• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

29 il sonra Laçına qayıdan ailənin sevinci - VİDEO

Cəmiyyət

23-07-2022, 17:30

Laçının Oğuldərə kənd sakinləri 29 illik həsrətdən sonra doğma yurdlarına gediblər.

bakunews.az report-a istinadən xəbər verir ki, onlar torpaqlarımızın erməni işğalından azad edilməsindən sonra ilk dəfə Laçın ərazisinə ayaq basıblar.

Belə ki, Birinci Qarabağ müharibəsinin veteranı, 54 gün erməni mühasirəsində qalmış mərhum Əli Əliyevin ailə üzvləri – həyat yoldaşı Zeynəb Əliyeva, qızı Turac Əliyeva, oğlanları İmdad Əlizdə, Babək Əliyev və Mirzə Əliyev uzun illərdən sonra doğulub boya-başa çatdıqları Oğuldərə kəndinə gediblər.

Həmin şəxslərin səfəri 19 nəfərin 54 gün davam edən mühasirə həyatından bəhs edən sənədli filmin çəkilişi çərçivəsində baş tutub.


Səfər zamanı doğma kəndlərinə, ata yurdlarına qovuşan yerli sakinlər evlərinin giriş hissəsində göz yaşlarını saxlaya bilməyib.

Oğuldərə kəndi 1993-cü ildə mart ayının 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Düşmən işğal dövründə digər yaşayış məntəqələrimiz kimi, Oğuldərə kəndini də viran qoyub. Ermənilər daşı-daş üstündə qoymayıb, evləri dağıdaraq yandırıblar.

Hazırda kəndin yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatları köçürülüb. Oğuldərədə həyat yenidən canlanır.


Zeynəb Əliyeva deyib ki, Oğuldərə kəndini ilk dəfə 1992-ci ildə tərk edib:

“Düzdür, hər şeyimizi buradan çıxartdıq. Sonra mərhum Əli müəllim “geri – evimə qayıdıram” dedi. Heç kəsin evinə getməyi qəbul etmədi. Narazılıq etdim, lakin razılaşmadı. Həmin ilin oktyabr ayının 1-də müvəqqəti qaldığımız Ömər aşırımından kəndimizə qayıtdıq. Mart ayının 30-da elan olundu ki, Kəlbəcəri ermənilər işğal edib. Hər yerin yolu bağlandı və biz mühasirədə qaldıq. Maşınların biri ilə oğlum Mirzə, Xıdır, qızlarım Turac və Rəhiməni yola saldıq. İmdad, Babək və mən isə kəndi piyada tərk etmək məcburiyyətində qaldıq. Mən yolda gedəndə çox əziyyətlər çəkdim. Ayaqlarım şişdi. Yeridikcə ayaqlarımdan qan gəlirdi. Soyuq havada Ömər aşırımını çətinliklə aşaraq xilas olduq”.


“Yolla gedən zaman qorxurdum ki, birdən ermənilər tərəfindən girov götürülərəm. Uşaqlarımdan çox narahat idim. Geridə qalanda uşaqlarım məni gözləyirdi. Lakin onlara deyirdim ki, tez getsinlər, birdən hamımız birlikdə düşmənə girov düşərik. Ömər aşırımını enəndən sonra isə bizi qardaşım qarşıladı. Sonra onların evinə getdik. Hər şeyimiz kənddə qaldı, özümüzlə heç nə aparmadıq, yalnız tək canımızı götürüb xilas olduq. Həyat yoldaşım Əli Əliyev isə kənddən çıxmadı və 54 gün erməni mühasirəsində qaldı. Burada yaxşı evimiz, mal-qaramız, atımız vardı. Hamısı düşmənə qaldı. Burada çox əziyyət çəkmişdik, lakin bizə qismət olmadı. İndi bura gəldik, lakin Əli Əliyev aramızda yoxdur. İnanıram ki, indi onun ruhu şaddır”, - Z.Əliyeva vurğulayıb.

Babək Əlizadə söyləyib ki, doğma yurdundan məcburi köçkün düşəndə onun 11 yaşı olub. O, 29 ildən sonra ata evinə qayıtdığı üçün çox sevinclidir:

“Təbii ki, insan bəzən hisslərini ifadə edə bilmir, söz tapmaqda çətinlik çəkir. Ancaq sevincimizin həddi-hüdudu yoxdur. Burada uşaqlıq xatirələrim yadıma düşür. Hazırda özümü kənddən çıxdığım dövrdəki – 11 yaşlı yeniyetmə kimi hiss edirəm. Həmin hissləri yaşayıram. Elə bilirəm ki, həmin dövrdəki Babəkəm. Bu kəndin hər qarışı mənim üçün əzizdir, doğmadır. Amma çox təəssüflər olsun ki, bu günləri atam görmədi. Uşaqlığım bu kənddə qalıb. Burada uşaqlarla yığılıb cürbəcür oyunlar oynayardıq. Kənddə hər fəsilin öz gözəlliyi var”.


