• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qanunsuzluq yaxud, insan taleyi ilə oyun...

Cəmiyyət

8-10-2024, 09:18

Qanunun şah olduğu ölkədə yaşamaq yəqin ki, hamının, o cümlədən hər birimizin istəyidir. Vay o gündən ki, şah qanun olan məkanda yaşayasan. Təəssüf ki, bəzən "şahların qanunları minib çapdıqlarına" şahid oluruq.

Redaksiyamıza Suraxanı rayonu, Suraxanı qəsəbəsində yaşayan Zaitova Nailə Fəridovna tərəfindən şikayət məktubu daxil olmuşdur. Məktubu ürək ağrısı ilə oxumamaq mümkün deyildir. Nailə xanım milliyyətcə tatardır, Azərbaycan onun üçün müqəddəs Vətən və yerdir, burda doğulub boya başa çatıb, ömrünü bura bağlayıb. Məktub ölkə başçısı cənab İ.Əliyevə, birinci vitse-prezident Mehriban Xanıma, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları üzrə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Ali Məhkəmənin sədri İnam Kərimova, Baş prokuror Kamran Əliyevə ünvanlanıb. Mətni olduğu kimi dərc edirik.

"Hörmətli Prezident və hörmətli Mehriban Xanım!

Bir neçə məmur özbaşnalığından yaşamaq haram olub bizə. 1987-ci il təvəllüdlü oğlum Zaitov Rüfət Raufoviç dostu, bir məhəllədə böyüyüb boya-başa çatdığı İsmayılov İsmayıl Mədət oğlu ilə birgə öz maşınlarında Cəlilabad rayonu ərazisində Cəlilabad rayon Polis İdarəsinin(RPİ)rəisinin sürücüsü, polis əməkdaşı İlkin Həsənov tərəfindən güllələnmişlər. Oğlum ayağından, İsmayıl isə döş qəfəsindən yaralanmışdır. Qanın kəsilmədiyini görən Həsənov öz rəisinə məlumat vermişdir. Rəis də hadisənin səs-küylü olduğunu, üstünün ort-basdır edilməsinin çətinliyini dərk edib Cəlilabad rayon prokuroru ilə danışıb məsləhətləşmişdir. Hər iki "qanun keşikçisi" belə qərara gəlirlər ki, oğlum və dostunun üstünə narkotik maddə yükləsinlər və belə də edirlər. Oğluma və İsmayıla nə az, nə çox 3 kq.a yaxın narkotik maddə yükləyirlər. Onların telefon danışıqlarını çıxararaq dost-tanışlarını şöbəyə dəvət etmiş, ağır işgəncələr verdirərək oğlum və İsmayılın üzünə durğuzmuşlar.

Nəhayətdə oğlumu və dostunu AR.CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilib işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri qanundan, Allahdan qorxmayaraq Cəlilabad rayon prokurorunun və polis rəisinin, eyni zamanda polis əməkdaşlarının saxta və qurama sübutlarını təsdiq etmiş, 3 kq-a yaxın narkotik maddəni oğlum və dostunun boynuna yükləyərək hər birini 10 il azadlıqdan məhrum etmişlər.

Düşündük ki, bu ölkədə qanunlara hörmət edən, Prezidentin etimadını doğruldan, qanunların aliliyini düşünən məhkəmə hakimləri və məmurlar da var. Ona görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı ədalətsiz, saxta qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik.

Apellyasiya Məhkəməsi 3 kq narkotik maddənin qurama və saxta olduğunu sübut edib oğluma və İsmayıl İsmayılova bəraət verdi, ancaq cəzalarının üstündən 01 il götürülərək 9 ilə endirildi.

Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalıb, onu ədalətsiz hesab edərək AR.Ali Məhkəməsinə Kassasiya Protesti verdi. Ali Məhkəmə də prokurorluğun kassasiya şikayətini rədd etdi.
Hazırda oğlum və İ.İsmayılov tərəfindən kassasiya şikatəti verilmişdir, onlar Ali Məhkəmədən bəraət istəyirlər, çünki günahsız və heç bir qanunsuz əməl törətməyiblər.

Hörmətli Prezident, hörmətli Mehriban Xanım, toplanmış materiallardan, saxta sübut və faktlardan görünür ki, Cəlilabad RPİ rəisinin sürücüsü İlkin Həsənov oğlumu və dostunu narkotik vasitəyə görə güllələmişdir. Bu isə təsdiqini tapmamışdır, həm Ali Məhkəmə, həm də Apellyasiya Məhkəməsi bu ittihamı rədd etmişdir.

Onda sual yaranır, nəyə görə oğluma və dostuna 9 il azadlıqdan məhrumetmə cəzası verilib? İki nəfəri güllələyən İlkin Həsənov və ibtidai araşdırmaya Prosessual rəhbərliyi həyata keçirən prokuror niyə cəzasız qalıb?

Oğlum və dostuna 234.4.1 və 234.4.3 maddələri ilə cəza həddinin ən yüksəyi 10 ildir ki, onu da vermişlər. Belə çıxır ki, bəraət verməyin heç bir xeyri olmamış, oğlum və dostu qanunsuz qərarların qurbanına çevrilmişlər.

Cənab Prezident, hörmətli Mehriban Xanım, hörmətli qanun və ədalət qoruyucuları, bir ANA kimi üzümü sizə tuturam, oğlum və dostu İ.İsmayılov Həsənov tərəfindən atılan güllələrdən yana şikəst olmuşlar və bu gün zülm-zillət içində ömür sürürlər, hətta əsəblərimə hakim ola bilməyib kimlərinsə cəzalanmasını tələb edirəmsə, bu fikrimdən də vaz keçirəm. Sizə pənah gətirmişəm, göydə Allahın, Yerdə sizin ədalətinizə inanıram. İnanıram ki, bir ANA kimi ürək çırpıntılarıma etinasız yanaşmayacaq, oğlum Rüfət Raufoviçə və dostu İsmayıl İsmayılova bəraət verilməsi üçün müvafiq göstəriş verəcəksiniz. Sizlərin ədalətli və sadə vətəndaşlara olan qayğınızı, mehribanlığınızı bütüm dünya bilir, inşallah hamı kimi bizim də sevinməyimizə yardımçı olacağınıza sidq-ürəkdən inanıram.

Ailəmiz adından əvvəlcədən minnətdarlığımı bildirirəm".

Göründüyü kimi, məktubda bir ananın valideyn olaraq həyəcan və təlaşını sezməmək mümkün deyil. Redaksiya olaraq, biz də qanunların şah olmasını istəyir, günahsız insanların tezliklə azadlığa qovuşmasını diləyirik.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

15-11-2022, 23:00

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizdir.

Cəmiyyət

1-03-2023, 00:22

Fərid Şərifov Od Çərşənbəsi münasibətilə Azərbaycanı, Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Təbrik etdi

Cəmiyyət

19-08-2022, 19:30

Dövlət və dövlətçiliyimin siyasətinə xidmət edirəm

Gündəm

15-08-2023, 20:57

“350.000”lik dələduzluq hərəkəti ilə üzləşən vətəndaş nazirdən kömək istəyir-SIKAYƏT

Cəmiyyət

13-02-2023, 00:35

1-ci Vitse-prezident Mehriban xanım Əliyevanın könüllüsü Fərid Şərifov qardaş Türkiyədə olan zəlzələdən zərərçəkənlərə maddi dəstək oldu

Siyasət

19-10-2023, 11:25

Komitə sədri İlham Əliyevə təşəkkür etdi

Cəmiyyət

21-01-2023, 21:21

Fərid Şərifov: Öz işini sevən Aynurə xanım Abışova Cənab Prezident İlham Əliyevə nümunəvi olaraq xidmət edir.

Siyasət

12-08-2022, 11:12

Prezident və xanımı Qobustanda...

Siyasət

15-11-2023, 19:57

Mehriban Əliyeva: “İsrail-Fələstin münaqişəsində gərginliyin artması ciddi narahatlıq doğurur”

Gündəm

29-09-2023, 09:15

Qənirə Paşayeva ilə görüşlərimiz də mənə demişdir ki....

Gündəm / Siyasət

19-10-2023, 11:15

Prezident Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına məktub ünvanlayıb

Dünya

27-08-2024, 17:19

Putin Mehriban Əliyevanı təbrik etdi

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Dünən, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
  • Dünən, 19:00
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Dünən, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • Dünən, 18:37
    “Olimp Hospital”da əməliyyatdan sonra öldü
  • Dünən, 18:15
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • Dünən, 18:06
    İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
  • Dünən, 17:32
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • Dünən, 17:21
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Dünən, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • Dünən, 16:54
    “İrşad”dan şikayətlər bitmir – Foto
  • Dünən, 16:15
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • Dünən, 16:02
    "Keçirilən bu yoxlanış heç də şəffaf olmadı..." - ETİRAZ
  • Dünən, 15:38
    Lukaşenko Ermənistanı "arabanı atın qabağına qoşmamağa" çağırıb
  • Dünən, 15:04
    Azərlotereya”nın “Kosmos” uduşu – Bəs vətəndaş yerdə nə udur?
  • Dünən, 14:50
    Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT - YENİLƏNİB
  • Dünən, 14:23
    Kəmaləddin Heydərov FHN-də strukturu dəyişdi: 7 idarə şöbəyə çevrildi - DETALLAR
  • Dünən, 14:18
    “Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
  • Dünən, 14:08
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Dünən, 12:52
    Şənbə günü Azərbaycanda güclü yağış yağacaq
  • Dünən, 12:46
    “Bravo”da endirim qalmaqalı - VİDEO
  • Dünən, 12:37
    Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır
  • Dünən, 12:17
    Ağcabədidə xarabalığı xatırladan uşaq bağçası – VİDEO
  • Dünən, 12:03
    İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
  • Dünən, 11:38
    Arxalı olmasa “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC iki ilə 250 milyonluq tender uda bilərdimi
  • Dünən, 11:13
    Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
  • Dünən, 10:47
    İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • Dünən, 10:33
    Anar Bayramovun dövründə Reabilitasiya Mərkəzindəki nə baş vermişdi? - 540 minlik ƏDV qalmaqalı...
  • Dünən, 10:07
    Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb
  • Dünən, 09:54
    YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
  • Dünən, 09:48
    Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi -Şikayətlər, sənədsiz obyektlər və cavabsız suallar
  • Dünən, 09:17
    FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Dünən, 09:08
    Körpə Xədicəyə qıyan biabırçı səhiyyə - AXI NİYƏ?..
  • Dünən, 08:55
    Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
  • 1-10-2026, 19:00
    Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
  • 1-10-2026, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə