Sizin reklam burada 728×90
Son dəqiqə

Naxçıvan Ali Məclisinin iclası keçirilib

21.10.2024 14:43 573 1 dəq oxunur
Naxçıvan Ali Məclisinin iclası keçirilib
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin iclası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, oktyabrın 21-də Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yerli parlamentin payız sessiyasında növbəti plenar iclası baş tutub.

İclasda “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” və “Normativ hüquqi aktlar haqqında” muxtar respublika qanunlarında dəyişiklik edilməsi barədə layihələr müzakirə olunub.

Müzakirələrdən sonra hər iki qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Naxçıvan Ali Məclisinin iclası keçirilib


Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az