Sizin reklam burada 728×90
Son dəqiqə

Numan Kurtulmuş: 1982-ci il konstitusiyasından xilas olmağın vaxtı çatıb

12.09.2024 15:26 324 1 dəq oxunur
Numan Kurtulmuş: 1982-ci il konstitusiyasından xilas olmağın vaxtı çatıb
1982-ci il konstitusiyasından xilas olmağın vaxtı çatıb.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “X”də yazıb.

O bildirib ki, hazırkı konstitusiya çevriliş məhsuludur: “Çevriliş konstitusiyanı tarixin zibilliyinə atmaq və millətin iradəsini sözün əsl mənasında əks etdirən, demokratik, sivil, azad ruhlu konstitusiya tərtib etmək ən böyük vəzifəmizdir. Ancaq belə bir konstitusiya hüququn aliliyini sözün bütün mənalarında tərtib edə bilər”.

Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişikliyi uzun müddətdir müzakirə olunur.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az