Bakının bir sıra yollarında tıxac yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
5. "20 Yanvar" dairəsində;
6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.