Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Cəlil Nəzərov Masallıda səhiyyəni iflic edib -

Tarix:28-09-2016, 04:24 Baxış Sayı:778

Cəlil Nəzərov Masallıda səhiyyəni iflic edib -

Ötən yazımızda Massallı rayon Mərkəzi xəstəxanasında baş verən neqativ hallar, rüşvətxorluq və özbaşınalıq haqqında bəhs etmişdik. Sadə vətəndaşların rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov tərəfindən qanunsuz tələblərlə üzləşmələri, baş həkimin vətəndaşlarla kobud rəftərı eləcədə, digər bu kimi xoşagəlməz olaylara yer verilən məqalədə Masallı sakinlərinin müraciətləri də qısa məzmunda oxuculara təqdim edilib.

Realliq.info – da dərc olunan yazıda qeyd olunan faktlara və vətəndaşların müraciətinə əsaslananraq baş həkim Cəlil Nəzərovun əməllərinin ziyalı davranışına sığmadığını bildirməklə o cür rəftarı “qoçu” luq adlandırmışdıq. Vətəndaşların müraciətində də C.Nəzərovun fəaliyyətinin qanunlara sığmadığını nəzərə alaraq aidiyyatı qurumların diqqətinə tədbir görmələrinin vacibliyini xatırlatmışdıq. Məqalə dərc olunanda Cəlil Nəzərovun da yazıda qeyd olunanlara qarşı tərəf kimi mövqeyini öyrənməyə cəhd etsək də baş həkim zənglərimizə cavab verməmişdi. Biz yenə də jurnalist etikasını əsaslanaraq yazının sonunda Cəlil Nəzərovun mövqeyini dərc etməyə hazır olduğumuzu qeyd etməklə hər zaman qarşı tərəfi dinləməyə hazır olduğumuzu diqqətə çatdırmışdıq.

Lakin, Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov yazı dərc olunduqdan iki gün sonra redaksiyaya zəng açaraq saytın əməkdaşlarını hədələməklə susdurmaq eşqinə düşüb. Baş Həkimin -“mən sizi məhv edərəm. Sizin əməkdaşınız o yazını yazarkən məni təhqir edib, mən onu tutduracağam”-kimi ifadələrlə özünə və qanunsuz əməllərinə haqq qazandırmağa çalışdığı aşkar görünməkdədir. Baş həkimin təhqir dolu zənginə və hədələrinə baxmayaraq biz yenə etikamıza uyğun olaraq ona qarşı tərəf kimi yazıya mövqeyini bildirməsini xahiş etsək də nəticə daha xoşagəlməz məcrada inkşaf etdi. Görünür məclislərdə tez-tez özünü rayonun başbiləni adlandıran və hətta bu adın şərəfinə yanındakı “quyruq buluyanlar”la “rumka”lar toqquşduran Cəlil Nəzərovun təhqirlərə üstünlük verməsi ötən yazıda açıqladığımız xoşagəlməyən rəftar və davranışına nümünə sayıla bilər. Biz, Realliq.info olaraq Cəlil Nəzərovun diqqətinə çatdırmaq istəyirik ki, bizə olunan müraciətlər dərhal çap olunmur və geniş mənada araşdırılır. Həmin aradırmalar nəticəsində təsdiqini tapan, sübut olunan faktlar ictimaiyyətə çatdırılır. Cəlil bəyin də haqqında yazılan məqalədə kifayət qədər ciddi qanun pozuntularını təsdiq edən faktlar olduğundan biz mövzuya biganə qalmadıq və vətəndaşları təhqir edən baş həkimin sifarişlərini deyil, vətəndaşların haqlı narazılıqlarını işıqlandırmağa üstünlük verdik. Cəlil həkimin hədələrinə gəlincə, məqalə müəllifi olan əməkdaşımızın və digər Realliq.info-nun əməkdaşlarının bu kimi hədələrlə dəflərlə rastlaşdığını xatırlatmaqla baş həkimə davranışın etik normalarından kənara çıxmamasını tövsiyyə edərdik. Cəlil həkimin bizdən təkidlə yazıda qeyd olunanları araşdırılmasına da biganə qalmadıq.
Ötən yazıda qeyd olunan faktları araşdırdıqda məlum oldu ki, biz baş verən qanun pozuntularına heç də daha geniş yer verməmişik və bir sıra faktları ətraflı qeyd etməmişik. Aparılan araşdırmalar zamanı məlum olur ki, baş həkim səhiyyə ocağında işlə təmin etdiyi texniki işçiləri öz qohum və yaxınlarından təyin etdirb. Bundan başqa tibb bacılarının imtahanlar vasitəsilə səhiyyə ocağına qəbulu Cəlil Nəzərovun qaydalarında yer almır. Baş həkim onu daha çox “razı” salanları işə götürülməsinə yardım edir ki, bu da Masallı Mərkəzi Xəstəxanasının işçi kollektivinə gün kimi aydındır. Masallı RMX-nın həkimləri ilə söhbətimiz zamanı ötən yazıda qeyd olunmayan bir çox faktlar da üzə çıxdı. Həkimlər hər gün qazandıqlarını baş həkimin təyin etdiyi qaydalar əsasında ona verirlər və bundan sonra bölgü işləri aparılır. Bundan əlavə xəstəxananın şöbələrində aparılan cərahiyyə və döğuş əməliyyatları zamanı da qiymətləri Cəlil Nəzərov təyin edir.

Araşdırmalar zamanı o da aydın olur ki, rayon Mərkəzi Xəstəxanasında Cəlil Nəzərov bəzi şəxslərin vasitəçiliyi ilə vətəndaşlardan küllü-miqdarda rüşvət hesabına pensiyalar düzəltməkdədir. Belə ki, sağlam insanlardan aldığı rüşvət hesabına onları 3 ay ərzində 21gün fasilələrlə xəstəxanada “yatızdıran” baş həkim sonda rayon Tibbi Sosial Ekspert Komissiyasına əlillik üçün yetərli olan saxta formalar tərtib edir. Əgər vətəndaş C.Nəzərovla işi əvəlldən axıra kimi danışıbsa onda baş həkimin “hörməti” ikiqat artırılmalıdır.

Cəlil Nəzərovun Masallı Mərkəzi Xəstəxanasında qanundan kənar tətbiq etdiyi qaydalardan biri də səhiyyə ocağında tibb bacıları üçün də yaradılmış “şərait”dir. Belə ki, xəstəxanada olduğum zaman xəstələrin yanına gələn vətəndaşların tibb bacılarına verdiyi pulun anlamını ilk olaraq başa düşmədim. Daha sonra tibb bacıları ilə söhbətimiz zamanı aydın olur ki, baş həkim hər şöbədə özünə yaxın bildiklərini Baş tibb bacısı təyin edib. Həmin baş tibb bacıları baş həkimin “sizə də şərait yaratmışam” tapşırığından sonra özlərini “şef bacılar” adlandırırlar. Hətta Cəlil həkimin yaxınına yol tapıb baş tibb bacısı olmaq arzusunda olanlar da az deyil. Ona görədir Masallı RMX-də tibb bacıları baş həkimi “çörəkverən”, həkimlər isə qəddar adam adlandırırlar. Əslində, Cəlil Nəzərovun həkimlərin vətəndaşlardan aldıqları rüşvətin 90%-nə sahib çıxması narazılıqların əsas özülünü təşkil edir.

Masallı RMX-də genekologiya şöbəsində də vəziyyət bərbaddır. Nəzərə alsaq ki, bu şöbəyə müraciət edənlərin sayı çoxdur, onda Cəlil Nəzərovun qaydalarının da insanları bezdirdiyini anlamış olarıq. Adıçəkilən şöbəyə tibb bacısı ştatına namizəd olanlar baş həkimin qapısı önündə verəcəkləri rüşvətə görə rəqabət aparırlar.

Rayon xəstənənasında baş həkimin daha bir gəlir mənbəyi səhiyyə ocağına ayrılan ərzaqın xəstələr və işçilər üçün deyil, mağazalarda satışa və Cəlil Nəzərovun Masallının Kubin kəndində yerləşən “Qamo” istirahət mərkəzində istifadəyə yönəldilməsidir. Məhz bu mənada Cəlil Nəzərov xəstəxanaya ayrılan ərzaq məmulatlarından da səmərəli istifadə edərək özünə qazanc mənbəyi əldə edib. Baş Həkimin yeni tikilən özəl klinikası böyük vəsaitlər hesabına başa gəlsə də bu vəsaitin hardan gəldiyini soruşan yoxdur. Cəlil Nəzərovun “Lexus” son model avtomobili də gözə çarpan və böyük vəsait hesabına alındığına nəzər yetirəndə Masallı Mərkəzi Xəstəxanasında bizə qaranlıq qalan amma vətəndaşlara cana yığan daha böyük mənimsəmələrin varlığından xəbər verir. Istənilən halda Masallıda Cəlil Nəzərovun səhiyyə ocağını bazara çevirdiyinə şübhə ilə yanaşan sadəcə baş həkimdən yararlanan şəxslərdir.

Onu qeyd etmək yerinə düşər ki, Cəlil Nəzərov “Palmalı” Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla sıx bağlı və qohum olduğunu artıq hamıya deməklə ikincinin xeyirxah əməllərinə də xələl gətirməkdədir. Bəzi vətəndaşlar da səhiyyə ocağında qaynayan özbaşınalıqdsan əldə edilən gəlirin Mübariz Mənsimovun rayonda yaşayan qohumlarına ötürüldüyünə inanmaqdadırlar.

Araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

İkram Rəhimov
Realliq.info

XƏBƏR LENTİ