Sizin reklam burada 728×90
Son dəqiqə

"Barselona" "Sabah"la oyun üçün Bakıya gətirdiyi heyəti açıqlayıb

23.11.2026 16:28 38 1 dəq oxunur
"Barselona" "Sabah"la oyun üçün Bakıya gətirdiyi heyəti açıqlayıb
İspaniyanın "Barselona" komandası "Sabah"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının oyunu üçün Bakıya yola düşüb.

Bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.

Son ölkə çempionunun baş məşqçisi Hans-Diter Flik dörd futbolçu - Rodri, Xavi Espart, Andreas Kristensen və Lamin Yamalın xidmətindən yararlana bilməyəcək.

"Barselona"nın Bakıya gətirdiyi futbolçular: Joan Qarsiya, Juan Kanselu, Alexandro Balde, Brayan Farinyas, Pau Kubarsi, Qavi, Fermin Lopes, Pedri, Qabriel Jezus, Rafinya, Voytsex Şesnı, Karim Adeyemi, Entoni Qordon, Jerar Martin, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Jül Kunde, Erik Qarsiya, Dominik Livakoviç, Cessi Bisivu, Aleks Kampos.

Xatırladaq ki, Liqa mərhələsinin V turunun "Sabah" - "Barselona" matçı noyabrın 25-də, saat 21:45-də start götürəcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az