Sizin reklam burada 728×90
Son dəqiqə

70 min manatlıq mənimsəmədə ittiham edilən Tofiq Xanəliyev azadlığa buraxıldı

20.11.2025 17:24 350 1 dəq oxunur
70 min manatlıq mənimsəmədə ittiham edilən Tofiq Xanəliyev azadlığa buraxıldı
"Gənclik" Könüllü Tələbə İdman Cəmiyyəti" İctimai Birliyinin sabiq sədri Tofiq Xanəliyevin cinayət işi üzrə ilk məhkəmə araşdırması yekunlaşıb.
BakuNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə təqsirləndirilənə hökm elan edilərək, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, sonra Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası iki il şərti cəza ilə əvəz olunub.

Qeyd edək ki, Tofiq Xanəliyev sözügedən və əsas məqsədi tələbə, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olan cəmiyyətə ayrılmış 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. İttihama görə, o, idman tədbirləri və yarışlar üçün ayrılmış vəsaiti şəxsi mənafeyinə xərcləməkdə təqsirləndirilir.

T.Xanəliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində

Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işində dəymiş ziyandan 40 min manatı ibtidai istintaq zamanı ödənilib.

Sabiq sədr barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az