüz?

- Hələ ki belə bir fikrim yoxdur. Evlənəcək olsam, bunu hamı biləcək.

- Maraqlıdır, bəs kimlər olacaq məclisində?
- Böyük ehtimalla şou-biznes nümayəndələrini çağırmayacam. (Fikirləşir) Səbəb yaraşdırmamaq deyil. Sadəcə, mən şou nümayəndələrini ailə məclisimin içinə salmaq istəmirəm. Ola bilsin ki, şou nümayəndələrinə qarşı qohumlarımın böyük marağı olsun, amma mənim qohumlarım şou əhli üçün maraqlı deyil.

- Bəs siz özünüz həmkarlarınızın toyuna, xeyir işlərinə gedirsiniz?
- Gedirəm! Çağırılan yerdən qalmıram. Elə vaxt olur ki, çağırmadıqlarına sevinirəm. Çünki mən o məclisdə özümü görmürəm.

- Bəs özünüz gedirsiniz axı? Onlar da borcunu qaytarmaq istəyər, hər halda...
- Ola bilər... 2 toy edərəm. Bir toyuma yalnız şou əhlini çağıraram. Kimin ürəyi istəyir, gəlsin. Açıq qapı olar. Pul salsalar da olar, salmasalar da. Onların puluna ehtiyacım yoxdur. Mən o toyu pula görə etmirəm. Amma bəy və gəlinin iştirak etdiyi toyda şou əhlindən 2-3 nəfər dostum olacaq.

- Əksər müğənnilər heyranlarını itirməkdən qorxduğu üçün evlənmirlər...
- Yox, yox, yox... Sevənlərim mahnılarımı, geyimimi, özümü aparmağımı, səmimiyyətimi sevsin. Məni oğlan kimi bəyənən xanımlar bundan sonra bəyənməyəcək. Bu da normaldır. Amma sevgi elə bir şeydir ki, sevən evli və ya subaylığımdan asılı olmayaraq, sevəcək.

XƏBƏR LENTİ