• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Gömrükçülər məhkəmə zalında həbs edildi, məhkəmə sədrinin kürəkəni azadlıqda qaldı

Cəmiyyət

29-07-2022, 22:18

Apelyasiya Məhkəməsi gömrükçülərdən birinin cəzasını artırdı

Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət 8 nəfər haqqında prokurorluğun verdiyi protest təmin edilib – onların haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Bu barədə iyulun 29-da Bakı Apelyasiya Məhkəməsində qərar verilib. Hakim Ramin Qaraqurbanlının sədrliyilə keçmiş gömrükçülər barəsində yeni hökm çıxarılıb.

Rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə ittiham olunan 8 nəfərdən 7-si Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə azadlığa buraxılmışdı. Yalnız bir nəfərə – Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru Elmar Mirzəyevə 5 il həbs cəzası kəsilmişdi.

Azadlığa buraxılan 7 nəfərdən birinə – “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayevə bəraət verilmişdi. Qalan 6 nəfər rüşvət almaqda təqsirli bilinmişdi. Onlardan 5-nin həbsdə olduqları müddət yetərli sayılaraq, məhkəmə zalından azadlığa buraxılmışdılar. Böyük inspektor vəzifəsində çalışmış Orxan Zöhrabova isə 4 il şərti cəza verilmişdi.

Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkənidir.

Bakı Apelyasiya Məhkəməsi də Orxan Zöhrabovun şərti cəzasını saxlayıb, onu həbsə göndərməyib.

Digər 6 nəfərdən Mirağa Ağayev haqqında bəraət hökmü ləğv olunub. Ona 2 il şərti cəza verilib.

Qalan 5 nəfər isə Bakı Apelyasiya Məhkəməsində hökm oxunanda məhkəmə zalından həbs edilib. Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin inspektorları olmuş Emin Xəlilov, Azər Baxşıyev və Rəfael Əzizovun hər biri 3 il azadlıqdan məhrum edilib.

Keçmiş gömrük inspektoru Sadiq İsgəndərov və “Global Broker” MMC-nin direktoru, eyni zamanda, “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləmiş Ceyhun Şabanovun hər birinə isə 2 il həbs cəzası kəsilib.

İndiyədək də həbsdə olan Elmar Mirzəyevə Bakı Ağır Cinayətlər Məhkəməsində verilən 5 illik həbs cəzasını apelyasiya məhkəməsi 3 ay da artırıb.

Məhkəmə zalında həbs olunanlardan biri ötən ay tutulan gömrük general-mayoru Ehtiram Xəlilovun qohumudur.

Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham olunurlar. Bakı Ağır Cinayətlər Məhkəməsi 308-ci maddə üzrə hamısına bəraət vermişdi. Lakin apelyasiya instansiyası bu hissədə də hökmü ləğv edib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-08-2022, 16:15

Azadlığa buraxılan gömrükçülər yenidən həbs edildi

Cəmiyyət

29-07-2022, 13:10

Azadlığa buraxılan keçmiş gömrükçülər yenidən həbs olundular

Cəmiyyət

1-08-2022, 14:01

Azərbaycanda nazirin oğlu, keçmiş baş nazirin isə qardaşı oğlu həbs edildi.

Cəmiyyət

29-07-2022, 20:22

DTX-nın tutduğu generalın gömrükçü kürəkəni də həbs edildi

Gündəm / Cəmiyyət

4-07-2022, 17:32

Gömrük general-mayoru Ehtiram Xəlilovun kürəkəni də həbs olunubmuş

Cəmiyyət

23-08-2022, 10:13

FHN hospitalının sabiq baş həkiminin cəzası iki dəfə azaldıldı

Cəmiyyət

27-07-2022, 13:50

Korrupsiyaya görə tutulan vəzifəli şəxs azadlığa buraxıldı

Cəmiyyət

24-08-2022, 19:29

Şahin Bağırov Bakı Gömrüyün rəisini işdən çıxardı (FOTO)

Cəmiyyət

9-08-2022, 13:15

Üç ay əvvəl azadlığa buraxılan polis mayoru yenidən həbs olundu

Cəmiyyət

15-08-2022, 12:01

Vilyam Hacıyev bəraət istəyir

Siyasət

18-07-2022, 15:08

Dövlət Gömrük Komitəsinə sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunub

Cəmiyyət

1-08-2022, 14:14

Səlim Müslümovun məhkəməsi təxirə salındı

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
Bu gün, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
Dünən, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Dünən, 17:45
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
Dünən, 16:55
"Unibank və Leo Bank"ın ortaq oyunu: Vətəndaş iki bankın arasında qalıb
8-09-2026, 10:39
Tanınmış generala ağır itki
Xəbər lenti
  • Bu gün, 14:07
    “Pilgrim Education”da 20 faiz oyunu? – Vətəndaşın pulunun 80 faizi hara gedir?
  • Bu gün, 13:16
    "Bizi gündə 12–14 saat, elə vaxt olur 16 saat işlədirlər..." - Naxçıvanda işçilərə KÖLƏ MÜNASİBƏTİ...
  • Bu gün, 12:41
    Sabah Bakıda 28 dərəcə isti olacaq
  • Bu gün, 12:17
    İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • Bu gün, 12:04
    Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış... - FOTO
  • Bu gün, 11:33
    Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda tədarük edilib
  • Bu gün, 11:17
    Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb
  • Bu gün, 10:40
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • Bu gün, 10:15
    Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
  • Bu gün, 09:40
    "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
  • Bu gün, 09:29
    Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:07
    Bakının Yasamal, habelə Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində işıq olmayacaq
  • Bu gün, 08:59
    “Emin Əmrullayev PISA 2025”in nəticələri ilə bağlı səhvə yol verib - FOTO
  • Bu gün, 08:40
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 19:00
    Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər
  • Dünən, 18:30
    Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
  • Dünən, 18:24
    “Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi
  • Dünən, 18:10
    Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib
  • Dünən, 18:02
    Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - Video
  • Dünən, 17:45
    Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
  • Dünən, 17:33
    Əmrullayev pedaqoji stajı çatmayan şəxsi məktəb direktoru təyin edib - ARAŞDIRMA
  • Dünən, 17:19
    Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
  • Dünən, 17:06
    İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
  • Dünən, 16:55
    "Unibank və Leo Bank"ın ortaq oyunu: Vətəndaş iki bankın arasında qalıb
  • Dünən, 16:47
    Aİ məhkəməsinin ad qadağası – radikalların antimiqrant planı - ŞƏRH
  • Dünən, 16:35
    Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
  • Dünən, 16:12
    Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
  • Dünən, 16:00
    Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
  • Dünən, 15:37
    İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Dünən, 15:23
    Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...
  • Dünən, 15:03
    Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər
  • Dünən, 13:30
    Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
  • Dünən, 13:00
    Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
  • Dünən, 12:06
    İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ - TƏFƏRRÜAT
  • Dünən, 11:55
    Ceyhun Bayramov: Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə