Sizin reklam burada 728×90
Son dəqiqə

Zaqatalada toy karvanında qaydaları pozan sürücülər cərimələnib

06.10.2022 18:42 538 1 dəq oxunur
Zaqatalada toy karvanında qaydaları pozan sürücülər cərimələnib
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən nəzarət-yoxlama tədbirləri zamanı toy karvanında yol-hərəkəti qaydalarını davamlı olaraq pozan, eləcə də nəqliyyat vasitəsində əlavə konstruksiya dəyişikliyi edən sürücülər müəyyən olunub.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin sürücülərlə profilaktik söhbət aparılıb, bu kimi halların özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.


bakunews.az



Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az