Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanda səfərdədir

23.08.2024 09:00 453 1 dəq oxunur
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanda səfərdədir
Avqustun 23-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstana səfəri başlayıb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi melumat yayıb.

Səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az