Turac Əliyeva bildirib ki, Oğuldərə kəndinə 29 ildən sonra gəlmək onun üçün bir yuxudur:

“Elə bilirəm ki, indi sanki bir yuxu görürəm. İnanmazdım ki, 29 ildən sonra doğma yurduma, evimə qayıdam. Bu gün burada qapı-bacamızı təmizlədik, ocağımızı qaladıq, yeməyimizi hazırladıq, samovarımıza köz salıb çayımızı dəmlədik. Uşaqlıq illərində burada oynadığımız əraziləri indi bir-bir gəzdik, dağıdılmış yerlərə baş çəkdik. Yandırılmış evimizi bu vəziyyətdə görmək də bizim üçün xoşdur. Çünki illər sonra evimizə qovuşduq. Nə zamansa bura gələcəyimizi belə düşünmürdük. Düzdür, biz ümidlə yaşayırdıq. Bu gün bunları görmək başqa hissdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin. Hazırda onların sayəsində doğma kəndimizə gəlmişik”.


İmdad Əlizadə bildirib ki, kənd Ermənistan silahlı qüvvələrinin işğalından sonra tamami ilə dağıdılıb:

“Mən 29 il 3 ay 15 gündən sonra birinci dəfədir ki, doğma yurda - Laçının Oğuldərə kəndinə gəldim. Gördüyünüz bu xarabalıqda vaxtı ilə abad kəndin evləri olub. Düşmənin viranəyə çevirdiyi bu ərazidə insanlar sakitcə öz həyatlarını yaşayırdı. Kəndin təbiəti çox gözəldir. Oğuldərə təbiətcə yaxşı yerdə yerləşir. Sakinlər gündəlik qayğıları ilə məğul olurdular. Biz bir göz qırpımında buradan didərgin düşdük. Hazırda kəndin adamları yavaş-yavaş bura gəlirlər. İcazə verildiyi çərçivədə təsərrüfatlarını bura köçürüblər. Bizim ev hazırda dayandığımız ərazinin aşağı hissəsində yerləşir. Burada uzun illər yaşayış olmadığına görə ərazilərdə ağaclar, kol-kos bitib, yol-iz isə itibdir. Məktəbimiz qarşı tərəfdədir. Hələ 1992-ci ildə düşmən bu kəndə gələndə ilk yandırdıqları yerlərdən biri məktəbimiz olub. Təbii ki, evimizdən bir əsər-əlamət qalmayıb, düşmən buranı dağıdaraq yandırıb. Lakin yenə də bura mənim üçün müqəddəsdir”.



bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-07-2022, 13:48

54 gün erməni mühasirəsində qalmış şəxslərin bir qrupunun Kəlbəcər və Laçına səfəri başlayıb

Mədəniyyət

1-08-2022, 15:37

Əlli dörd gün erməni mühasirəsində qalmış şəxslərin həyatı ilə bağlı ssenari birinci yerə çıxıb

Siyasət

13-08-2022, 13:10

Laçının deputatı: "Prezidentin qayıdış xəbərini verməsi bizim üçün böyük sevincdir, xoşbəxtlikdir"

Cəmiyyət

15-08-2022, 11:22

Ermənilərin Laçında yandırdıqları evlər kimindir?

Siyasət

13-08-2022, 13:46

"Qaçqınkom": "Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdış başlanacaq"

Siyasət

4-08-2022, 14:38

Sanosyan: "Laçın dəhlizinin Ermənistandan keçən hissəsi yazda hazır olacaq"

Siyasət

13-08-2022, 15:02

Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib

Siyasət

3-08-2022, 17:29

“Pelosi Azərbaycanda onları görəndə göz yaşlarını saxlaya bilmədi”

Cəmiyyət

16-09-2022, 19:55

Kürdəmirdə şəhid polis əməkdaşının xatirəsinə tikilmiş bulaq kompleksi yenidən qurulub

Təhsil

21-07-2022, 16:29

Ağalı məktəbinin direktoru: "Təhsilin yüksək səviyyədə olmasına daha çox diqqət yetirəcəyik"

Cəmiyyət

12-08-2022, 11:04

Laçın şəhərində nə qədər erməni yaşayır?

Cəmiyyət / Sosial

10-09-2022, 19:19

Daha 13 ailə Ağalıya köçürüldü

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Bu gün, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Dünən, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Bu gün, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Bu gün, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Bu gün, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Bu gün, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Bu gün, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Bu gün, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Bu gün, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Bu gün, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Bu gün, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Bu gün, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Bu gün, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Bu gün, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Bu gün, 01:21
    Azərbaycanda Anım Günüdür
  • Dünən, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • Dünən, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • Dünən, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • Dünən, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • Dünən, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • Dünən, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • Dünən, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • Dünən, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • Dünən, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • Dünən, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • Dünən, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • Dünən, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • Dünən, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • Dünən, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • Dünən, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • Dünən, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • Dünən, 12:10
    Laçında traktor minaya düşüb
  • Dünən, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • Dünən, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • Dünən, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • Dünən, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə