• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Əminliklə deyə bilərəm ki, indi qol vura bilməyəcək” - Qurban Qurbanov

İdman

20-01-2026, 17:23

“Qarabağ” UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda “Ayntraxt”ı qəbul edəcək.

Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk olaraq, deyim ki, bu tarix Azərbaycan üçün ağır gün olub. Başımız sağ olsun. Oyuna gəldikdə, çox vacib matçdır. Düzdür, hazırlaşmağa vaxtımız çox da olmadı. Hər bir halda, vaxtımız oldu ki, istirahət edək və oyuna daha sakit hazırlaşaq. Az vaxtdan səmərəli istifadə etdik. Çalışdıq ki, futbolçularımızı bu oyuna fiziki cəhətdən hazırlayaq. Bir oyun da əlavə oynasaydıq, daha yaxşı olardı. Futbolçularım çox istəkli və intizamlı idilər. İnanıram ki, sabah meydanda çox intizamlı kollektiv görəcəyik. Rəqibin düşərgəsində bəzi dəyişikliklər olub. Bu, bizə mane olan amillərdəndir. Komanda daha yığcam, daha istəkli və daha intizamlı olacaq. Sabah ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.
- Rəqibin baş məşqçisinin dəyişdirilməsi planlarınızı pozdu?
- Elə düşünmək olar. Çünki “Ayntraxt”ın oyunlarına baxırdıq. Yanvardan bu yana 3 matça çıxıblar, fərqli sistemdə oynayırdılar. Matçın gedişatında fərqli hücumlar qururdular. Hər oyunda bir cür müdafiə olunurdular. Ona uyğun işimizi aparırdıq. Sabah meydanda o qədər diqqətli olmalıyıq ki, gedişatların qarşısını alaq, ya da öz gedişatımızı daha da yaxşılaşdıraq. Bir neçə dəfə belə halla qarşılaşmışıq, rəqibin baş məşqçisi dəyişib. Sona qədər intizamlı oynasaq, diqqətli olsaq, problem olmalı deyil. Bəli, “Ayntraxt” təcrübəli rəqibdir, özünəməxsus alman intizamı var, bunlar öz yerində. Bizim təcrübəmiz, futbolçuların hazırlığı... İnanıram ki, sabah öz oyunumuzu əvvəlki matçlardan daha yaşı oynasaq, uğur əldə edə bilərik. Amma baş məşqçi dəyişikliyi bizim üçün sürpriz oldu və fikirlərimiz qarışdı.
- Rəqib Bakıya sabah gələcək və burada məşq etməyəcək. “Çelsi” də belə etmişdi. Bu hal “Qarabağ” üçün üstünlük ola bilər?
- Məncə, elə də əhəmiyyət kəsb etmir. Bəli, belə hallar olub. Biz də belə addım atmışıq. Öz proqramlarına uyğun belə qərar veriblər. Elə də əhəmiyyəti olacağına inanmıram.
- Komandanı sabahkı matça hazırlayan Aleks Meyer 13 il əvvəl “Qarabağ”a 3 qol vurmuşdu. Bu, sizin üçün xüsusi əhəmiyyət kəsb edir?
- Əminliklə deyə bilərəm ki, indi bizə qol vura bilməyəcək. Sadəcə tanış simadır, görmək xoş olardı.
- Qısa fasilənin əvvəlki tempi saxlamaq üçün hansı mənfi və ya müsbət cəhətləri oldu?
- Bizim üçün çox müsbət haldır. İstirahətə çox ehtiyacımız var idi. Bəlkə başqa komandalara mane ola bilər. Amma bizə faydası oldu. Ən azından futbolçuların yorğunluğunu azalda bildik. Ola bilər ki, bir neçə oyun optimal formamızdan uzaq olaq.
- Transferlər olacaq?
- Gözlənti çoxdur, alınmalıdır. Hansısa maneə olmasa, transfer olmalıdır. Danışıqlar davam edir.
- Dediniz ki, toplanışda daha bir oyun keçirmək istəyərdik. İstədiyiniz səviyyədə rəqib tapılmadı, yoxsa vaxt olmadı?
- Vaxtla bağlı idi.
– “Ayaks”la matçdan öncə hamıda rahatlıq var idi ki, rəqib xal qazanmayıb. “Ayntraxt” da Bakıya müəyyən itkilərlə gəlir. Bu barədə futbolçularla danışıq aparmısız?
- Bu turnirin çəkisi çox ağırdır. Əsl futbol Çempionlar Liqasıdır. Avropadan gələn komandanın problemi var deyə arxayın olmaq... Bunu qəbul etmirəm. Klubda hansısa məşqçinin olmaması belə matçda onlara təsir etmir. Əksinə, onlara əlavə motivasiya verir. Rəqibin seçimləri çoxdur. İstənilən oyunçunu ondan da yaxşı səviyyədə əvəz edəcək futbolçu var. Bəzən belə fikirlər olur ki, biz sanki zəif komandaya qalib gələ bilmədik. Bu fikirlər futbolçulara təsir edə bilər. Onlarla danışığımız olur ki, biz rəqibin gücünü bilməliyik, rəqibə dəyər verməliyik. Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var. Sadəcə işin gedişatıdır. İllər boyu belə təkrarlanır. İstər bizim liqada, istərsə də digər liqalarda belə halların şahidi olmuşuq. Bu tip klublar buna hazırdır. Klubu bir nəfər idarə etmir. Elə sistem qurublar ki, buna hazır olduqda belə addım atırlar. Əsas məsələ odur ki, biz bir cür hazırlaşdıq, amma qarşımızda fərqli komanda görəcəyik. Həmişə istəmişəm ki, öz oyunumuzu oynayaraq, qalib gələk ki, belə hallarda hansısa problemimiz olmasın. Antalyadakı hazırlığı, düşüncəni, əminliyi meydanda göstərə bilsək, yaxşı oyun göstərə və yaxşı nəticə əldə edə bilərik. Rəqib Bundesliqa klubudur. Onlara böyük qiymət veririk. Şans varsa, niyə istifadə etməyək? Bu fikirlə oyuna fokuslanacağıq. Biz çox şey deyə bilərik, amma meydanda onları həyata keçirən futbolçularım, döyüşçülərimdir. Yaxşı, texnikalı oyuna baxa biləcəksiz. Futbolçularımı ona fokuslamışam ki, öz oyunumuzla qalib gələk. Bu cür davam etsək, qarşıdakı vaxtlarda tempi qoruyub-saxlasaq, 3 yox 5 qələbəmiz olacaq.
- Coni Montielin sabah oynamaq şansı nə qədərdir?
- Xeyli vaxt futboldan uzaq qalmışdı. Ümumi durumu pis deyil. Amma futbolçu elə məxluqdur ki, nə vaxt soruşsan, deyəcək hazıram, optimal formadayam. İstər bir ay məşq etməsin, ya etsin. Ancaq ümumi reallığa baxsaq, Montiel çox əziyyət çəkib. Hazırlığında problem var idi, daha sonra zədələndi. İşinə çox peşəkarcasına yanaşdı. Ondan razıyam. Amma hər bir halda, hələ Montieli tam hazır hesab etmirəm. Özünü yaxşı tərəfdən göstərsə də, belədir. Çünki bir ildən çox futbol oynamayıb. Belə gərgin, dinamik, məsuliyyətli oyunlarda onun oyun təcrübəsinə çox ehtiyac var. Amma bugünkü hazırlığından razıyam. İnanıram ki, hələ daha da yaxşı ola bilər. Çalışacam ki, məşqçi olaraq onu daha yaxşı səviyyəyə gətirim. Təbii ki, bu cür peşəkar qalarsa...
- Çempionlar Liqasındakı gərginlik “Qarabağ”ın Azərbaycan Premyer Liqası və Azərbyacan kuboku matçlarına necə təsir edir?
- Ümumən təsiri olur. Bəzən belə oyunlardan sonra daxili liqada xal itkilərimiz çox olub. Avropada da belədir. Şükürlər olsun ki, neçə ildir çempionatda öz yerimizi qoruyub-saxlaya bilmişik. Amma digər ölkələrə baxsan, çox problemləri olur. Hansı ki, hətta elə ölkələrin komandaları var, bu turnirlərdən sonra öz liqalarında 8-10-cu yerlərdə gedirlər. Amma ümumən bizə mane olur. Çünki istər-istəməz fikirlərimiz bu oyunlaradır. Lakin bu, hardasa müvəqqəti olur, sonradan yenə digər matçlara köklənə bilirik. Sadəcə gərginliyin çempionat matçlarına təsiri olur. Amma illərdir belədir. Bizdə pis alınmır. Əvvəlki illərdən daha çox güc sərf edirik, psixoloji daha çox yoruluruq, bir az çətinləşir. Lakin hər bir halda, işimizdir, çalışmalıyıq ki, eyni səviyyədə qalaq. Buna görə bizim 11 yox, 22-23 futbolçumuz var. Belə oyunlarda, belə anlarda digər futbolçuların üzərinə məsuliyyət düşür. Onlar bunu anlayır və qoruyub-saxlayırlar. Bəzən üzdə olan futbolçuların faydasından danışılır. Lakin ikinci heyət... İnanıram ki, futbolçuların xətrinə dəyməz. Onların etdikləri digərlərinin etdiyindən daha da faydalı olur. Çünk o tempi qoruyub-saxlaya bilməsək, biz növbəti ildə nə Çempionlar Liqasında, nə də Avropa Liqasında iştirak edə bilərik. Çətinlik var. Amma sağ olsunlar, futbolçularım bu tempi qoruyur. Bəzən gözlənilməz məğlubiyyət olur. Bu da futbolun bir hissəsidir. İnanıram ki, qarşıda bizi çox maraqlı matçlar gözləyir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / İdman

23-02-2024, 08:54

“Yarımfinal olsa mən sizi təbrik edəcəm”

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Cəmiyyət

24-12-2025, 19:15

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Gündəm / Siyasət

29-12-2024, 16:05

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB

Siyasət / İdman

8-10-2024, 15:59

Azərbaycan Premyer Liqasında I dövrənin təəccübləndirən mənzərəsi – TƏHLİL

İdman

20-01-2026, 14:26

Qurban Qurbanov: "Ayntraxt"la oyun bizim üçün çox vacibdir"

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

İdman

17-09-2025, 09:00

"Qarabağ"dan Avropada TARİXİ QƏLƏBƏ

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

İdman

3-10-2023, 19:46

“Qarabağ”ın debütant rəqibi: İsveçdə bolqollu qarşılaşma olacaq? - TƏHLİL

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 17:21
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
10-06-2026, 08:57
Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb
9-06-2026, 12:25
Sankt-Peterburqda yanğında dörd nəfər ölüb
Xəbər lenti
  • Bu gün, 15:30
    Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
  • Bu gün, 15:00
    Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
  • Bu gün, 14:00
    Zelenski: Rusiyanın enerji obyektlərinə zərbələr ədalətli cavabdır
  • Bu gün, 13:30
    Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
  • Bu gün, 13:00
    "Al Jazeera"nın jurnalisti Qəzzada öldü
  • Bu gün, 12:00
    Vensin İsveçrəyə səfəri başladı
  • Bu gün, 11:00
    "Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
  • Bu gün, 10:30
    Kot-d'İvuar millisinin baş məşqçisi Almaniyanın oyununu tənqid edib
  • Bu gün, 10:00
    "Axios": ABŞ İranın bloklanmış səhmlərini qismən açmağa hazırdır
  • Dünən, 19:00
    Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək
  • Dünən, 18:30
    İran yenidən Hörmüz boğazını bağlayıb
  • Dünən, 18:00
    İordaniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
  • Dünən, 17:30
    Urmiya gölündə suyun həcmi 18 dəfə artıb
  • Dünən, 16:00
    Moskvada benzin sürətlə bahalaşır
  • Dünən, 15:48
    Keçmiş deputat Paşinyanı məhkəməyə verdi
  • Dünən, 15:41
    ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
  • Dünən, 15:22
    Ceyhun Bayramovla Bəxtiyor Səidov Bakı və Daşkəndin strateji tərəfdaşlığını müzakirə ediblər
  • Dünən, 15:14
    Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
  • Dünən, 14:46
    UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
  • Dünən, 14:35
    “Monolit” MTK binanın üstündə əlavə evlər tikib satır - VİDEO
  • Dünən, 14:13
    Bazar günü Bakıda 32 dərəcə isti olacaq
  • Dünən, 12:39
    "Bizim Maqsud müəllim" tamaşası nümayiş etdirilib
  • Dünən, 12:28
    Talassemiyanın gen daşıyıcıları əsgər gedir?
  • Dünən, 12:00
    Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub
  • Dünən, 11:26
    Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
  • Dünən, 11:02
    Rusiyada ağır yol qəzası: 6 nəfər ölüb, 2 nəfər yaralanıb
  • Dünən, 10:50
    Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
  • Dünən, 10:30
    Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
  • Dünən, 10:18
    “Pilgrim Education” şirkətindən şikayətlər artır - Aisa Aslanova isə vətəndaşdan gizlənir
  • Dünən, 01:12
    Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
  • 19-06-2026, 18:48
    AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib
  • 19-06-2026, 18:41
    Gömrük Komitəsinin İdarə rəisi işdən çıxarıldı - Foto
  • 19-06-2026, 18:08
    Suriya Almaniyanın hava əlaqəsinin bərpası barədə qərarını gözləyir
  • 19-06-2026, 17:54
    "Reuters": İsrail və "Hizbullah" atəşkəslə bağlı razılığa gəlib
  • 19-06-2026, 17:38
    Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə