Sizin reklam burada 728×90
Son dəqiqə

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir

01.06.2024 18:06 324 1 dəq oxunur
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

Abşeron rayonu ərazisində keçirilən tədbir zamanı Novxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən mebel sexləri tərəfindən istehsal tullantılarının qalaqlanması aşkar olunub.

Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin mebel sexlərinin iki vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Və ərazidə olan tullantıların təmizlənməsi təmin olunub

Tədbirlər davam etdirilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az