Sizin reklam burada 728×90
Son dəqiqə

Baş Qərargah rəisi Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

30.07.2024 19:22 430 1 dəq oxunur
Baş Qərargah rəisi Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, K.Vəliyev hərbi aviasiya bazalarından birində uçuş və texniki heyətlə görüşüb, hərbi aviasiyanın uçuş hazırlığının səviyyəsi, aviasiya vasitələrinin manevr imkanları və effektiv döyüş tətbiqi, habelə qalxma-enmə zolaqlarının mövcud vəziyyəti ilə maraqlanıb.

Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunun kursantları ilə görüşən general-polkovnik tədris müddətində onların döyüş hazırlığı və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah və texnikanın praktiki mənimsənilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Baş Qərargah rəisi Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb



Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az