Sizin reklam burada 728×90
Son dəqiqə

DİN: Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb

08.02.2023 18:54 650 1 dəq oxunur
DİN: Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bakunews.az-ya verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı üç nəfər saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini T.Yusibov, Zərdab rayon sakinləri N.Mütəllimli və Ə.Məhəmmədli olduqları müəyyən edilib.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə kağız və sellofan bükümlərdə qablaşdırılmış narkotik vasitələr aşkarlanaraq götürülüb. Hər üç şəxs izahatlarında qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər.

Saxlanılanlar barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir. Bu istiqamətində tədbirlər şöbə əməkdaşları tərəfindən davam etdirilir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az