• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik institutu Azərbaycanda dövlət idarəçiliyinin funksionallığını daha da artırıb

Cəmiyyət

15-11-2023, 22:13

Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Ümumi qənaət belədir ki, qısa müddətdə Birinci vitse-prezidentlik institutu Azərbaycanda dövlət idarəçiliyinin funksionallığını daha da artırıb.
Qeyd edək ki, 2017-ci ildə dövlət başçısının imzaladığı Sərəncamla Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması onun Vətən və xalq naminə göstərdiyi ardıcıl fəaliyyətə verilən yüksək qiymət idi. Mehriban xanım Əliyeva yeni təyinatadək ona həvalə olunan bütün vəzifələrin öhdəsindən layiqincə gələrək özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirmişdi. Biz aşağıda Mehriban xanım Əliyevanın Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti kimi uğurlu fəaliyyəti barədə də söhbət açacağıq. Yeni təyinatadək Azərbaycan ictimaiyyəti Mehriban xanım Əliyevanın Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı yarışmasını, tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarını təşkil edən peşəkar komandanın rəhbəri kimi necə böyük əzmkarlıq, iradə, təşkilatçılıq, ətrafındakıları gələcək uğurlara inandırmaq bacarığı nümayiş etdirdiyinin şahidi olmuşdu. Bəhs olunan mötəbər tədbirlərdə Azərbaycan yeni yüksək standartlar nümayiş etdirdi, özünü güclü, hər şeyə qadir olan dövlət kimi göstərdi ki, burada Mehriban xanım Əliyevanın xidmətləri müqayisəyəgəlməzdir. Mehriban xanım Əliyevanın Milli Məclisin bir neçə çağırış deputatı kimi səmərəli fəaliyyəti də yaddaşlarda dərin iz qoyub. Bundan başqa, Mehriban xanım Əliyeva tərkibində 700 mindən çox fəal insanı birləşdirən Yeni Azərbaycan Partiyasının Sədr müavinidir. Onun Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi fəaliyyəti də təqdirəlayiqdir. Bütün bu amillər, heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərək deyib: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Mehriban xanım Əliyeva Təhlükəsizlik Şurasının iclasında Azərbaycana layiqincə xidmət edəcəyini bir daha qətiyyətlə bəyan etdi: “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Ötən dövrdə Birinci vitse-prezidentlik institutunun funksionallığının artması onu deməyə əsas verir ki, Mehriban xanım Əliyeva dövlət başçısının və ölkə ictimaiyyətinin ona olan böyük inamını yeni vəzifədə də yüksək səviyyədə doğruldur. Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində dövlət idarəçiliyinə yeni keyfiyyət dəyişikliyi gətirib, onun xəlqi mahiyyətini daha da gücləndirib. Azərbaycan cəmiyyəti ölkənin Birinci-vitse prezidentinin yanında keçirilən müşavirələrdə aktual məsələlərin müzakirə edilməsindən və qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsindən məmnundur. Hər gün cəmiyyətin müxtəlif təbəqələrindən Mehriban xanım Əliyevaya çoxsaylı müraciətlər ünvanlanır. O isə bu müraciətlərin heç birini diqqətdən kənarda saxlamır.

Yeni layihə əsasında aprel döyüşlərinin iştirakçılarının yüksək texnologiyalı protezlərlə təmin olunması ciddi sosial əhəmiyyət daşıyır
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində təqdim etdiyi “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi onun milli təəssübkeşliyini, vətənpərvərliyini, Azərbaycanın hər bir vətəndaşının dərd-sərini öz ağrısı kimi qəbul etməsini və əlbəttə ki, ana qəlbinin hərarətini ifadə edir. Ciddi sosial əhəmiyyət daşıyan layihənin təqdimat mərasimi Birinci vitse-prezidentin şəxsən iştirakı ilə 2017-ci il aprelin 3-də keçirilib. Təqdimat mərasimində çıxış edən Mehriban Əliyeva vurğulayıb: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Münaqişə beynəlxalq hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapmalıdır, işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç bir ana - nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını tökməyəcək”.

Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və respublikanın bölgələrində çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisəsinin yüksək səviyyədə təmir olunması və hər cür mebellə təchiz edilməsi də Mehriban xanım Əliyevanın qayğıya ehtiyacı olan uşaqlara xüsusi münasibətinin ifadəsidir. Ümumiyyətlə, Fondun təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 30-dan çox internat və uşaq evi yenidən qurulub. Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün çoxmənzilli yaşayış binaları inşa olunur. İndiyədək Nizami və Abşeron rayonlarında bir neçə belə bina istifadəyə verilib və yenisi də tikilməkdədir. Azərbaycanda talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi təqdirəlayiq haldır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, fəaliyyətində daim humanizm prinsiplərindən çıxış edən Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında Milli Məclis bir neçə amnistiya aktı layihəsini dəstəkləyərək müvafiq qərarlar qəbul edib. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 40 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilib.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, bir qayda olaraq, cəmiyyətin ən həssas qruplarının maraq dairəsində olan məsələləri əhatə edir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında Özünüməşğulluq Proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən icra olunan “Sosial bağlar” layihəsi çərçivəsində regionlarda sosial cəhətdən həssas qruplar üçün meyvə bağlarının salınması, tərəvəz və bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının yaradılması işləri davam etdirilir.
Xatırladaq ki, 2018-ci ildə “Sosial bağlar” layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən 125 ailə üçün intensiv meyvə bağları salınıb. Yaradılmış təsərrüfatlara aqrotexniki qulluq, sahiblərinə müvafiq məsləhət xidmətləri göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, artıq “Sosial bağlar” layihəsinin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınmasına başlanılıb. Bütövlükdə layihə bağçılıq üçün əlverişli şəraiti olan 34 rayonu əhatə edir.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır.Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu xüsusi bir yer tutur. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bu mötəbər qurumun tribunasından Azərbaycanın üzləşdiyi çətinliklər, işğal faktı və işğal nəticəsində Azərbaycan mədəniyyətinə, milli-mənəvi abidələrinə dəyən zərərləri dünya ictimaiyyətinə çatdırır.Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir.Əlbəttə birinci vitse prezident Mehriban Əliyevanın bütün bu fəaliyyətləri və xidmətləri Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.

Mən Fərid Şərifov qeyd etmək istəyirəm ki Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

Dəyərli Mehriban xanım siz şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərirsiniz. Mən bir gənc kimi bildirmək istəyirəm ki Hörmətli Mehriban xanım siz ölkə prezidenti cənab İlham Əliyevin həyat yoldaşı olmaqla yanaşı, ailəsinə sədaqəti, işgüzarlığı, layiqli məsləkdaşı olmağınızın nəticəsidir ki, dövlətimiz daha da güclənir, regionda öz nüfuzunu qazanaraq söz sahibinə çevirilir.

Hörmətli Mehriban xanım sizi xalqa sevdirən əsas məqamlar sizin xeyirxahlıq, mərhəmət, şəfqət kimi ülvi hisslərə və insani dəyərlərə malik olmağınızdır.
2018-ci ilin aprelində yenidən dövlət başçısı seçildikdən sonra Prezident İlham Əliyevin ilk imzaladığı Fərman məhz şəhid ailələri ilə bağlı idi. Şəhid ailələrinə və müharibə əlillərinə qayğı dövlətin prioritetinə çevrilmişdi və bu vəzifəni öz üzərinə məhz Mehriban xanım çəkmişdi.

Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezident Mehriban xanımın köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır. Onun rəhbərliyi altında Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirir. Ötən müddət ərzində yüzlərlə zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. II Qarabağ müharibəsində şəhid və qazi olanların ailələrinə də eyni şəkildə qayğı göstərilir.İllər keçdikcə ümumilikdə şəhid və qazi ailələrinin sosial müdafiəsi daha da gücləndiriləcək.
Sevgi və hörmət insanın öz şəxsi keyfiyyətləri, xarakter özəllikləri əsasında qazanılır.

Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, birinci vitse-prezident Mehriban Əliyevanın bütün bu fəaliyyətləri və xidmətləri Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur. Mən Fərid Şərifov bildirmək istəyirəm ki, Birinci vitse prezident Mehriban xanım Əliyeva Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb.Mehriban xanım Əliyeva sadəliyi və xeyirxahlığı ilə çox böyük sevgi qazanıb.

Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Bu mənada Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.

Mən həmçinin Mehriban xanımın Birinci xanım institutunun yaranmasındakı rolunu qeyd etmək istərdim.
Hörmətli Mehriban xanım Xalq sizin mərhəmətinizi, diqqətinizi, qayğınızı sevdi. Sizə vətənə xidmət yolunda və vətənimizin dövlətimizin güclənməsi və inkişafı yolunda fəaliyyətinizdə və işlərinizdə bol bol uğurlar arzulayıram, Ömrünüz uzun olsun, Tanrı sizi və ailənizi qorusun Mehriban xanım.

Son olaraq qeyd etmək istəyirəm ki:

O Xalqımızın, Bizim Mehribandır.

Mehriban xanım mən sizi öz doğmam kimi bilirəm, siz mənim əzizimsiniz, həmçinin sizi öz xalam, bibim kimi çox istəyirəm.

Hörmətlə YAP üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü, Ulutv.İnfo xəbər portalının və Bakunews.az xəbər portalının əməkdaşı, Nərgiz Fondunun əməkdaşı, Nərgiz Jurnalının əməkdaşı Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

15-11-2022, 23:00

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizdir.

Cəmiyyət

1-03-2023, 00:22

Fərid Şərifov Od Çərşənbəsi münasibətilə Azərbaycanı, Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Təbrik etdi

Siyasət

25-08-2022, 23:46

Bugün Avqustun 26-da Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Gündəm / Siyasət

25-08-2023, 18:47

Avqustun 26-da Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın doğum günüdür

Siyasət

12-08-2022, 10:52

Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib

Siyasət

12-08-2022, 11:12

Prezident və xanımı Qobustanda...

Gündəm / Ölkə

20-12-2022, 22:43

Leyla Əliyevanın böyük ictimai məzmun daşıyan çoxşaxəli fəaliyyəti cəmiyyət həyatının bir çox istiqamətlərini əhatə edir

Gündəm

26-09-2023, 19:27

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

Şou-biznes

13-08-2022, 15:47

Brilliant Dadaşova Prezidentin onun mahnısını dinləməsindən yazdı - Video

Cəmiyyət

22-05-2023, 01:53

O Xalqımızın, Bizim Mehribandır.

Siyasət

26-08-2022, 12:35

“Mehribansan ana kimi” - aztv-dən təsirli videoçarx

Cəmiyyət

19-08-2023, 01:06

Birinci vitse-prezident Mehriban Əliyevanın bütün bu fəaliyyətləri və xidmətləri Azərbaycan xalqını sevindirir

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
Dünən, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
Dünən, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
8-08-2026, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
8-08-2026, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
Xəbər lenti
  • Bu gün, 13:11
    Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
  • Bu gün, 13:04
    Göygöldə şok iddialar: Tender maxinasiyası, rüşvət və saxta əlillik faktları! VİDEO
  • Bu gün, 12:52
    Sabah Azərbaycanda yağış yağacaq
  • Bu gün, 12:28
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqədən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur
  • Bu gün, 12:03
    Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək
  • Bu gün, 11:45
    AHİK (əlil) həmkarlardan “qara otaqda olmayan qara pişiyi tapmağı” tələb edir “Tapanda” isə tam məbləğ ödənilməsə yollayış verilmir
  • Bu gün, 11:20
    Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək
  • Bu gün, 11:12
    MAŞTƏĞADA “KEYFİ ƏT DÖNƏR”İN ÜSTÜNDƏ NƏ BAŞ VERİR?
  • Bu gün, 10:49
    Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 10:34
    “Azəriqaz”ın baş direktoru səni deyirlər: “Hörmətli” Azər müəllimə açıq məktub — 1/4-lük böyük hörmət
  • Bu gün, 09:50
    Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq
  • Bu gün, 09:37
    AYNA əlillərə "ŞAH" elan edib, ac və dərmansız ölümə məhkum ediilənlər... VİDEO
  • Bu gün, 09:20
    UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq
  • Dünən, 19:11
    Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib
  • Dünən, 18:54
    Baş Prokurorluq ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirir-FOTO
  • Dünən, 18:25
    Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
  • Dünən, 18:04
    Qanunsuz cərrahiyyə təhlükəsi: “Universal Hospital”da sertifikatsız həkim skandalı
  • Dünən, 17:43
    MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır
  • Dünən, 17:16
    Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək
  • Dünən, 16:50
    Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib
  • Dünən, 16:34
    Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır
  • Dünən, 16:24
    "Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb
  • Dünən, 15:48
    “Olivia”dan uşaq üçün alınan məhsul xarab çıxdı – Foto
  • Dünən, 15:23
    Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək
  • Dünən, 15:02
    BAĞÇADIR, YOXSA “QARA KASSA”? –Uşaqları pəncərədən qaçıran “pedaqoji möcüzə”!
  • Dünən, 14:23
    Azərbaycan nefti cüzi bahalaşıb
  • Dünən, 12:47
    Sabah yağış yağacaq, güclü külək əsəcək
  • Dünən, 12:41
    İran XİN: Pezeşkianın BMT Baş Assambleyasında iştirakı ilə bağlı hələ qərar yoxdur
  • Dünən, 12:35
    Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 12:28
    Almaniyada Bundsverin ölkə daxilində yerləşdirilməsi təklif olunub
  • Dünən, 12:11
    Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb
  • Dünən, 12:04
    Toylar başlayır - Şadlıq evləri qiymətləri artırıb - VİDEO
  • Dünən, 11:29
    İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib
  • Dünən, 11:20
    Kəmaləddin Qafarovun “tender səltənəti”:“Azəri Med”ə üç ildə 100 milyon manat!
  • Dünən, 10:46
    Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə